Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-100/2025 20.02.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1 və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X5 iştirakı ilə, xx.xx.1981-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN:xxxxxxx, evli, orta təhsilli, 2 uşaq atası, fərdi işlə məşğul olan, Naxçıvan şəhəri, Babək, 22/14 ünvanında qeydiyyatda olmaqla həmin ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsidən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyənetdi: Borclu Hüseynov X7 Şəhər Məhkəməsinin 2(078)-1196/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1013/2020 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə, əsasən, icraata başlama haqqında qərarın, tələbin könüllü icrası haqqında bildirişin, icra vərəqəsinin surətinin müvafiq məktubla göndərilməsinə və dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, ödəmələr aparmamış, beləliklə məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbləri yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə Şəxs oğlunun əməli onun özünün etirafı və iş materiallarına əlavə olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. Məhkəmədə Şəxs izahatında 1984-cü ildə Naxçıvan şəhərində anadan olduğunu, 5 aydır ki, işləmədiyini, 5-6 ay ərzində aliment ümumiyyətlə ödəyə bilmədiyini, aliment miqdarının xatırlamadığını, icra sənədləri barədə məlumatlı olduğunu, fərdi işlə məşğul olduğunu, işlərinin qaydasında olmadığına görə borcunu ödəyə bilmədiyini, maddi imkanın borcu ödəməyə imkan vermədiyini, əlilliyinin olmadığını, tələbkar razılaşarsa, borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. Məhkəmədən qanuni qərar qbul edilməsini xahiş etmişdir. Məhkəmədə izahat verən zərərçəkmiş şəxs X2 aliment borcunun 3190 manat olduğunu, 360 manat aliment ödəməyi öhdəsinə götürdüyünü, 5 aydır ki, ödəmədiyini, özünün işləmədiyini, 1 qız və 1 oğlu olduğunu bildirmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X9 aliment borcunun 3190 manat olduğunu, bir uşaq üçün 180 manat olmaqla ümumilikdə, 360 manat aliment ödəməyi öhdəsinə götürdüyünü, xitam qərarlarının ödəniş etməsi ilə əlaqədar olduğunu, iyul ayı ödəniş etdiyini, avqust ayına qədər borcu bağlayacağını, daha sonra ödəniş etmədiyini, axırıncı ödənişin noyabr etdiyini, ona xəbərdarlıq edildiyini bildirmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1196/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Naxçıvan Şəhər Məhkəməsinin 06 noyabr 2015-ci il tarixli, 2(078)- 488/2015 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, 05 avqust 2007-ci il təvəllüdlü X6 və 13 yanvar 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Şəxs hər ay sabit pul məbləğində bir uşağa 180 (yüz səksən) manat olmaqla, iki uşağa görə cəmi 360 (üç yüz altmış) manat miqdarında aliment tutularaq, anaları Zərərçəkmiş şəxs ödənilməsi, Şəxs 37.28 (otuz yeddi manat iyirmi səkkiz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilməsi qət edilmiş və icra vərəqəsi çıxarılaraq icra olunması üçün Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1196/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraat başlanılmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir və borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixdə Şəxs Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1196/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borcunun ödənilməsi ilə əlaqədar xəbərdarlıq edilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixdə Şəxs Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1196/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borcunun ödənilməsi ilə əlaqədar xəbərdarlıq edilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixdə Şəxs Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1196/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borcunun ödənilməsi ilə əlaqədar xəbərdarlıq edilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixdə Şəxs Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1196/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borcunun ödənilməsi ilə əlaqədar xəbərdarlıq edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 8(078)-77/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə tələbkar Zərərçəkmiş şəxs borclu Şəxs qarşı müəyyən olunmuş alimentin artırılması tələbinə dair Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1196/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası üzrə xx.xx.1981-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş, Naxçıvan şəhəri, ünvan 2 ünvanında qeydiyyatda olan Hüseynov X7 Şəhər İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 3(078)-286/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs İXM-nin 528.1 maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixdə Şəxs Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1196/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borcunun ödənilməsi ilə əlaqədar xəbərdarlıq edilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixdə Şəxs Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1196/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borcunun ödənilməsi ilə əlaqədar xəbərdarlıq edilmiş və xx.xx.2025-ci il tarixdə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə gəlməsi və qalan 2470 manat borcun ödənilməsi qeyd edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 8(078)-32/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə tələbkar Zərərçəkmiş şəxs borclu Şəxs qarşı müəyyən olunmuş alimentin artırılması tələbinə dair Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1196/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası üzrə xx.xx.1981-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş, Naxçıvan şəhəri, ünvan 2 ünvanında qeydiyyatda olan Hüseynov X7 Şəhər İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. Beləliklə, inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlirəm ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hal yoxdur. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dairəsini nəzərə alaraq, işin hallarına görə, onun şəxsiyyətini, öhdəliyin məhz pul öhdəliyi olduğunu və bu günə qədər onun tərəfindən icra ödənişinin düzgün və vaxtında aparılmadığını nəzərə alaraq barəsində inzibati həbs tətbiq olunması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 20 fevral 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X10 həvalə olunsun. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №3(078)-100/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-100/2025
20.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver