Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3(078)-101/2021 31.08.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı Şəxs barəsində Azərbaycan Respublikası DİN Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokolu nəzərdən keçirərək müəyyən etdim: Vətəndaş Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə tənbeh tədbiqetmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyindən onun barəsində 13 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Azərbaycan Respublikası DİN Bakı şəhər Sabunçu DYPŞ-nin polis kapitanı X3 tərəfindən protokol tərtib edilmiş və həmin protokol 19 avqust 2021-ci il tarixli 073-30544 nömrəli müşayət məktubu ilə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinin tələblərinə əsasən vətəndaş Şəxs barəsində daxil olmuş protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərkən müəyyən etdim ki, inzibati xəta haqqında protokolun baxılması Naxçıvan Şəhər Məhkəməsinin səlahiyyətlərinə aid deyil. Belə ki, elektron məhkəmə sisteminin şəxsiyyət vəsiqəsi məlumatlarından əldə edilmiş çıxarışdan müəyyən olunmuşdur ki, Məmiyev X1 rayonu Xok kəndində qeydiyyatdadır. Nəqliyyat vasitəsinin qeydiyyatda olduğu yer barədə iş materiallarına hər hansı sənəd əlavə edilməmişdir. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq hesab edirəm ki, Azərbaycan Respublikası DİN Bakı şəhər Sabunçu Rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində tərtib edilmiş 26.06.2019-cu il tarixli, AP ******* nömrəli protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.7-ci maddəsinin tələbinə əsasən baxılması üçün aidiyyəti üzrə Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, həmin maddənin tələbinə görə əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə,... inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, qərara aldım: Azərbaycan Respublikası DİN Bakı şəhər Sabunçu Rayon Polis İdarəsi tərəfindən X4 barəsində tərtib edilmiş 13 avqust 2021-ci il tarixli, İXP ******* nömrəli protokol ona əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün aidiyyəti üzrə Kəngərli Rayon Məhkəməsinə göndərilsin. Hakim: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №3(078)-101/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №3(078)-101/2021
31.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver