Məhkəmə qərarları › İş №3(077)-8/2023

Şuşa Rayon Məhkəməsi Qərar — İş №3(077)-8/2023

13.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şuşa rayonu İş № 3(077)-8/2023 13.05.2023 ŞUŞA RAYON MƏHKƏMƏSİ X16 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şuşa rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis kapitanı X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1985-ci il tarixdə Tərtər rayonu Qaynaq kəndində anadan olmaqla həmin ünvanda qeydiyyatda olan, ünvan 2 39, mənzil 5-də yaşayan, hazırda Şuşa şəhərində yerləşən "xxxx" QSC-də beton qarışdıran yük avtomobili sürücüsü işləyən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şuşa Rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis kapitanı X10 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixində Şuşa şəhərində olan zaman qanunsuz olaraq narkotik vasitə olan marixuana istehlak etmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şuşa Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki X7 tərəfindən xx.xx.2023-cü il tarixində Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə MN seriyalı ******* nömrəli qərardad tərtib edilərək, baxılması üçün aidiyyəti üzrə Şuşa Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Şuşa Rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis kapitanı X10 protokolda qeyd olunanları təsdiq edərək bildirdi ki, tibbi müayinə nəticəsində Şəxs narkotik vasitələrdən istifadə etdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək törətdiyi əməldən səmimi peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini göstərmiş və məhkəmədən onun barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi izahatlarını və inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli olması tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Şuşa RPŞ-nin Şəxs “cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Şuşa Rayon Polis Şöbəsinin NMQ-nın baş əməliyyat müvəkkili polis kapitanı X10 xx.xx.2023-cü il tarixdə Şuşa RPŞ-nin rəisi polis polkovniki Səməd Məhərrəmova raportla məruzə edərək, həmin gün Şəxs üzərinə baxış keçirilməmişdən əvvəl üzərində narkotik vasitə və ya narkotik tərkibli maddələr gəzdirməsi barədə əməliyyat məlumatı olduğu, əgər üzərində vardırsa könüllü təqdim etməsi ilə əlaqədar onunla profilaktiki söhbətlər aparıldığını, nəticədə Şəxs əynində olan gödəkçəsinin sol cibindən sellofan cığalaya bükülmüş və “kazbek” deyilən kağız boruya yarı vəziyyətdə doldurulmuş kütlələri çıxarıb təqdim etdiyini, baxış zamanı selofan çığalanın və “kazbek” deyilən kağız borunun içərisində narkotik vasitə hesab edilən marixuanaya oxşar yaşıl rəngli, tünd qoxulu kütlələrin olması müəyyən edildiyiuni, sellofan cığala ilə birlikdə ümumi çəkisi təxminən 1 (bir) qram, “kazbek” kağızına doldurulmuş ümumi çəkisi təxminən 0,550 qram olan kütlələr iş üçün əhəmiyyətli olduğundan iştirakçıların və hal şahidlərinin iştirakları ilə qablaşdırılaraq götürülldüyünü bildirmişdir. Araşdırma zamanı Şəxs göstərmişdir ki, o, Tərtər rayonu Qaynaq kəndində daimi qeydiyyatda olsa da, təxminən səkkiz ildir, Abşeron rayonu Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış massivi, bina 39, mənzil 5-də ailəsi ilə birlikdə yaşayır. Təxminən bir il əvvəl Şuşa şəhərində yerləşən "xxxx" QSC-də beton qarışdıran yük avtomobilinin sürücüsü kimi işə düzəlmiş və həmin vaxtdan "xxxx" qapalı səhimdar cəmiyyətində işləyir. O, işlədiyi işi ilə əlaqədar olaraq müvəqqəti olaraq Şuşa şəhərində iş yerində qalır. xx.xx.2023-cü il tarixdə Şuşa şəhərində tədbir olduğu üçün iş günü olmadığına görə o, iş yoldaşları Paşa və Ramil ilə birlikdə Şuşa şəhərində olarkən onları Şuşa rayon polis şöbəsinin əməkdaşları Şuşa rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsinin inzibati binasında polis əməkdaşları onun üzərində narkotik vasitə gəzdirməsi barədə məlumat olduğunu bildirərək üzərində hər hansı bir narkotik vasitə və ya maddələrin olub - olmadığı soruşulmuş, əgər vardırsa təqdim etməsi təklif olunmuşdur. O, həmin vaxt təxminən 10 gün əvvəl Şuşa şəhərindən tapıb əldə etdiyi və əynində olan gödəkçənin cibində gəzdirdiyi selofan cığalaya bükülü vəziyyətdə və “kazbek” kağızına doldurduğu, yarısını bir neçə gün əvvəl çəkib saxladığı “nəşə” deyilən narkotik vasitəni çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin vaxt polis əməkdaşları iş yoldaşları və dəvət edilmiş hal şahidlərinin iştirakları ilə onun təqdim etdiyi bükülülərə baxış keçirilmiş, baxış keçirildikdən sonra isə selofan bükülüdə və “kazbek” kağızında doldurduğu kağızın yarısından olan kütlə qablaşdırılaraq götürülmüşdür. O, əvvəllər bir dəfə “nəşə” deyilən narkotik vasitədən istifadə etdiyini, həmin vaxt ona xoş təsir etdiyi üçün təxminən 10 gün əvvəl Şuşa şəhərində yerləşən “Zəfəran” aptekinin qarşı tərəfindən yoldan tapdığı selofan bükümdə olan “nəşə”ni hərdən tək olanda qəbul etmək məqsədilə özündə saxlamış, həmin tapdığıı nəşə deyilən narkotik vasitənin bir hissəsini “kazbek” deyilən kağız boruya doldurub yarısını bir neçə gün əvvəl çəkmiş, yarısını cibinə qoyaraq saxladığını öz izahatında göstərmişdir. O, heç vaxt narkotik vasitələrin və ya maddələrin alqı-satqısı ilə məşğul olmadığını, həmçinin Şuşa şəhərindən tapdığı “nəşə” deyilən narkotik vasitədən heç kimə satmadığını və ya bəxş etmədiyini qeyd etmişdir. Araşdırma zamanı izahatı alınmış Şuşa RPŞ-nin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis kapitanı X10 izahatında göstərmişdir ki, o, 10.05. 2023- cü il tarixdə səhər vaxtlarında xidmətdə olarkən Şuşa şəhərində yerləşən "xxxx" QSC- də beton qarışdıran yük avtomobili sürücüsü işləyən Şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə etməsi və üzərində gəzdirməsi barədə məlum mənbədən məlumat almışdır. Lazımi qabaqlayıcı tədbirlər görülmədiyi halda Şəxs qısa müddət ərzində üzərində gəzdirdiyi narkotik vasitəni realizə edəcəyini, gizlədəcəyini və ya məhv edəcəyi ehtimallarını nəzərə alaraq, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin qanunsuz əməllərinin ifşa olunması məqsədi ilə o, rayon polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmiş, rəhbərliyin razılığından sonra Şəxs üzərinə baxış keçirilməsi üçün yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə dərhal və təxirəsalınmadan əməliyyat-axtarış tədbirləri həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra şübhə doğurmamaq üçün Şəxs Şuşa şəhərinin girişində iş yoldaşları X11 və X19 ilə birlikdə hərəkətdə olan zaman Şuşa rayon polis şöbəsinin inzibati binasına dəvət edilmişdir. İnzibati binada Şəxs üzərində narkotik vasitə və ya maddə gəzdirməsi barədə əməliyyat məlumatı olması və əgər vardırsa könüllü tədim etməsi təklif edilərək onunla profialaktiki söhbətlər aparılmış, bundan sonra Şəxs əynində olan gödəkçəsinin sol cibindən selofan cığalaya bükülü vəziyyətdə və yarı “kazbek” kağızının borusuna doldurulmuş kütləni təqdim etmişdir. Şəxs içərisində tünd yaşıl rəngli, kəskin qoxulu olan narkotik vasitə hesab edilən marixuanaya oxşar kütlələri təxminən 10 gün əvvəl Şuşa şəhərində “Zəfəran” aptekin qarşı tərəfində yoldan tapdığını və öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş kütlələr onun, digər iştirakçıların və hal şahidlərin iştirakları ilə elektom tərəzidə çəkilərək qablaşdırılmışdır. O, digər iştirakçılar kimi tərtib edilmiş protokolun doğru olmasını imzalamışdır. Şuşa RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X12, Şuşa RPŞ-nin NHnin məsul növbətçisi, polis leytenantı X1 Fərəc Yusif oğlunun verdiyi izahata oxşar izahatlar verərək Şəxs ilə xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Şuşa RPŞ-nin inzibati binasında aparılmış profilaktiki söhbətlərdən sonra Şəxs üzərində saxladığı narkotik vasitə hesab edilən marixunaya oxşar kütlələri könüllü olaraq təqdim etdiyini təsdiq etmişlər. Material üzrə izahatı alınmış X19 izhatında göstərmişdir ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natiq Haşimi küçəsi, ev 43-də ailəsi ilə birlikdə yaşayır. O, "xxxx" QSC-də mexanik vəzifəsində işləyir. "xxxx" QSC-də beton qarışdıran yük avtomobilinin sürücüsü işləyən Şəxs təxminən bir ildir tanıyır, onunla iş yoldaşı kimi münasibətləri yaxşı olmuş, aralarında heç bir narazılıqları olmamışdır. xx.xx.2023-cü il tarixdə Şuşa şəhərində keçirilən tədbirə görə işlədiyi yerdə iş olmadığı üçün o, Şəxs və "xxxx" QSC-də texniki müdir işləyən Türkiyə vətəndaşı Paşa Kusdil ilə gəzmək üçün Şuşa şəhərinə çıxmışlar. Təxminən saat 10-11 radələriarası Şuşa şəhərinin giriş hissəsində olarkən Şuşa rayon polis şöbəsinin əməkdaşları yaxınlaşaraq onları Şuşa rayon polis şöbəsinə dəvət etmişlər. Şuşa rayon polis şöbəsinin inzibati binasında polis əməkdaşları tərəfindən Şəxs üzərində narkotik vasitə və ya maddə olub-olmaması, əgər vardırsa könüllü çıxarıb təqdim etməsi təklif olunmuş, aparılan söhbətlərdən sonra Rasəf gödəkçəsinin sol yan cibində olan cığalaya bükülmüş və yarısı çəkilmiş siqaret kağızına doldurulmuş yaşıl rəngli kütləni çıxarıb təqdim etmişdir. Rasəf həmin kütlənin “nəşə” deyilən narkotik bitkisi olduğunu və selofan cığalada olan kütləni Şuşa şəhərində yoldan tapdığını və qəbul etmək üçün özündə saxladığını bildirmişdir. Rasəfin təqdim etdiyi 2 ədəd kütlə elektron tərəzidə çəkildikdən sonra zərfə qoyularaq qabalşdırılmış, digər iştirakçlar kimi o, da bununla bağlı tərtib edilmiş protokolun doğru olmasını öz imzası ilə təsdiq etmişdir. Material üzrə izahatı alınmış X11 oxşar izahat verərək X14 göstərdiyi xüsusatları təsdiq etmişdir. Material üzrə hal şahidi kimi izahatı alınmış X8 verdiyi izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 10-11 radələriarası iş yoldaşı X3 ilə birlikdə Şuşa şəhərində yerləşən Şuşa rayon polis şöbəsinin qarşısından keçən zaman polis əməkdaşları tərəfindən rayon polis şöbəsinin inzibati binasına dəvət edilmişlər, inzibati binada polis əməkdaşları onların Şuşa şəhərində "xxxx" QSC-də beton qarışdıran yük avtomobili sürücüsü işləyən Şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə etməsi və üzərində gəzdirməsi barədə məlumat olduğu üçün Şəxs üzərinə baxış keçirilməsi üçün hal şahidləri kimi dəvət edildikləri bildirilmiş, bununla bağlı ona və digər hal şahidi Səyyar Allahverdiyevə polis əməkdaşları tərəfindən hüquq və vəzifələri izah edilmişdir. Baxış keçirilməmişdən əvvəl polis əməkdaşları Şəxs üzərində narkotik vasitə və ya maddə olubolmaması, əgər vardırsa könüllü çıxarıb təqdim etməsi təklif olunmuş, aparılan söhbətlərdən sonra R, Məmmədov gödəkçəsinin sol yan cibində olan cığalaya bükülmüş və yarısı çəkilmiş siqaret kağızına doldurulmuş yaşıl rəngli kütləni çıxarıb təqdim etmişdir. Rasəf həmin kütlənin “nəşə” deyilən narkotik bitkisi olduğunu və selofan cığalada olan kütləni Şuşa şəhərində yoldan tapdığını, qəbul etmək üçün özündə saxladığını bildirmişdir. Rasəfin təqdim etdiyi 2 ədəd kütlə elektron tərəzidə çəkildikdən sonra zərfə qoyularaq qabalşdırılmış, digər hal şahidi kimi o, da bununla bağlı tərtib edilmiş protokola imza etmişdir. Material üzrə izahatı alınmış X11 oxşar izahat verərək X2 göstərdiyi xüsusatları təsdiq etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 11,05.2023-cü il tarixli, 7/678 nömrəli ekspert rəyinin surətindən görünür ki, tədqiqata təqdim edilmiş kağız paketdəki 01 ədəd selofan bükülüdə təmiz çəkisi - 0,599 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. - Həmin kağız paketdə 01 ədəd papirosda ümumi çəkisi -0, 230 qram tütünlə qarışıq kütlədə təmiz çəkisi - 0, 095 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. - Təqdim olunmuş marixuanalar tərkibinə görə eynidirlər, ümumi çəkisi 0,694 qramdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Respublikası Narkoloji Mərkəzi X23 11,05.2023-cü il tarixli, 2800 nömrəli rəyinin surətindən görünür ki, Kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Lakin, hazırda Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Şəxs qanunsuz yolla əldə etdiyi və öz istifadəsi üçün üzərində saxladığı ümumi təmiz çəkisi 0,694 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana cinayət məsuliyyəti yaratmadığından, eləcə də onun narkotik vasitələrin, eləcədə psixotrop maddələrin alqısatqısı ilə məşğul olması müəyyən edilmədiyindən, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə cinayət işin başlanması rədd edilmiş, onun əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi olduğu üçün barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti rayon Polis Şöbəsinin İTByə göndərilmişdir. Beləliklə aparılmış təhqiqatla müəyyən edilmişdir ki, Şəxs Şuşa rayon Polis Şöbəsinə dəvət olunaraq, onunla profilaktiki söhbətlər aparılan zaman üzərində gəzdirdiyi 01 ədəd selofan bükülüdə və 01 ədəd papirosda təmiz çəkisi 0,694 qram narkotik vasitə olan marixuananı könüllü olaraq təqdim etmişdir. Aşkar olunan narkotik vasitənin çəkisi 0,694 qram, yəni şəxsi istehlak miqdarında olduğundan Şəxs əməlində cinayət tərkibinin olması müəyyən edilməmişdir. Lakin Şəxs 0,694 qram xalis çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə etməklə Azərbaycan Respublikası İXM-nin 206-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinə yol vermişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi özünün tam etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadələri, keçirilmiş ekspertizaların rəyləri, maddi sübut və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və protokol tərtib edən şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 32.2-ci maddəsinə görə isə, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, barəsində tətbiq ediləcək inzibati tənbeh tədbirinin növünü müəyyən edərkən Şəxs törətdiyi inzibati xətanı səmimi etiraf etməsini, əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi, eyni zamanda, cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmağın qeyri-mümkün olmasını nəzərə alaraq hesab edir ki, ona müvafiq maddənin sanksiyası həddində həbs inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3, 34.3, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və barəsində 17 (on yeddi) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli xx.xx.2023-cü il tarixindən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şuşa Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar