Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-100/2021 24.08.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Məmmədov Şahmar Fəxrəddin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 27 avqust 1988-ci ildə Babək rayonu Nehrəm kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, müvəqqəti işsiz, əvvəllər məhkum olan, evli, üç uşaq atası, Babək rayon Nehrəm kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Naxçıvan Şəhər Polis İdarəsində tərtib olunmuş material 24 avqust 2021-ci il tarixdə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Vətəndaş Şəxs 24 avqust 2021-ci il tarixdə Naxçıvan şəhəri, Əliabad qəsəbəsi döngə 1 ünvanında ucadan səs-küy salaraq ictimai qaydanı pozaraq polisin qanuni tələbinə qəsdən tabe olmamış, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər, özünün və şahidlərin məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi ifadəsində həqiqətən də, 24 avqust 2021-ci il tarixdə Naxçıvan şəhəri, Əliabad qəsəbsində yerləşən şəxsi evlərin birində şkaturka vurduğunu, işlədiyi günlərin pulun tələb etmək üçün evə getdiyini, ev sahibinin əmək haqqı aldıqdan sonra onun pulunu verəcəyini dediyini, evində pula ehtiyac olduğu üçün bu gün pulu verməsini tələb etdiyini, onun isə pulu vermədiyini, həmin şəxslə mübahisə etdiyini, onun evə getməsindən sonra əsəbləşib ucadan söyüş söyərək səs-küy saldığını, sonra polis nəfərinin ona yaxınlaşaraq sakitləşdirməyə çalışdığını, çox əsəbi olduğundan onun bu tələbinə məhəl vermədən ucadan həmin şəxsin ünvanına sözlər işlətdiyini, polisin onu sakitləşdirmək üçün polis idarəsinə apardıqlarını, əməlindən peşman olduğunu, bir daha belə əməllərə yol verməyəcəyini bildirib məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında şahid X2 izahatında 24 avqust 2021-ci il tarixdə Naxçıvan şəhəri Əliabad qəsəbəsinə dayısı oğlunun evinə gedərkən bir nəfərin nalayiq ifadələrlə söyüş söydüyünü, polis nəfərinin ona yaxınlaşaraq onu nizam intizama dəvət etsə də ona tabe olmadığını gördüyünü bildirdi. Məhkəmə baxışı iclasında şahid X3 izahatında 24 avqust 2021-ci il tarixdə Naxçıvan şəhəri Əliabad qəsəbəsinə xalası Maral Quliyevin evinə gedərkən bir nəfərin nalayiq ifadələrlə söyüş söydüyünü, polis nəfərinin ona yaxınlaşaraq onu nizam intizama dəvət etsə də ona tabe olmadığınıl gördüyünü bildirdi. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs 24 avqust 2021-ci il tarixdə Naxçıvan şəhəri, Əliabad qəsəbəsində döngə 1 ünvanında ictimai yerdə ictimai qaydanı pozaraq polisin qanuni tələbini pozmuş və bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi, məhkəmə istintaqı zamanı özünün etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. İş üzrə Babək Rayon Mərkəzi Xəstəxanası tərəfindən 24.08.2021-ci il tarixdə verilmiş 4057 nömrəli arayışa əsasən Şəxs sağlamdır. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun Babək rayon şöbəsi tərəfindən verilmiş 24 avqust 2021-ci il tarixli, 03/960 nömrəli arayışdan görünür ki, Şəxs Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun Babək rayon şöbəsində qeydiyyatda durmur və heç bir növ pensiya almır. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Məhkəmə Şəxs əməlində səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə inzibati xətanının törədilməsini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi işin materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 25 (iyirmi beş) gün müddətinə inzibati həbs olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 25 (iyirmi beş) gün müddətinə inzibati həbs olunsun. Həbs olunmanın əvvəli 24 avqust 2021-ci il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №3(078)-100/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-100/2021
24.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver