Azərbaycan Respublikası adından QƏRAR Şuşa rayonu İş № 3(077)-66/2024 21.11.2024 ŞUŞA RAYON MƏHKƏMƏSİ X36 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin direktoru Nümayəndə1 iştirakı ilə, Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X34 Xidmətindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Hüquqi şəxs "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərini pozması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X34 Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, vətəndaşlar X22, X28 və X10 xx.xx.2024-cü il tarixdən hazırkı tarixədək əmək müqaviləsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin direktoru Nümayəndə1 izahatında bildirmişdir ki, bu maddə ilə özlərini təqsirli bilmir. Onlar Ağalı kəndi üçün çörək istehsal edirlər. Qarabağ zonasına keçmək üçün portal icazəsi yazılır. Kondisoneri təmir etmək üçün kondisioner ustası ilə danışmış, usta iki nəfər işçisi ilə gəldiyi üçün onlara portal açılmasını bildirmiş, o da, Zəngilan rayon nümayəndəliyinə müraciət edərək üç nəfərə portal açdırmışdır. Üç nəfərdən birinin kondisioner ustası olaraq əmək müqaviləsi olmuş, digər iki nəfərin isə əmək müqaviləsi olmamışdır. Gələn soyuducu ustası kondisioneri və soyuducunu təmir edəndən sonra həmin gün birgə gəldikləri iki nəfər ilə geri qayıtmışlar. Ustanın yanında gələn iki nəfər ustaya kondisioneri götürməyə və yerinə qoymaya köməklik etmişlər. Əmək Müfəttişliyində izahat vermişdir ki, portal açdığı üç nəfər onların işçiləri deyildir. O, portalı hamıya eyni qaydada açır. Ofisləri Bakıda olan digər şirkətlər var ki, işçini işə götürəndən sonra müqavilə bağlayıb Qarabağa göndərirlər. Amma onun rezidenti iş yeri və yaşadığı yer Qarabağda, Ağalıda olduğu üçün işçiləri dəvət edir və işçilər gəlib iş yeri, iş yerinin şərtləri ilə tanış olandan sonra müqavilə bağlayır. Amma portal açılmış 3 nəfər onun işçisi olmamışdır. Soyuducu ustası orda qalmamış, gəlib-getmişlər. Onun ailəsi də yanına gələndə o, işçi kimi icazə alıb portaldan keçirir. Ona yalnız işçi kimi icazə almaq nəzərdə tutulur. Əmək Müfəttişliyi ona 3000 manat cərimə yazandan sonra Zəngilan nümayəndəliyinə işcisinin Qarabağda işlə tanış olduqdan sonra əmək müqaviləsini bağlayacağını bildirmişdir. Sonda hüquqi şəxsin direktoru məhkəmədən işə xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X34 Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X34 Xidmətinin "xxxx" MMC-nin rəhbərliyinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-5/2- 30816/2024 nömrəli xəbərdarlıq məktubundan görünür ki, 2024-cü ilin may ayı ərzində "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən aparılmış monitorinqlər nəticəsində əldə edilmiş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış şəxslərin adlarına Nazirliyin "Əmək və məşğulluq" altsistemində qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Qeyd olunanları nəzərə alaraq 7 təqvim günü ərzində iş icazəsi alınan işçilərlə əmək müqaviləsinin bağlanılması və müvafiq əmək müqaviləsi bildirişinin "Əmək və məşğulluq” altsisteminə daxil edilməsi təmin edilməlidir. - Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX tərəfindən "xxxx" MMC-nin rəhbərliyinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, N3-17- 5/2-47063/2024 nömrəli bildirişin məzmunundan görünür ki, X12, X14 və X7 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı ilə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* və MN1933452 nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmişdir. X3 adı göstərilməmişdir. - İnzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "Xan Çinar-2020” MMC-nin direktoru Nümayəndə1 DƏMX-də verdiyi izahatdan görünür ki, o, protokolda adları qeqyd olunan X15 ofisiant işinə görə iş icazəsi alındığını, ancaq həmin şəxsin müəssisəyə heç yaxınlaşmadığını, işçisi olmadığını, ancaq iş icazəsinin sistemdə qaldığını,. digər iki nəfər şəxs X29 və X1 və soyuducu təmiri üçün icazə alındığını, qəfil ehtiyac yarananda gələ bilmələri üçün portal icazələrinin aktiv qaldığını bildirmişdir. Müəssisə Qarabağ rezidentidir, əməkdaşlıq etmək istədikləri şəxslər əmək müqaviləsini Zəngilandakı girişində bağlamalıdırlar. (iş yeri ilə tanış olandan sonra). Bu kimi hallar davam edir ki, işləmək istəyən şəxs müraciət edir, portal icazəsi alırlar, ya işə getmə tarixini uzadırlar, sonra işə getmək fikrini dəyişir və ya iş yerinə gələrək şəraitlə tanış olur, sosial həyat çətinliyini səbəb göstərib işləməkdən imtina edir, əmək müqaviləsi bağlanmır. - Sifarişçi “X45” MMC ilə icraçı fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan X32 arasında bağlanmış “Xidmətlər göstərilməsi haqqında” xx.xx.2021-ci il tarixli 04/2021 nömrəli müqavilənin surətindən görünür ki, tərəflər “Tefal” və digər markalı cihaz və texnikasına qarantiya və qarantiyadan sonra xidmət göstərilməsi ilə bağlı xidmət müqaviləsi bağlamışlar. - X4 izahatından görünür ki, o, Nümayəndə1 ilə heç bir qohumluq əlaqəsinin olmadığını, Zöhrab müəllimlə əlaqə saxlayanda ona ofisiant kimi işçi lazım olmasını bildirdiyini, bununla bağlı adına portal açıldığını, amma ailəvi problemləri olduğu üçün gedə bilmədiyini, Əmək Müfəttişliyindən bu işlə bağlı ona heç bir məktub gəlmədiyini, ümumiyyətlə Zəngilanda olmadığını göstərmişdir. - X8 izahatından görünür ki, o, Nümayəndə1 ilə heç bir qohumluq əlaqəsinin olmadığını, Zöhrabın kondisioneri xarab olduğundan telefonla əlaqə saxladığını, ona və iki dostuna da portal açdırdığını və birlikdə Zəngilana getdiklərini, İmişli rayonunda işlədiyini, çağırış olanda digər rayonlara da gediyini göstərmiş, Zəngilanın Ağalı kəndində restorana gedərək kondisoneri düzəltdiyini, elə həmin gün də qayıtdığını, onunla birgə gedən Əliyev Hüseyn və Şirinov Yengibarın ona kondisioneri təmir edəndə kondisioneri götürməyə koməklik göstərdiklərini bildirmişdir. - X6 izahatından görünür ki, o, Nümayəndə1 ilə heç bir qohumluq əlaqəsinin olmadığını, Vahid ilə uzun illərdir ki, dost olduğunu, onunla Zəngilana getmək üçün ona da portal açılmasını xahiş etdiyini göstərmiş, Zəngilana gedəndə postlarda saxlanıb yoxlandıqlarını, Vahidin Zəngilana kondisioneri düzəltməyə, özünün isə gəzməyə getdiyini, Zəngilan rayonunun Ağalı kəndində çörək sexinə gedəndə onları Zöhrab müəllimin qarşıladığını, Zəngilanda qalmadıqlarını, həmin gün də evə qayıtdıqlarını bildirmişdir. - X2 izahatından görünür ki, o, Nümayəndə1 ilə heç bir qohumluq əlaqəsinin olmadığını, Vahid müəllimdən onunla Zəngilana getmək üçün ona da portal açılmasını xahiş etdiyini, Vahidin Samsung servisdə kondisioner ustası işlədiyini, Zəngilan rayonunun Ağalı kəndində kondisoneri və soyuducunu düzəldəndən sonra Zəngilanda gəzib həmin gün də evə qayıtdıqlarını bildirmişdir. - Məhkəmənin sorğusuna əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin direktoru Nümayəndə1 tərəfindən təqdim olunmuş “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemindən çıxarışın surətindən görünür ki, "xxxx" MMC-nin müraciəti əsasında X19, X23, X9 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək Zəngilan rayonuna giriş üçün icazə verilmişdir. Çıxarışda “İcazənin səbəbi” qrafasında “Usta” qeyd edilmişdir. - Məhkəmənin sorğusuna əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin direktoru Nümayəndə1 tərəfindən təqdim olunmuş “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemindən çıxarışın surətindən görünür ki, "xxxx" MMC-nin müraciəti əsasında X30, X15, X13, X24, X19, X23, X9, X33 və X25 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək Zəngilan rayonuna giriş üçün icazə verilmişdir. Çıxarışda “İcazənin səbəbi” qrafasında X26 və X12 adlarının qarşısında “Yeni işçi”, X11 və X20 adlarının qarşısında “İşçi”, X14, X18 və X7 adlarının qarşısında “Usta”, X31 və X21 adlarının qarşısında isə “Sirab” qeyd edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, hüquqi şəxs "xxxx" MMC-nin hərəkətlərində inzibati xətanın tərkibi olmadığından barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1 -ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 7-ci maddəsinin 2-1 -ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 7.2-3.4-cü maddəsinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Maddənin məzmunundan aydın olur ki, şəxs o zaman inzibati məsuliyyətə cəlb edilir ki, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxs hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş olsun. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının ƏƏSMN yanında DƏMX tərəfindən hüquqi şəxs "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərini pozması barədə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas vətəndaşlar X12, X14 və X7 xx.xx.2024-cü il tarixdən hazırkı tarixədək əmək müqaviləsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvəyyə minmədən MMC tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edilməsi olmuşdur. Lakin məhkəmə araşdırması nəticəsində əmək müqaviləsi hüquqi qüvəyyə minmədən işlərin görülməsinə cəlb edilməsi göstərilən X12, X14 və X7 "xxxx" MMC-nin işçiləri olmadığı müəyyən edilmişdir. Belə ki, MMC-nin direktorunun sifarişi əsasında cəmiyyətin Zəngilan rayonu, Ağalı kəndində yerləşən restoranın kondisionerində və soyducusunda yaranmış problemlərin aradan qaldırılması üçün kondisioner ustası, fərdi əmək fəaliyyəti ilə məşğul olan X32 (VÖEN:********** ilə danışılmış, usta X28 və X10 ilə gəldiyi üçün portal açılmasını xahiş etmiş, cəmiyyətin direktoru da bununla bağlı Azərbaycan Respublikasının Prezidentinin Zəngilan rayonunda Xüsusi Nümayəndəliyinə müraciət edərək onların adlarına “Usta” qismində, protokolda adı qeyd olunan X16 işlə tanış olmaq üçün dəvət edərək onun adına “Yeni işçi” qismində, portal açılmasını xahiş etmiş və Nümayəndəlik tərəfindən müraciətdə göstərilən qaydada portal açılmışdır. Qeyd olunan xüsusatlar şahidlər X12, X18, X14 və X10 verdikləri izahatlarda da təsdiqini tapmışdır. Bu da onu göstərir ki, X28 və X10 "xxxx" MMC tərəfindən işçi kimi deyil, usta kimi dəvət edilərək adlarına portal açılmış, digər şəxs X22 isə yeni işçi kimi dəvət olunmasına və portal açılmasına baxmayaraq, ümumiyyətlə Zəngilan rayonuna getməmişdir. Bununla da, məhkəmə araşdırması nəticəsində Azərbaycan Respublikasının ƏƏSMN yanında DƏMX tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilənlərin MMC-nin inzibatı xəta haqqında məsuliyyətə cəlb olunması üçün kifayət etmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla "xxxx" MMC tərəfindən X12, X14 və X7 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmadan və ya əmək müqaviləəsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X34 Xidməti tərəfindən "xxxx" MMC-nin barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış, inzibati xətanın olmasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün protokola heç bir mötəbər sübut əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, hüquqi şəxs "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53,114114, 128,129,130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X34 Xidmətindən daxil olmuş material üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(077)-66/2024
Şuşa Rayon Məhkəməsi Qərar — İş №3(077)-66/2024
21.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver