Azərbaycan Respublikası adından QƏRAR Şuşa rayonu İş № 3(077)-56/2025 22.09.2025 ŞUŞA RAYON MƏHKƏMƏSİ X6 Bəşərəddin oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1999-cu il tarixdə Şuşa rayonu, Şirlan kəndində anadan olmuş, subay, Şuşa rayonu, Şırlan Ə/D Şirlan kəndində qeydiyyatda olmaqla, Bərdə rayonu, Mirzalıbəyli kəndində məskunlaşan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Şuşa Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan müəyyən olur ki, xx.xx.2025-ci il tarixdə saat 15 radələrində Şuşa rayon, Şirlan kəndində qeydiyyatda olan Şəxs etibarnamə ilə idarə etdiyi “Mitsubishi Pajero-İO” markalı, **-KO-*** dövlət nömrə nişanlı avtomobillə Şuşa şəhəri, Ə.Ağaoğlu küçəsi ilə Dəmir Yumruq 40 küçəsi istiqamətində hərəkətdə olarkən 6 nömrəli binanın qarşısında, həmin binada yaşayan piyada xx.xx.2017-ci il təvəllüdlü Zərərçəkmiş şəxs vuraraq sonuncunun YÜNGÜL dərəcəli bədən xəsarəti alması ilə nəticələnən yolnəqliyyat hadisəsi törətmişdir. Şuşa Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin polis baş leytenantı X4 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 03 sentyabr 2025-ci il tarixli, İXP seriyalı ******* saylı protokol tərtib edilərək baxılması üçün Şuşa Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, X2 Şöbəsində mülki mühafizəçi vəzifəsində işləyir. Buna görə də Şuşa şəhəri, Dəmir Yumruq küçəsi, bina 13, mərətəbə 2, ev 1-də qeydiyyatda olan yaxın qohumu Təmkin Zeynalovun yaşadığı evdə müvəqqəti olaraq yaşayır. xx.xx.2025- ci il tarixdə saat təxminən təxminən 15 radələrində idarə etdiyi “Mitsubishi Pajero-İO” markalı, **-KO-*** dövlət nömrə nişanlı avtomobillə Şuşa şəhəri, Dəmir Yumruq 40 küçəsində, 6 nömrəli binanın qarşısından keçən zaman anidən binanın blokunun giriş hissəsindən azyaşlı tanımadığı bir nəfər uşaq yola çıxmış, həmin vaxt əyləcdən istifadə emiş, lakin buna baxmayaraq idarə etdiyi avtomobilin sol ön hissəsi ilə həmin uşağı vurmuşdur. Sonra idarə etdiyi avtomobildən düşüb uşağın sağ qılçasındakı yaranı görmüş və avtomobildən məhraba götürüb qılçasını sarıyaraq həmin uşağı idarə etdiyi avtomobilə əyləşdirib X11 Xəstəxanaya aparmışdır. Törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, bir daha belə hallara yol verməyəcəyini qeyd edərək ona inzibati həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2025-ci il tarixdə Şəxs idarə etdiyi “Mitsubishi Pajero- İO” markalı, **-KO-*** dövlət nömrə nişanlı avtomobillə oğlu Zərərçəkmiş şəxs vuraraq yolnəqliyyat hadisəsi törətdiyini, ona dəymiş ziyanın ödənildiyini, buna görədə heç kimdən şikayət və tələbinin olmadığını bildirmiş, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Şuşa Rayon Polis Şöbəsinin DYPB-nin nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət verməmişdir. Məhkəmə hesab edir ki, işə zərərçəkmiş şəxs və Şuşa Rayon Polis Şöbəsinin DYPBnin nümayəndəsinin iştirakı olmadan baxıla bilər. İş materiallarında olan Şuşa RPŞ-nin istintaq qrupunun müstəntiqi, polis mayoru X5 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan müəyyən olunur ki, Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə müəyyən edilmiş cinayət tərkibi olmadığından, soncunun İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi inzibati məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materiallar Şuşa RPŞ-nin DYPB-nə göndərilmişdir. İş materiallarında olan Məhkəmə Tibbi Ekspertiza və X3 X10 Beyləqan rayon Şöbəsinin xx.xx.2025-ci il tarixli 166/25 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ aşıq- baldır oynağında əzələ-bağ dəstəsinin gərilməsi, yumşaq toxumaların əzilməsi olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni, xx.xx.2025-ci il tarixdə hərəkətdə olan avtomaşının qabarıq hissələrinin zərbəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığla YÜNGÜL zərər vurmaya aiddirlər. Təqdim olunmuş ekspert rəyi və digər iş materialları əsasında Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.8-ci maddəsinə əsasən, nəqliyyat vasitələrinin sürücüləri bu Məcəllənin 327.1- 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə- üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, Şəxs səmimi peşmançılığını və zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəməsini əməlində məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını və törədilmiş inzibati xətanın zərərli nəticələrinin onun tərəfindən aradan qaldırılmasını iş üzrə məsuliyyəti yüngülləşdirəh hallar kimi nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində 300 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(077)-56/2025
Şuşa Rayon Məhkəməsi Qərar — İş №3(077)-56/2025
22.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver