Azərbaycan Respublikası adından QƏRAR Şuşa rayonu İş № 3(077)-62/2024 06.11.2024 ŞUŞA RAYON MƏHKƏMƏSİ X5 Bəşərəddin oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1953-cü ildə Ermənistan SSR, Qarakilsə rayonunda anadan olmuş, evli, təqaüdçü, ünvan 1 ünvanında yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Şuşa Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə tərtib edilmiş xx.xx.2024cü il tarixli, İXP6648140 nömrəli “İnzibati xəta haqqında protokol” Şuşa Rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşı, polis baş leytenantı X4 tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli, GP 26334297 nömrəli qərardadla Azərbaycan Respublikası İnzibati Xətaləar Məcəlləsinin 43- cü maddəsinin tələbinə əsasən baxılması üçün Şuşa Rayon Məhkəməsinə göndərilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Şuşa Rayon Polis Şöbəsinin istintaq qrupunun müstəntiqi, polis mayoru X2 xx.xx.2024-cü il tarixli qərarından və həmin qərara əsasən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP6648140 nömrəli “İnzibati xəta haqqında protokol”dan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri, Atatürk prospekti ev 47 mənzil 27-də yaşayan Şəxs idarə etdiyi, “Mercedes Benz S- 350” markalı, **-DS-*** dövlət nömrə nişanlı avtomobillə Şuşa şəhəri, 8 Noyabr prospektindən Şuşa rayon Daşaltı kəndi istiqamətində hərəkətdə olarkən Şuşa şəhər Dəmir Yumruq küçəsi ev 12 mənzil 6-da qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs vuraraq ona xəsarət yetirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə idarə etdiyi “Mercedes Benz S-350” markalı, **-DS-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhərindən Şuşa şəhərinə gəlmiş, həmin tarixdə saat təxminən 14 radələrində Şuşa şəhərini gəzdikdən sonra Laçın rayonu istiqamətində hərəkətdə olarkən, Bravo marketin qarşısında bir nəfər tanımadığı şəxs arxa-arxaya yolun hərəkət hissəsinə çıxaraq onun idarə etdiyi avtomobilin sağ yan güzgüsün dəymiş, daha sonra yerə yıxılmışdır. Ətrafda olan şəxslər ilə birlikdə adını sonradan bildiyi Etibar adlı şəxsi idarə etdiyi avtomobilə yerləşdirib X10 Xəstəxanaya aparmışdır. Törətdiyi əməldən peşman olduğunu, Zərərçəkmiş şəxs ilə barışdığını, bir daha belə hallara yol verməyəcəyini qeyd edərək ona inzibati həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək ailə vəziyyəti və səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, Şəxs qarşı heç bir şikayətinin olmadığını bildirmişdir. Şuşa Rayon Polis Şöbəsinin DYPB-nin nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət verməmişdir. Məhkəmə hesab edir ki, işə zərərçəkmiş şəxs və Şuşa Rayon Polis Şöbəsinin DYPBnin nümayəndəsinin iştirakı olmadan baxıla bilər. İş materiallarında olan MTE və PA Birliyi publik hüquqi şəxsin Bərdə rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 775 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- alt çənə, üst dodağın sağ yarısının, burun ucu və sol burun pəri, alın nahiyələrinin, sağ əlin arxa səthinin və 5-ci barmağın dırnaq falanqasının arxa səthinin, sağ saidin yuxarı 1/3-nin ön səthinin, sağ budun orta 1/3-nin ön səthinin sıyrıqları, üst dodağın diş səthinin səthi əzilmiş yarası, sağ baldırın yuxarı 1/3-nin ön-bayır səthinin qançırı, alt çənədə hər iki tərəfdə 3-cü dişin travmatik ekstraksiyası, diş yuvası ətrafının hemotoması küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı minik avtomobilinin piyadanı vurma nəticəsində törənə bilərdilər, törənmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa “yüngül” zərər vurmaya aiddirlər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan müəyyən olunur ki, Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə müəyyən edilmiş cinayət tərkibi olmadığından, soncunun İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi inzibati məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materiallar Şuşa RPŞ-nin DYPB-nə göndərilmişdir. Araşdırma zamanı zərərçəkmiş şəxs X3 xx.xx.2024-cü il tarixdə rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixdə Şəxs idarə etdiyi, Mercedes Benz S-350 markalı, 10-DS- 444 dövlət nömrə nişanlı avtomobil ilə vurulduğunu, nəticədə müxtəlif xəsarətlər aldığını, ona dəymiş maddi ziyan ödənildiyi üçün heç kimdən şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan Şuşa RPŞ-nin DYPB-nin xx.xx.2024-cü il tarixli, İXP6648140 nömrəli “İnzibati xəta haqqında protokol”undan müəyyən olunur ki, Şəxs xx.xx.2024-cü il tarixdə Şəxs idarə etdiyi, “Mercedes Benz S-350” markalı, **-DS-*** dövlət nömrə nişanlı avtomobillə Şuşa şəhəri, 8 Noyabr prospektindən Şuşa rayon Daşaltı kəndi istiqamətində hərəkətdə olarkən Zərərçəkmiş şəxs yüngül xəsarət yetirdiyinə görə, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən, nəqliyyat vasitələrinin sürücüləri bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə- üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati materialda olan sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Həmin Məcəllənin 32.1.1-ci və 32.1.7-ci maddələrinə əsasən inzibati tənbeh tətbiq edilərkən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı və törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması məsuliyyəti yüngülləşdirən hallar hesab edilir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını, törədilmiş inzibati xətanın zərərli nəticələrinin onun tərəfindən aradan qaldırılmasını iş üzrə məsuliyyəti yüngülləşdirəh hallar kimi nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində 300 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(077)-62/2024
Şuşa Rayon Məhkəməsi Qərar — İş №3(077)-62/2024
06.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver