Azərbaycan Respublikası adından QƏRAR Şuşa rayonu İş № 3(077)-78/2024 17.12.2024 ŞUŞA RAYON MƏHKƏMƏSİ X15 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi, Şuşa Rayon Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis kapitanı X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Abşeron rayon vəkil bürosunun vəkili Vəkil iştirakı ilə xx.xx.1988-ci il təvəllüdlü, Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şuşa Rayon Polis Şöbəsinin STB-nin şöbə rəisi, baş leytenant X12 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixində Şuşa şəhərində olan zaman qanunsuz olaraq narkotik vasitə olan marixuana istehlak etmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şuşa Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki X10 tərəfindən xx.xx.2024-cü il tarixində Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə MN seriyalı ******* nömrəli qərardad tərtib edilərək, baxılması üçün aidiyyəti üzrə Şuşa Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi, Şuşa Rayon Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis kapitanı X13 protokolda qeyd olunanları təsdiq edərək bildirdi ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Tibbi müayinə nəticəsində onun narkotik vasitələrdən istifadə etdiyi və narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olduğu müəyyən olunmuşdur. Odur ki, Şəxs müvafiq inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək törətdiyi əməldən səmimi peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini göstərmiş və məhkəmədən onun barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Abşeron rayon vəkil bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin əməlindən peşman olmasını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şuşa RPŞ-nin TQ-nın baş təhqiqatçısı, polis polkovnik-leytenantı X4 “cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, Şuşa Rayon Polis Şöbəsinin NMQ-nın baş əməliyyat müvəkkili polis kapitanı X13 xx.xx.2024-cü il tarixdə Şuşa RPŞ-nin rəisi polis polkovniki Səməd Məhərrəmova raportla məruzə edərək, xx.xx.2024-cü il tarixdə turist kimi Şuşa şəhərinə gəlmiş, xx.xx.1988-ci il tarixdə Füzuli rayonu, Böyük Bəhmənli kədində anadan olmuş, Füzuli rayon Böyük Bəhmənli kədində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı aldığını bildirmiş və məlumatın araşdırılması üçün dərhal və təxirəsalınmadan əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə göstəriş verilməsini xahiş etmişdir. Daxil olmuş müraciət xx.xx.2024-cü il tarixdə “Daxilolma” 3-13-112/1-3447/2024 nömrədə qeydiyyata alındıqdan sonra təxirəsalınmadan əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun üzvlərinin iştirakları ilə üzərinə baxış keçirilməsi üçün Şəxs rayon polis şöbəsinə dəvət edilmişdir. Vətəndaş Şəxs üzərinə baxış keçirilməmişdən əvvəl üzərində narkotik vasitə və ya narkotik tərkibli maddələr gəzdirməsi barədə əməliyyat məlumatı olduğu, əgər üzərində vardırsa könüllü təqdim etməsi ilə əlaqədar onunla profilaktiki söhbətlər aparılmış, nəticədə Şəxs əynində olan gödəkçəsinin sol yuxarı yan cibində olan kütləni çıxarıb təqdim etmişdir. Təqdim edilmiş kütlənin narkotik vasitə hesab edilən marixuanaya oxşar yaşıl rəngli, tünd qoxulu kütlə olması müəyyən edilmişdir. Kağız salfetin üzərinə yığılmış ümumi çəkisi təxminən 0,225 qram olan kütlə iş üçün əhəmiyyətli olduğundan iştirakçıların və hal şahidlərinin iştirakları ilə qablaşdınlaraq götürülmüşdür. Material üzrə izahatı alınmış Şəxs izahatında göstərmişdir ki, o, Füzuli rayonu, Böyük Bəhmənli kəndində daimi qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Öz dolanışıqlarını təmin etmək məqsədilə fərdi olaraq məişət avadanlıqlarının təmiri işləri İlə məşğul olur. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Xankəndi şəhərini gəzmək üçün sərnişin daşınması ilə məşğul olan taksi sürücüsü ilə Xocavənd rayon Qırmızı bazar qəsəbəsi ərazisindən keçən yol ilə Xankəndi şəhərinə gəlmişdir. Avtomobildə ondan başqa tanımadığı iki nəfər də Xankəndi şəhərinə işləmək üçün gəlmişlər. O, eləcə də digər şəxslər Xankəndi şəhərində “Mandarin” marketin qarşısına çatanda taksidən düşmüş və o, Xankəndi şəhərini piyada gəzməyə başlamışdır. O, əvvəllər ermənilər yaşadıqları binaları gəzərkən sahibsiz evlərin birinin mətbəxində dəmir qutunun içərisində bir büküm marixuana deyilən narkotik vasitənin olduğunu görmüş və öz istifadəsi üçün götürüb gödəkçəsinin yuxarı cibinə qoymuşdur. Bundan sonra o, Xankəndi şəhərində “Salam Xankəndi” restoranında işçi kimi işləyən, əvvəlcədən tanıdığı Bəxtiyarla görüşmək üçün Bəxtiyarın işlədiyi yerin ünvanını öyrənərək “Salam Xankəndi" restoranına gəlmişdir. O. Bəxtiyarla görüşdükdən sonra Bəxtiyar onu restorana yeməyə dəvət etmiş, o, restoranda tək əyləşib yemək yemiş və bir qədər spirtli içki qəbul etmişdir. Qalmağa yeri olmadığı üçün xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Bəxtiyar işdən çıxdıqdan sonra birlikdə taksi ilə Bəxtiyarın Şuşa şəhərində qaldığı bina evinə gəlmişlər. Onlar evə gəldikdə Bəxtiyar istirahət etmək üçün öz yatağına uzanmış, o isə Bəxtiyara “düşürəm həyətə biraz. gəzim qayıdacam” deyib binanın həyətinə düşmüşdür. O. binadan aşağı düşdükdə Xankəndi şəhərində sahibsiz evlərdən birindən tapıb əldə etdiyi marixuananı boş siqaret kağızına doldurmuş, artıq qalan marixunanı isə sonradan qəbul etmək məqəsədilə əynində olan gödəkçəsinin sol yuxarı yan cibinə qoymuşdur. O, binadan kənarlaşıb yol ilə gedərək “nəşə” deyilən nakotik vasitəni yandırıb çəkmiş və bir qədər Şuşa şəhərini gəzdikdən sonra qaldığı binanı tapmaq üçün yaşayış binalarının yerləşdiyi ərazini gəzərkən Şuşa rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşıb şəxsiyyəti barədə məlumat almaq üçün şəxsiyyət vəsiqəsini yoxladıqda onun ərazidə olmasına görə icazə portalının vaxtı keçməsi barədə məlumat verib onu rayon polis şöbəsinə dəvət etmişlər. O, Şuşa rayon polis şöbəsinə dəvət edildikdən sonra polis əməkdaşları tərəfindən ondan spirtli içki, narkotik vasitə qəbul edib-etməməsi, eləcə də üzərində narkotik vasitə olubolmaması barədə soruşulduqda o, həm spirtli içki, həm də marixuana qəbul etdiyini etiraf etmiş və cibində olan marixuananın qalan hissəsini polis əməkdaşlarına təqdim etmişdir. Material üzrə izahatı alınmış Şuşa RPŞ-nin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis kapitanı X13 izahatında göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə gecə vaxtlarında xidmətdə olarkən Şuşa şəhərinə turist kimi gəlmiş Füzuli rayon Böyük Bəhmənli kəndində yaşayan Şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi və üzərində gəzdirməsi barədə məlum mənbədən məlumat almışdır. Lazımi qabaqlayıcı tədbirlər görülmədiyi halda Şəxs qısa müddət ərzində üzərində gəzdirdiyi narkotik vasitəni realizə edəcəyini, gizlədəcəyini və ya məhv edəcəyi ehtimallarını nəzərə alaraq, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin qanunsuz əməllərinin ifşa olunması məqsədi ilə o, rayon polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmiş, rəhbərliyin razılığından sonra Şəxs üzərinə baxış keçirilməsi üçün yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə dərhal və təxirəsahnmadan əməliyyat-axtarış tədbirləri həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra Şəxs xx.xx.2024-cü il tarixdə Şuşa şəhərində inşa edilən yeni yaşayış binalarının yerləşdiyi ərazidə saxlanılmış, onun əraziyə giriş portalı olmadığına və üzərində narkotik vasitə gəzdirməsi ehtimalı olduğuna görə Şuşa rayon polis şöbəsinin inzibati binasına dəvət edilmişdir. İnzibati binada Şəxs üzərində narkotik vasitə və ya maddə gəzdirməsi barədə əməliyyat məlumatı olması və əgər vardırsa könüllü tədim etməsi təklif edilərək onunla profılalaktıkı söhbətlər aparılmış, bundan sonra Şəxs əynində olan gödəkçəsinin sol yuxarı yan cibində saxladığı kütləni təqdim etmişdir. Şəxs tünd yaşıl rəngli, kəskin qoxulu olan narkotik vasitə hesab edilən marixuanaya oxşar kütləni xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Xankəndi şəhərində ermənilərin yaşadıqları yaşayış binalarını gəzən zaman mənzillərdən bunun mətbəxində qabın içərisində tapdığını və öz istifadəsi üçün üzərində gəzdirdiyini, bir qismini qəbul etdiyini, bir qismini isə sonradan qəbul edəcəyini bildirmişdir. Bundan sonra aşkar edilmiş kütlə solfetin üzərinə yığılaraq i.tirakçıların və hal şahidlərinin iştirakları ilə elektron tərəzidə şəkilmiş və salfetlə birlikdə ümumi çəkisi 0,225 qram olan narkotik vasitəyə oxşar kütlə qablaşdırılmışdır. Material üzrə izahatları alınmış Şuşa rayon Polis Şöbəsinin CAB-in əməliyyat müvəkkili X8, NH-nin məsul növbətçi əvəzi X14 və PPXB-nin manqa komandiri X1 Fərəc Yusif oğlunun verdiyi izahata oxşar izahatlar vermişdirlər. Araşdırma zamanı Şəxs narkotik vasitə hesab edilən marixunanı haradan əldə etməsi, nə məqsədlə üzərində saxlaması, onun narkotik vasitə və maddələrin alqı-satqısı ilə məşğul olub-olmamasını, əldə etdiyi narkotik vasitədən digər şəxslərə verməsini, əvvəllər anoloji əmələ görə məsuliyyətə cəlb edilib-edilməməsini əməliyyat yolu ilə müəyyən edilməsi məqsədilə Şuşa rayon polis şöbəsinə əməliyyat tapşırığı verilmişdir. xx.xx.2024-cü il tarixdə əməliyyat tapşırığına cavab olaraq bildirilmişdir ki, Şəxs qanunsuz yolla əldə etdiyi narkotik vasitə hesab edilən marixunanı hər hansı bir şəxsdən almamış, həmin narkotik vasitəni Xankəndi şəhəri ərazisində məlum olmayan ünvandan tapdıqdan sonra qəbul etmək üçün üzərində saxlamış və həmin narkotik vasitədən digər şəxslərə satmamış və qəbul etmək üçün bağışlamamışdır. Şəxs əvvəllər Azərbaycan Respublikasının CM-nın 234.1-ci maddəsi ilə məhkum olunduğu müəyyən edilmiş, lakin onun narkotik tərkibli vasitə və maddələrin alqı-satqısı ilə məşğul olması barədə hər hansı bir məlumat əldə edilməmişdir. İş üçün əhəmiyyətli olduğundan araşdırma dövründə xx.xx.2024-cü il tarixdə məhkəmə-narkoloji və məhkəmə-bioloji ekspertizalar təyin edilmiş, ekspertizaları keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Rayonlararası Narkoloji Dispanserin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin Gəncə Regional bölməsinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Rayonlararası X3 X2 xx.xx.2024-cü il tarixli, 1979 nömrəli rəyinə əsasən müayinədən keçən Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin Gəncə Regional bölməsinin xx.xx.2024-cü il tarixli, 16/1120 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş kağız paketdəki 01 (bir) ədəd salfet kağız bükümündə təmiz çəkisi - 0,68 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Şəxs qanunsuz yolla əldə etdiyi və öz istifadəsi üçün üzərində saxladığı ümumi təmiz çəkisi 0,68 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana cinayət məsuliyyəti yaratmadığından, eləcə də onun narkotik vasitələrin, psixotrop maddələrin alqı-satqısı ilə məşğul olması müəyyən edilmədiyindən, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə cinayət işin başlanması rədd edilmiş, onun əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi olduğu üçün barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti rayon Polis Şöbəsinin İTByə göndərilmişdir. Beləliklə aparılmış təhqiqatla müəyyən edilmişdir ki, Şəxs Şuşa rayon Polis Şöbəsinə dəvət olunaraq, onunla profilaktiki söhbətlər aparılan zaman üzərində gəzdirdiyi 01 ədəd salfet kağız bükümündə təmiz çəkisi - 0,68 qram narkotik vasitə olan marixuananı könüllü olaraq təqdim etmişdir. Aşkar olunan narkotik vasitənin çəkisi 0,68 qram, yəni şəxsi istehlak miqdarında olduğundan Şəxs əməlində cinayət tərkibinin olması müəyyən edilməmişdir. Lakin Şəxs 0,694 qram xalis çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə etməklə Azərbaycan Respublikası İXM-nin 206-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinə yol vermişdir. Şuşa Rayon Polis Şöbəsinin STB-nin şöbə rəisi, baş leytenant X12 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 21:18-də inzibati qaydada tutulmuşdur. Məhkəmə, proses iştirakçılarının işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə tövsif olunmuş, qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 32.2-ci maddəsinə görə isə, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. 37.2-ci maddəsinə əsasən məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. 37.3-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. 37.5-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Məhkəmə, barəsində tətbiq ediləcək inzibati tənbeh tədbirinin növünü müəyyən edərkən Şəxs törətdiyi inzibati xətanı səmimi etiraf etməsini, əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi, eyni zamanda, cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmağın qeyri-mümkün olmasını nəzərə alaraq hesab edir ki, ona müvafiq maddənin sanksiyası həddində həbs inzibati tənbeh tədbiri tətbiq edilməli, həbs etmənin əvvəli onun faktiki saxlandığı, yəni, xx.xx.2024-cü il tarixdən, saat 21:18-dən hesablanmalı, qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X7 Mərkəzinə həvalə edilməlidir. Məhkəmə həmçinin iş üzrə ambulator X2 xx.xx.2024-cü il tarixli, 1979 nömrəli rəyini nəzərə alaraq, habelə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinin tələbinə əsasən hesab edir ki, Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, qərar həmin hissədə inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra edilməli, o, inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3, 34.3, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 21:18-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X7 Mərkəzinə həvalə edilsin. Həbsdə saxlama müddəti bitdikdən sonra Şəxs məcburi müalicə təyin olunsun və ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 3 (üç) saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil müvafiq olaraq 18 (on səkkiz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şuşa Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №3(077)-78/2024
Şuşa Rayon Məhkəməsi Qərar — İş №3(077)-78/2024
17.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver