Məhkəmə qərarları › İş №3(077)-6/2023

Şuşa Rayon Məhkəməsi Qərar — İş №3(077)-6/2023

10.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şuşa rayonu İş № 3(077)-6/2023 10.04.2023 ŞUŞA RAYON MƏHKƏMƏSİ X10 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şuşa Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1997-ci ildə Salyan rayonu, Qarabağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkumluğu olmayan, orta təhsilli, Şuşa şəhərində fəaliyyət göstərən FİZR podratçı şirkətində mexanik işləyən, ünvan 1 kəndi ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şuşa Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X8 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixində Şuşa şəhərində olan zaman qanunsuz olaraq narkotik vasitə olan marixuana istehlak etmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şuşa Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki X5 tərəfindən xx.xx.2023-cü il tarixində Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə MN seriyalı ******* nömrəli qərardad tərtib edilərək, baxılması üçün aidiyyəti üzrə Şuşa Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Şuşa Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X8 protokolda qeyd olunanları təsdiq edərək bildirdi ki, tibbi müayinə nəticəsində Şəxs narkotik vasitələrdən istifadə etdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək törətdiyi əməldən səmimi peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini göstərmiş və məhkəmədən onun barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi izahatlarını və inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli olması tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Şuşa RPŞ-nin istintaq qrupunun müstəntiqi, polis polkovnik-leytenantı X3 “cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Şuşa Rayon Polis Şöbəsinin NMQ-nın baş əməliyyat müvəkkili polis kapitanı X7 xx.xx.2023-cü il tarixdə Şuşa RPŞ-nin rəisi polis polkovniki Səməd Məhərrəmova raportla məruzə edərək, həmin gün saat 21 radələrində Şuşa şəhərində fəaliyyət göstərən FİZR podratçı şirkətində mexanik işləyən X2 rayon Polis Şöbəsinə dəvət olunduğunu, profilaktiki söhbətlər aparılan zaman üzərində gəzdirdiyi bir ədəd kibrit qutusunda 2 qram həcmində narkotik vasitə olan marixuananı könüllü olaraq təqdim etdiyini bildirmişdir. Şuşa RPŞ-nin ƏİÜ rəis müavini, polis polkovnik-leytenantı Elxan İbrahimovun, NMQnın baş əməliyyat müvəkkili, polis kapitanı Fərəc Həsrətovun və hal şahidlərin iştirakları ilə Şəxs üzərinə baxış keçirilən zaman o, üzərində olan ağ rəngli köynəyin cibində olan 01 ədəd kibrit qutusunda olan narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etmişdir. Təqdim edilmiş 01 ədəd kibrit qutusunda olan narkotik tərkibli qurudulmuş marixuana maddi sübut kimi götürülmüş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Bundan əlavə Şəxs üzərində başqa narkotik tərkibli maddə aşkar edilməmişdir. Araşdırma zamanı Şəxs izahatında, Salyan rayonu Qarabağlı kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşadığını, 2022-ci ilin avqust ayından Şuşa şəhərində fəaliyyət göstərən CCN şirkətinin HZR podratçısında mexanik kimi işə düzəlib müvəqqəti olaraq Şuşa şəhərində qaldığını, təxminən 2022-ci ilin avqust ayının birinci ongünlüyündə Şuşa şəhərinin ərazisində yerləşən meşə massivində yabanı halda bitən bir ədəd qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkisinin yarpaqlarını toplayıb qurudaraq satış məqsədi olmadan çəkmək üçün müvəqqəti qaldığı evdə olan geyim əşyaları yığdığı çantanın içində aparıb saxladığını, xx.xx.2023-cü il tarixdə çantanın içində saxladığı narkotik tərkibli çətənə bitkisinə oxşar bitki mənşəli kütləni çəkmək məqsədilə kibrit qutusunun içinə yığaraq üzərində gəzdirdiyini, həmin gün, təxminən saat 21 radələrində Şuşa RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili polis kapitanı Fərəc Həsrətov tərəfindən polis şöbəsinə dəvət edildiyini, polis şöbəsinə gedən zaman kibrit qutusunun içinə yığdığı narkotik tərkibli çətənə bitkisinə oxşar bitki mənşəli qurudulmuş marixuana hesab edilən kütləni özü ilə birlikdə apardığını, rayon Polis Şöbəsində olan zaman narkotik vasitələrdən istifadə edib-etməməsi ilə bağlı onunla profilaktiki söhbətlər aparıldığını bildirmişdir. O, 2022-ci ilin oktyabr ayında bir dəfə narkotik tərkibli çətənə bitkisinə oxşar bitki mənşəli marixuananı siqaret kağızına doldurub çəkdiyini bildirdiyini, üzərində gəzdirdiyi 01 ədəd kibrit qutusunun içinə yığdığı narkotik tərkibli çətənə bitkisinə oxşar bitki mənşəli qurudulmuş marixuana hesab edilən kütləni könüllü olaraq təqdim etdiyini, bir neçə dəqiqədən sonra polis əməkdaşlarının çağırışı ilə iki nəfər Fərid Tarverdiyev və Ruslan Babayev adlı hal şahidlərinin rayon Polis Şöbəsinə dəvət olunduğunu, üzərinə baxış keçirilən zaman əynində olan ağ rəngli köynəyin cibində olan 01 ədəd kibrit qutusunu, əynində olan cins şalvarın cibində olan 20 AZN manat pulu, 01 ədəd qara rəngli eynəyi, 01 ədəd “Vinchester” siqaret qutusunu və 01 ədəd alışqanı könüllü olaraq çıxarıb masanın üstünə qoyaraq təqdim etdiyini qeyd etmişdir. Həmin vaxtı o, təqdim etdiyi əşyalara baxış keçirilərkən 01 ədəd kibrit qutusu onun tərəfindən açılarkən qutunun içərisində yarımçıq halda narkotik tərkibli çətənə bitkisinə oxşar, spesifik qoxuya malik, yaşımtıl rəngli, xırdalanmış halda qurudulmuş bitki mənşəli kütlə aşkar olunduğunu, aşkar olunmuş narkotik tərkibli çətənə bitkisinə oxşar, spesifik qoxuya malik, yaşımtıl rəngli, xırdalanmış halda qurudulmuş bitki mənşəli kütlənin ona məxsus olduğunu və həmin kütlənin narkotik tərkibli maddə olan çətənə bitkisindən hazırlanmış qurudulmuş marixuana olmasını qeyd etmişdir. Həmçinin o, 2022-ci ilin oktyabr ayında bir dəfə qurudulmuş marixuananı siqaret kağızının içərinə doldurub çəkdiyini, başqa vaxt istifadə etmədiyini, 01 ədəd yabanı halda bitmiş tərkibində narkotik maddə olan çətənə bitkisinin kolunu aşkar etdiyini, tərəfindən hər hansı aqrotexniki qulluq göstərilmədiyini, həmin narkotik maddə olan qurudulmuş marixuananı şəxsi istifadə üçün üzərində gəzdirdiyini, satmaq məqsədinin olmadığını qeyd etmişdir. Araşdırma zamanı izahatı alınmış X7 izahatında 2016-cı ildən DİO-da, 2012-ci ilin noyabr ayından Şuşa RPŞ-nin NMQ-nın baş əməliyyat müvəkkili vəzifəsində xidmət etdiyini, Şuşa şəhərinin ərazisində fəaliyyət göstərən CCN şirkətinin HZR podratçısında mexanik kimi işləyən Şəxs narkotik vasitə qəbul etməsi barədə polis şöbəsinə əməliyyat məlumatı daxil olduğunu, buna görə Salyan rayonu Qarabağlı kəndində qeydiyyatda olmaqla, Şuşa şəhərində fəaliyyət göstərən CCN şirkətinin HZR podratçısında mexanik kimi işləyən Şəxs 30 mart 2023-cü il tarixdə təxminən saat 21 radələrində tərəfindən rayon Polis Şöbəsinə dəvət olunduğunu, onunla profilaktiki söhbətlər aparıldığını, həmin vaxtı Şəxs 2022-ci ilin oktyabr ayında bir dəfə narkotik tərkibli çətənə bitkisinə oxşar bitki mənşəli marixuananı siqaret kağızına doldurub çəkdiyini qeyd etdiyini, üzərində gəzdirdiyi 01 ədəd kibrit qutusunun içinə yığdığı narkotik tərkibli çətənə bitkisinə oxşar bitki mənşəli qurudulmuş marixuana hesab edilən kütləni könüllü olaraq təqdim etmək istədiyini bildirdiyini, bu zaman baxış keçirilməsində iştirak etmək üçün iki nəfər hal şahidinin gəlmələrini təşkil etdiyini, bundan sonra Şəxs üzərinə baxış keçirilən zaman onun əynidə olan ağ rəngli köynəyin cibində olan 01 ədəd kibrit qutusunu, eləcədə əynində olan cins şalvarının cibində olan 25 AZN manat pulu, 01 ədəd qara rəngli eynəyi, 01 ədəd “Vinchester” siqaret qutusunu və 01 ədəd alışqanı könüllü olaraq çıxarıb masanın üstünə qoyaraq təqdim etdiyini bildirmişdir. O, həmin vaxtı Şəxs təqdim etdiyi əşyalara baxış keçirildiyini bu zaman 01 ədəd kibrit qutusu Şəxs tərəfindən açılarkən qutunun içərisində yarımçıq halda narkotik tərkibli çətənə bitkisinə oxşar, spesifik qoxuya malik, yaşımtıl rəngli, xırdalanmış halda qurudulmuş bitki mənşəli kütlə aşkar olunduğunu, başqa hər hansı narkotik maddə aşkar edilmədiyini qeyd etmişdir. Araşdırma zamanı izahatı alınmış X1 izahatında Şuşa şəhərində yerləşən CCN inşaat şirkətində fəhlə işlədiyini, xx.xx.2023-cü il tarixdə rayon Polis Şöbəsini əməkdaşı Fərəc Fləsrətov tərəfindən rayon Polis Şcfoəsinə dəvət olunduğunu, Polis Şöbəsində ona CCN-nın şirkətinin tərkibində podratçı şirkət olan FİZR-də mexanik işləyən Şəxs üzərində narkotik vasitə gəzdirməsi ilə əlaqədar olaraq rayon PŞ-yə dəvət olunduğu, üzərinə baxış keçiriləcəyini və keçiriləcək baxışda hal şahidi olaraq iştirak edəcəyinin bildirildiyini qeyd etmişdir. O, polis əməkdaşları və digər hal şahidinin iştirakı ilə Şəxs üzərinə baxış keçirilən zaman sonuncunun əynidə olan ağ rəngli köynəyinin cibində olan 01 ədəd kibrit qutusunu, eləcədə əynində olan cins şalvarının cibində olan 25 AZN manat pulu, 01 ədəd qara rəngli eynəyi, 01 ədəd “Vinchester” siqaret qutusunu və 01 ədəd alışqanı könüllü olaraq çıxarıb masanın üstünə qoyaraq təqdim etdiyini, həmin vaxtı Şəxs təqdim etdiyi əşyalara baxış keçirilərkən 01 ədəd kibrit qutusunun onun tərəfindən açılarkən qutunun içərisində yarımçıq halda narkotik tərkibli çətənə bitkisinə oxşar, spesifik qoxuya malik, yaşımtıl rəngli, xırdalanmış halda qurudulmuş bitki mənşəli kütlə aşkar olunduğunu, həmin aşkar olunmuş narkotik tərkibli çətənə bitkisinə oxşar, spesifik qoxuya malik, yaşımtıl rəngli, xırdalanmış halda qurudulmuş bitki mənşəli kütlənin Şəxs məxsus olduğunu və həmin kütlənin narkotik tərkibli maddə olan çətənə bitkisindən hazırlanmış qurudulmuş marixuana olmasını bildirdiyini qeyd etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 7/461 nömrəli ekspert rəyinin surətindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "təqdim edən Şəxs” yazıları və imzalar olan kağız paketdəki 01 ədəd kibrit qutusunda təmiz çəkisi- 1,508 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Respublikası Narkoloji Mərkəzi X15 xx.xx.2023-cü il tarixli 1828 nömrəli rəyinin surətindən görünür ki, Şəxs kannabionidlərdən istifadə etmə halları olub, lakin hal-hazırda Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Şəxs üzərindən aşkar edilərək götürülmüş, təmiz çəkisi 1,508 qram olan narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq olmadığı, həmçinin əməlində Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsinin tərkibi olmadığı üçün toplanmış material üzrə cinayət işin başlanması rədd edilmiş, onun əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi olduğu üçün barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti rayon Polis Şöbəsinin İTB-yə göndərilmişdir. Beləliklə aparılmış təhqiqatla müəyyən edilmişdir ki, Şəxs Şuşa rayon Polis Şöbəsinə dəvət olunaraq, onunla profilaktiki söhbətlər aparılan zaman üzərində gəzdirdiyi bir ədəd kibrit qutusunda 1,508 qram həcmində narkotik vasitə olan marixuananı könüllü olaraq təqdim etmişdir. Aşkar olunan narkotik vasitənin çəkisi 1,508 qram, yəni şəxsi istehlak miqdarında olduğundan Şəxs əməlində cinayət tərkibinin olması müəyyən edilməmişdir. Lakin Şəxs 1,508 qram xalis çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə etməklə Azərbaycan Respublikası İXM-nin 206-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinə yol vermişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi özünün tam etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadələri, keçirilmiş ekspertizaların rəyləri, maddi sübut və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və protokol tərtib edən şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 32.2-ci maddəsinə görə isə, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, barəsində tətbiq ediləcək inzibati tənbeh tədbirinin növünü müəyyən edərkən Şəxs törətdiyi inzibati xətanı səmimi etiraf etməsini, əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alaraq hesab edir ki, ona cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3, 34.3, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və barəsində 350 (üç yüz əlli) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şuşa Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar