Məhkəmə qərarları › İş №3(078)-101/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-101/2022

05.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-101/2022 05.09.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1972-ci ildə Babək rayon Bulqan kəndində doğulmuş (FİN xxxxxxx), Azərbaycan Respublikasının vətəndaşı, evli 3 uşaq atası, orta təhsilli, işsiz, deməsinə görə əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsində tərtib olunmuş material 05 sentyabr 2022-ci il tarixdə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Naxçıvan Şəhər Polis İdarəsi 1 nömrəli Polis Bölməsinin polis sahə inspektoru polis baş leytenantı X3 tərəfindən tərtib edilmiş 05 sentyabr 2022-ci il tarixli 009849 nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 05 sentyabr 2022-ci il tarixdə saat 10 radələrində Naxçıvan şəhər Ə.Qəmküsar küçəsində yerləşən “taxta sklatı” adlanan yerdə ucadan səs-küy salaraq nalayiq ifadələr işlətmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində əvvəldən tanıdığı Məmməd adlı şəxsin mobil telefonuna zəng edərək ona borclu olduğu pulu istəmiş, Məmməd də işləmədiyini, pulu olmadığı üçün pulu qaytara bilməyəcəyini bildirdikdə o, Məmmədə qarşı nalayiq sözlər işlətmiş, Məmməd onu taxta sklatına dəvət etmiş, o, sklata gələrək Məmmədlə görüşmüş, Məmməddən pulunu istəyəndə Məmməd yenə də pulunun olmadığını hazırda işsiz olduğunu, işləyəndə onun pulunu qaytaracağını dediyində o yenidən Məmmədə qarşı ucadan nalayiq sözlər işlətmiş, buna görə də aralarında mübahisə yaranmış, əsəbi olduğu üçün uca səslə səs-küy salaraq ictimai qaydanı pozmuş, bu zaman ərazidə xidmət aparan polis əməkdaşının yaxınlaşaraq onu nizam-intizama dəvət etmişdir. Şəxs etdiyi əmələ görə peşman olduğunu, əsəbi vəziyyətdə olduğu üçün belə bir hərəkət etdiyini bildirməklə məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmədə şahid qismində ifadə verən X6 xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Naxçıvan şəhər Ə.Qəmküsar küçəsində yerləşən “taxta sklatı” adlanan yerdə özünə məxsus avtomobili təmir etdirən zaman 2 nəfər tanımadığı şəxsin ucadan mübahisə edərək səs-küy saldığını, bu zaman ərazidə xidmət aparan polis əməkdaşının yaxınlaşaraq onları nizamintizama dəvət etdiyini bildirdi. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsinin polis sahə inspektoru polis baş leytenantı X3 tərəfindən verilən raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə xidməti ərazisində xidməti vəzifələrini yerinə yetirən zaman Naxçıvan şəhər Ə.Qəmküsar küçəsində yerləşən “taxta sklatı” adlanan yerdə 2 nəfərin səsküy salaraq ucadan danışdığını gördüyü üçün həmin şəxslərə yaxınlaşıb onlara etdiyi hərəkətə görə iradını bildirərək onları nizam-intizama dəvət etmişdir. Həmin şəxsləri Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsinə gətirmişdir. Məlum olmuşdur ki, ictimai qaydanı pozan şəxslər Naxçıvan şəhəri Ə.Qəmküsar 11/21 ünvanında qeydiyyatda olub, həmin ünvanda yaşayan X1 və ünvan 1 ünvanda yaşayan Şəxsdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. İş materiallarına əlavə olunmuş Z.Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası X10 tərəfindən 05 sentyabr 2022-ci il tarixdə verilmiş arayışın surətinə əsasən Şəxs həmin tarixdə tibbi yoxlamadan keçirilmiş və o, sağlamdır. İş üzrə Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu phş Naxçıvan şəhər İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 522 nömrəli arayışa əsasən Həsənov X4 qeydiyyatda durmur və heç bir növ pensiya almır. Naxçıvan MR ƏƏSM Nazirliyinin Dövlət Məşğulluq Agentliyi PHŞ Naxçıvan şəhər Məşğulluq Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 162 nömrəli arayışa əsasən Həsənov X2 işsiz və işaxtaran kimi qeydiyyatda deyil. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 05 sentyabr 2022-ci il tarixdə saat 10:10-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə işə baxılarkən Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal-inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsidir. İş üzrə məsuliyyəti yüngülləşdirən hal inzibati xəta törətmiş şəxsin əməlindən peşman olmasıdır. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək işin hallarına görə, pozuntunu törədənin şəxsiyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Ona görə də inzibati həbsin əvvəli 05 sentyabr 2022-ci il tarixdə saat 10:10-dan hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və130.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnsibati həbsin əvvəli 05 sentyabr 2022-ci il tarixdə saat 10:10-dan hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X5 həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar