Məhkəmə qərarları › İş №3(078)-102/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-102/2022

06.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-102/2022 06.09.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Zərərçəkmiş şəxs X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Babək rayon Qaraxanbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, evli, 3 uşaq atası, orta təhsilli, elektrik ustası işləyir, Naxçıvan şəhəri Qaraxanbəyli kəndində qeydiyyatda olub həmin ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i m: Vətəndaş Şəxs xx.xx.2022-ci il tarixdə saat 00:10 radələrində qonşusu X1 evindən 75 manat pul oğurlamış və bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materiallına əlavə olunmuş sənədlər və özünün məhkəmədə verdiyi izahat, zərərçəkmiş şəxsin izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi izahatında Naxçıvan şəhəri Qaraxanbəyli kəndində qeydiyyatda olub həmin ünvanında yaşadığını, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində evdə olarkən küçədən səs gəldiyini eşidib çölə çıxmış və həmin vaxt qonşusu Məcid əminin evdən çıxdığını görmüş, evə qayıdıb yemək yemiş, bir az dincəldikdən sonra xx.xx.2022-ci il tarixdə saat 00:20 radələrində siqaret çəkmək üçün küçəyə çıxmış, Məcid əmigilin qapısına tərəf gedib qapıya əllə toxunduqda qapının açıq olduğunu görmüş, həyətə girib evdə kiminsə olduğunu yoxlamaq üçün çağırmış, heç kimin səs vermədiyini gördükdə evin qapısını yoxlayıb qapının açıq olduğunu görmüş, evdən oğurluq etmək qərarına gəlmiş və şkafları axtaranda şkafda 75 manat pulu görüb götürmüşdür. xx.xx.2022-ci il tarixdə təqribən saat 11 radələrində polis əməkdaşları gələrək onu Bölməyə apardıqlarını, oğurladığı pulu geri qaytardığını, əməlinə görə peşman olduğunu bildirmiş və ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 izahatında xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Qaraxanbəyli kəndində yerləşən ikinci evinin həyətindəki ağaclara qulluq etmək üçün getmiş, ağaclara su verdikdə həyətdəki alaq otlarının çoxaldığını görmüş və buna görə də səhər həyəti təmizləmək üçün gətirəcəyi fəhləyə vermək üçün cibindəki 75 manat pulu çıxararaq şkafa qoymuş və 20 radələrində evdə çıxarkən küçədə qonşuluqda yaşayan Rəşadı görmüş, onunla salamlaşıb yoluna davam etmişdir. xx.xx.2022-ci il tarixdə səhər saat 10 radələrində həmin evə gələrkən hasar qapısının və evin qapısının açıq olduğunu görmüş, evə girdikdə evin dağınıq olduğunu görmüş, şkafa baxdıqda 75 manat pulun olmadığını görüb pulun oğurlandığı qənaətinə gəlmiş və dərhal bu barədə Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. M.Hüseynov ona vurulan ziyanın ödənildiyini, lakin şikayətçi olduğunu, etdiyi əmələ görə qanuni cəza verilməsini xahiş etmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs xx.xx.2022-ci il tarixdə saat 11:10-da inzibati qaydada tutulmuşdur. İş üzrə Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu phş Naxçıvan şəhər İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 524 nömrəli arayışa əsasən Şəxs İdarədə qeydiyyatda durmur və ona heç bir növ pensiya almır. İş materiallarına əlavə olunmuş Z.Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası X6 tərəfindən 06 sentyabr 2022-ci il tarixdə verilmiş arayışın surətinə əsasən Şəxs həmin tarixdə tibbi yoxlamadan keçirilmiş və o, sağlamdır. Naxçıvan MR ƏƏSM Nazirliyinin Dövlət Məşğulluq Agentliyi PHŞ Naxçıvan şəhər Məşğulluq Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 164 nömrəli arayışa əsasən Şəxs Mərkəzdə işsiz və işaxtaran kimi qeydiyyatda deyil. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 00:10 radələrində qonşusu X1 evindən 75 manat pul oğurlamış və bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi, məhkəmə baxışı zamanı özünün etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. İş üzrə məsuliyyəti yüngülləşdirən hal barəsində inzibati icraat aparılan şəxsin əməlindən peşman olmasıdır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə almışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib inzibati həbs olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə görə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib, 30 (otuz) gün müddətinə inzibati həbs olunsun. Həbs olunmanın əvvəli 06 sentyabr 2022-ci il tarixdən saat 11:10-dan hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar