Məhkəmə qərarları › İş №3(077)-9/2021

Şuşa Rayon Məhkəməsi Qərar — İş №3(077)-9/2021

08.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şuşa rayonu İş № 3(077)-9/2021 08.04.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Yevlax şəhərində anadan olmuş,fərdi əməklə məşğul olan,Tərtər rayonu,Əskipara kəndində qeydiyyatda olan və Bakı şəhəri,Binəqədi rayonu,M.Ə.Rəsulzadə qəsəbəsi,Z.Qəmbərov küçəsi,ev 1 ünvanında məskunlaşan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələblərini pozması ilə əlaqədar olaraq barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2021-ci il tarixdə 08:00 radələrində Şuşa şəhəri,“Şuşa qalası”nın yaxınlığında Şuşa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Şuşa şəhər ərazisinə daxil olması ilə bağlı icazəsinin olub olmadığı araşdırılmış və onun icazəsiz Şuşa şəhəri ərazisinə daxil olduğu məlum olmuşdur.Ona görə də,Şuşa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış,barəsində xx.xx.2021-ci il tarixli MN №0206888 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Şuşa Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs izahatında bildirdi ki,xx.xx.2021-ci il tarixdə təxminən saat 09:30 radələrində onun 055 *** ** ** nömrəli mobil telefonuna 050 *** ** ** nömrəli mobil telefondan zəng gəlmiş və özünü İftixar kimi təqdim edən bir adam ona Şuşa şəhərinə mağazaya ərzaq aparmaq lazım olduğunu bildirmişdir.Həmin şəxslə Yasamal rayonu ərazisində yerləşən “Bravo” marketin yaxınlığında görüşmüş və yükü aparmağı müqabilində 370 manat məbləğində pul ödəyəcəyi barədə razılaşmışlar.Daha sonra təxminən 10:00 radələrində “Meyvəli bazarı”nda görüşmüşlər və onun etibarnamə ilə idarə etdiyi “Mercedes-Benz” markalı,** HH *** dövlət qeydiyyat nişanlı tentli furqon yük avtomobilinin yük yerinə ərzaq məhsulları yükləmişlər.xx xxxx 2021-ci il tarixdə öndə İftixar adlı şəxs və tanımadığı sürücüsü ilə “Toyota Prado” markalı avtomobil ilə və arxada özü olmaqla birlikdə Şuşa şəhərinə doğru yola düşmüşlər.Şuşa şəhərinə getdikləri yol üzərində olan bütün polis postlarında onları polis əməkdaşları saxlamış və icazəsi olduğunu bildirərək yola davam etməyinə icazə vermişlər.xx xxxx 2021-ci il tarixdə təxminən 19:00 radələrində Şuşa şəhərinə çatmışlar və yükü ərzaq məsulları satılan mağazaya boşaltmışlar.Yükü boşaltdıqdan sonra yük avtomobilini mağazanın yaxınlığında saxlamış və istirahət etmişdir.xx xxxx 2021-ci il tarixdə yola çıxmaq üçün Şuşa şəhərində yolun kənarında dayanaraq xəbər gözləyərkən polis əməkdaşları ona yaxınlaşmış və şəxsiyyət vəsiqəsini təqdim etməklə şəhərə giriş üçün icazəsi olub-olmadığını soruşmuşlar.Polis əməkdaşlarına ərzaq mağazasına yük gətirdiyini,giriş üçün icazəsi olduğunu bildirmiş və bu barədə aralarında mübahisə baş vermişdir.Lakin sonradan onu Polis Şöbəsinə aparmışlar və orada məlum olmuşdur ki,onun Şuşa şəhərinə giriş etməsi üçün heç bir rəsmi icazəsi yoxdur.O başa düşür ki,hüquq pozuntusuna yol vermişdir,lakin İftixar adlı şəxs onu aldadaraq icazəsi olduğuna inandırmışdır. Şuşa Rayon Polis Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq,məhkəmə iclasına gəlməmişlər,gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə işə Şuşa Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb,barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib hesab edir ki,barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətani törətməsi tədqiq olunan sübutlarla,o cümlədən inzibati xəta törətmiş şəxsin izahatı ilə, xx.xx.2021-ci il tarixli MN №0206888 nömrəli inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini,işin hallarını,Şəxs şəxsiyyətini,ilk dəfə olaraq inzibati xəta törətməsini,törətdiyi əməldən səmimi olaraq peşman olmasını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-13,31,32-33,40,43.1,48-50 və 106-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar