Azərbaycan Respublikası adından QƏRAR Şuşa rayonu İş № 3(077)-7/2023 27.04.2023 ŞUŞA RAYON MƏHKƏMƏSİ X3 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş X2 iştirakı ilə, Bakı şəhər Xətai rayon X7 Şöbəsinin İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokolu əsasında X5 barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında TP ******* saylı qərardan sonuncu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X5 Bakı şəhər Xətai rayon X7 Şöbəsinin İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokolu əsasında onun barəsində çıxarılmış xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayətlə məhkəməyə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, “Toyota Prius” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobili taksi sürücüsü kimi, etibarnamə əsasında idarə edir. xx.xx.2023-cü tarixində, təxminən saat 18:00 Radələrində Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində yerləşən “Bravo” marketin həyətindən sifariş qəbul etmiş və sərnişinlə çıxışa doğru hərəkət etmişdir. Hərəkətdə olduğu yolun hər iki tərəfində maşını park etmək üçün ərazi var və həmin ərazi hər iki tərəfdən (sag və sol) yolla kəsişir. Bu kəsişmədə yollara heç bir nizamlayıcı nişanlar quraşdırılmamışdır. Həmin yol kəsişməsinin mərkəzini keçdiyi zaman sag tərəfdə yerləşən avtomobillərin park edilməsi üçün nəzərdə tutulan yoldan “Ford Fusion” markali, **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi avtomobilə sağ tərəfdən dəymişdir. Həmin avtomobilin sürücüsü eyni ərazidə bundan öncə başqa nəqliyyat vasitəsi ilə toqquşduğundan və şəxsi problemlərindən dolayı fikirli olduğundan yola fikir vermədiyini, sag tərəfə baxaraq sürdüyünü demişdir. Hadisə ilə bağlı “102” çağrı mərkəzinə və ’’Azərsığorta”ya məlumat vermiş, hər iki orqanın nümayəndəsi gələrək, hadisə yerinə baxış keçirmişdir. Hadisə həftənin 6-cı günü baş verdiyi üçün onlara 1-ci gün Xətai rayon Yol Polis idarəsinə gəlməli olduqları bildirilmişdir. xx.xx.2023 tarixində ora getmiş və YNH üzrə inspektor polis baş leytenantı Rza Qulizadənin qəbulunda olmuşdur. Orada ona sağ tərəfdəki nəqliyyat vasitəsinə yol vermədiyi üçün baş vermiş yol nəqliyyat hadisəsində günahkar olduğu bildirilmiş və İXM-nin 327.2-ci maddəsi (yolayırıcını keçmə qaydalarının pozulması) əsasında İXP ******* nömrəli protokol yazılmış, protokola əsasən 60 manat və 3 bal ilə cərimələnmişdir. Protokolla razılaşmadığını, qərardan məhkəmə qaydasında şikayət edəcəyini bildirmişdir.Günahın onda olmadığını qanun və maddələrlə sübut etməyə çalışsa da, sözlərinə məhəl qoyulmamışdır. Protokola əsasən günahkar çıxarıldığına görə, firmaya məxsus avtomobilə dəymiş zərəri də ödəməlidir. Hadisə yerində telefonla çəkdiyi fotolardan və videogörüntüdən də görünür ki, o yol qapalı parkovkadan çıxış yoludur. Hadisə baş verən ərazidə isə həmin hadisənin tam mərkəzini qeydə alan “Bravo” supermarkete aid müşahidə kamerası var. Yol hərəkəti qaydalarına əsasən, qapalı ərazidən (məs: parklanma verindən) yola çıxan yerlə yolun kəsişdiyi ərazi yolyırıcı sayılmır. Qapalı ərazidən çıxan nəqliyyatlar bütün hallarda yolla qedən nəqliyyat vasitələrinə yol verməlidir. İdarə etdiyi avtomobili sağ qabaq təkər tərəfindən vuran avtomobil həmin an parkovka üçün nəzərdə tutulan ərazidəki yol ilə hərəkət edərək, avtomobillərin marketin həyətinə giriş-çıxış üçün (onun hərəkətdə olduğu) yola çıxmaq istəyirdi. Özü həmin vaxt həmin yol kəsişməsinin tam mərkəzini keçmişdi. Hərəkət etdiyi yol iki tərəfli yoldur, parkovka yerindən çıxan yol isə bir avtomibilin keçəcəyi yoldur, Yol polisi idarədə bu yolun nizamlanmayan yolayırıcı olduğunu deyir. “Yol hərəkəti qaydalari”na əsasən isə ora eyni əhəmiyyətli yol olmadığından, yolayırıcı sayıla bilməz. Parkovkdan yola birləşən yol ikinci dərəcəli yol sayılır. “Yol hərəkəti qaydaları”nın 77.1-ci maddəsinə əsasən eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayırıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü bas yolla yolayırıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. Hətta o ərazi eyni əhəmiyyətli yol olsaydı belə, özü həmin yolayırıcına daxil olduğu və mərkəzini keçdiyi üçün, sag tərəfdəki nəqliyyat vasitəsi onun yolayırıcısını tam keçənə kimi gözləməli idi. Nizamlanmayan yol ayırıcına daxil olan nəqliyyat vasitələri, hərəkətə davam edə bilmək üçün, başqa nəqliyyat vasitəsinin maneə törətmədiyinə arxayın olduqdan sonra hərəkətinə davam etməlidir. Amma bu nəqliyyat vasitəsi heç bir tormozlanma etmədən hərəkət etmiş və qəza törətmişdir. “Yol hərəkəti qaydaları”nda yolayırıcısının keçilməsi qaydasında isə qeyd olunub ki, əgər yolayırıcısında və ya hərəkət hissəsinin kəsişməsində tixac yaranibsa, yolayırıcına başqa avtomobil daxil olbusa və bu sürücünü dayanmağa məcbur edərək digər nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya kəsişmə yerlərinə girməsi qadağandır. Kəsişmənin 1 tərəfi baş yol, digər tərəf 2-ci dərəcəli yoldursa, bu eyni əhəmiyyətli yol sayıl bilməz. Kəsişmənin hər tərəfi baş yol və heç bir nişan yoxdursa, o zaman eyni əhəmiyyətli yol sayılır. "Yol hərəkəti qavdalan’’nda qeyd olunur ki, ikinci dərəcəli yol kimi qəbul edilən yoldakı nəqliyyat axınının say etibarı ilə az olması; Baş yol kimi qəbul edilən yoldakı nəqliyyatların axınının sayının ikinci dərəcəli yol kimi qəbul edilən yoldakı nəqliyyat axınının sayına nisbətən çox olması; Məhkəmə iclasında X5 şikayətini müdafiə edərək inzibati qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Bakı şəhər Xətai rayon X7 Şöbəsinin nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət verilməmişdir. Məhkəmə hesab edir ki, işə Bakı şəhər Xətai rayon X7 Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxıla bilər. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatını dinləyib, işdəki sənədləri araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan: - X2 şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, Şuşa şəhəri, F.X.Kəminə küçəsi, ev 7-də pasport qeydiyyatındadır. - Bakı şəhər Xətai rayon X7 Şöbəsinin əməkdaşı tərəfindən tərtib edilmiş İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X5 Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində yerləşən Bravo marketin həyətində xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində idarə etdiyi “Toyota Prius” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibat Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə (yolayrıcını keçmə qaydalarının pozulması) nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - Bakı şəhər Xətai rayon X7 Şöbəsinin əməkdaşının İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli TP ******* saylı qərarı ilə X5 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə olunmuşdur. - Məhkəmə iclasında təqdim edilmiş fotoşəkillərə və videoyazıya baxış keçirilmiş və müəyyən edilmişdir ki, X2 idarə etdiyi “Toyota Prius” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobillə və “Ford Fusion” markali, **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində yerləşən Bravo marketin həyətində olan yolda hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı “Ford Fusion” markali, **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobilın hərəkət yolunun X2 idarə etdiyi “Toyota Prius” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət yoluna sağ tərəfdən kəsişməsi, həmin yolayrıcının nizamlanmayan yolayrıcı olması, hər iki nəqliyyat vasitəsinin eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında hərəkətdə olması müşahidə olunur. Azərbaycan Respublikası İnzibat Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- altmış manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 11-ci bəndinə əsasən yolayrıcı — yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ gətirdiyi ərazidir. Həmin Qanunun1-ci maddəsinin 12 və 13-cü bəndlərinin tələblərinə görə isə, nizamlanan yolayrıcı — hərəkət növbəliliyi svetoforun və ya nizamlayıcının siqnalları ilə müəyyənləşdirilən yolayrıcı, nizamlanmayan yolayrıcı — nizamlayıcının olmadığı, svetoforun qurulmadığı və ya söndürüldüyü, yaxud yanıb-sönən sarı rəngli işıq siqnalının işlədiyi yolayrıcıdır. Həmin Qanunun 75-ci maddəsinin İİİ. hissəsinə görə, hərəkət növbəliliyi svetoforun və ya nizamlayıcının siqnalları ilə müəyyən edilən yolayrıcı nizamlanan hesab edilir. Maddənin İV. hissəsinə görə isə yanıb-sönən sarı siqnal olduqda, svetoforlar işləmədikdə və ya nizamlayıcı olmadıqda, yolayrıcı nizamlanmayan hesab edilir və sürücülər nizamlanmayan yolayrıcılarını keçmə qaydalarını və yolayrıcında quraşdırılmış üstünlük nişanlarını əsas tutaraq hərəkət etməlidirlər. Həmin Qanunun 77-ci maddəsinin İİİ. hissəsinin tələbinə əsasən, eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdırlar. Belə yolayrıclarında tramvay, onun hərəkət istiqamətindən asılı olmayaraq, relssiz nəqliyyat vasitələri qarşısında üstünlüyə malikdir. Azərbaycan Respublikası İnzibat Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət- şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X5 Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində yerləşən Bravo marketin həyətində xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində idarə etdiyi “Toyota Prius” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibat Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə (yolayrıcını keçmə qaydalarının pozulması) nəzərdə tutulmuş inzibati xətanı törətmiş, bunun əsasında onun barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və Bakı şəhər Xətai rayon X7 Şöbəsinin əməkdaşının İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli TP ******* saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə olunmuşdur. Təqdim edilmiş fotoşəkillərdən və videoyazıdan yol-nəqliyyat hadisəsi baş verdiyi zaman hər iki nəqliyyat vasitəsinin eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında hərəkətdə olduğu, heç bir intensiv hərəkətin olmadığı, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin sağdan gələn nəqliyyat vasitəsinə yol vermək imkanının olduğu müəyyən edilmişdir. X1 şikayətində göstərdiyi xüsusatlar onun özünü müdafiəsi kimi qiymətləndirilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhər Xətai rayon X7 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 129, 130, 131, 133, 134, 136 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhər Xətai rayon X7 Şöbəsinin İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokolu əsasında X5 barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli TP ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(077)-7/2023
Şuşa Rayon Məhkəməsi Qərar — İş №3(077)-7/2023
27.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver