Məhkəmə qərarları › İş №3(077)-9/2022

Şuşa Rayon Məhkəməsi Qərar — İş №3(077)-9/2022

31.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şuşa rayonu İş № 3(077)-9/2022 31.08.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polisi İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib,məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiqetmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməməyinə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə məsuliyyət nəzərdə tutulan İXP4764961 nömrəli inzibati xəta haqqında protokol tərtib etmiş və baxılması üçün Şuşa Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də,tərəflər məhkəmə iclasına gəlməmişlər və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət verilməmişdir. Məhkəmə hesab edir ki,işə tərəflərin iştirakı olmadan baxıla bilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DYP Portal çıxarışından və İXP4580599 nömrəli,xx.xx.2022-ci il tarixli protokola əsasən qəbul edilmiş TP4970090 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 21:30-da idarə etdiyi «Mitsubishi L200» minik markalı,** AV *** dövlət qeydiyyat nömrəli avtomobili idarə edərkən “ara məsafəsi” qaydalarını pozduğundan barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və səlahiyyətli orqan tərəfindən 40 (qırx) manat məbləğində cərimə edilmişdir. DYP Portal çıxarışından görünür ki,fiziki şəxsin cərimə məbləğinə 20,8 manat dəbbə pulu hesablanmış və ümumi cərimə məbləği 60,8 manat təşkil edir. X2 ödənilmiş xx.xx.2022-ci il tarixli,938407416 saylı qəbzdən görünür ki,Şəxs barəsində tərtib edilmiş İXP4764961 nömrəli inzibati protokola əsasən qəbul edilmiş TP4970090 saylı inzibati tənbeh vermə haqqında qərar üzrə təyin olunmuş 65 manat məbləğində cərimə məbləğini ödəmişdir. Hazırda qüvvədə olan Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəlləsinin 529-cu maddəsinin qeyd hissəsində göstərilir ki,bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cərimə,dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda),529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni,dəbbə pulunu,nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Həmin Məcəllənin 145.1.4.-cü maddəsinə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda iş üzrə icraata xitam verilir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki,Şəxs tərəfindən İXP4764961 nömrəli,xx.xx.2022-ci il tarixli protokola əsasən qəbul edilmiş TP4970090 saylı inzibati tənbeh vermə haqqında qərar üzrə ona təyin edilmiş cərimə və hesablanmış dəbbə pulu tam şəkildə ödənilmişdir.Beləliklə də,Şəxs İXM-in 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətdən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,114.1.4 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar