Məhkəmə qərarları › İş №3(077)-71/2024

Şuşa Rayon Məhkəməsi Qərar — İş №3(077)-71/2024

22.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şuşa rayonu İş № 3(077)-71/2024 22.11.2024 ŞUŞA RAYON MƏHKƏMƏSİ X16 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Şuşa rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 və onun müdadiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X14 iştirakı ilə, xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şuşa rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şuşa rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X10 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, X2 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(077)- 27/2024 saylı qərarı ilə 500 manat məbləğində inzibati cərimə edilmişdir. Buna baxmayaraq X8 inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarını qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir.. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən Şuşa rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X10 inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək, X1 barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 təqsirini qismən etiraf edərək, izahatında maddi imkanının olmadığını, kirayədə yaşadığını, oğlunun hərbi xidmətdə olduğunu, əgər vaxt verilsə, cəriməni ödəyəcəyini göstərmiş və barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili X4 Gülnarə Eldar qızının barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını, həmçinin iş materiallarını araşdıraraq hesab edir ki, X5 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(077)-164/2023 saylı icra vərəqəsinə əsasən borclu X3 2700 manat borc və 47 manat dövlət rüsumu tutularaq tələbkar X9 ödənilməlidir. Şuşa rayon İcra və Probasiya Şöbəsinin “İcraata başlama haqqında” xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(077)-164/2023 saylı icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildirişlə birlikdə xx.xx.2023-cü il tarixdə X6 təqdim edilmişdir. X1 Şuşa rayon İcra və Probasiya Şöbəsinin rəisinə verdiyi xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli izahatların məzmunundan müəyyən olunur ki, borclu X8 tərəfindən Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(077)-164/2023 saylı icra sənədi üzrə tələbkar X9 heç bir ödəniş edilməmişdir. Şuşa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(077)-27/2024 saylı qərarından görünür ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. “İcraata başlama haqqında” xx.xx.2024-cü il tarixli qərarın və “Tələbin könüllü icrası haqqında” bildirişin surətindən görünür ki, Şuşa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(077)-27/2024 saylı icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış, icraata başlanması haqqında qərar və bildiriş borclu X6 təqdim edilmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində iş materiallarından olan sənədlərdən müəyyən olunmuşdur ki, icra sənədi üzrə Şuşa rayon İcra və Probasiya şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, qərarın surəti və tələbin könüllü icra olunması barədə bildiriş borclu X6 təqdim edilmişdir. Qanunla müəyyən edilmiş müddət ərzində icra sənədini icra etmədiyindən, borclu İcra və Probasiya şöbəsinə dəvət edilərək izahatı alınmış, icra sənədinin icra edilməsi tələb olunmuşdur. Şİuşa rayon İcra və Probasiya şöbəsi tərəfindən X1 əmlak və digər gəlirləri barədə müvafiq orqan və təşkilatlara sorğular verilmiş, verilmiş sorğular nəticəsində borclunun adına heç bir daşınar və daşınmaz əmlak, nağd pul, həmçinin tələbin yönəldilə biləcəyi digər əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, X2 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(077)-27/2024 saylı icra sənədinin icrasını 25 gündən artıq müddət ərzində təmin etməmişdir. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, toplanmış sübutlarla X5 inzibati xəta törətməsində təqsiri tam sübuta yetirildiyindən sonuncunun əməli düzgün olaraq, İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinin sanksiyasının hədləri daxilində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-nin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 66.3, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. X6 məhkəmə iclasında dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X17 3 (üç) saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar