Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-103/2025 21.02.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tərcüməçi X1 iştirakları ilə, xx.xx.1978-ci ildə Türkiyə Respublikası, Osmaniyə şəhərində anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, evli, orta təhsilli, 7 uşaq atası, deməsinə görə məhkumluğu olmayan, işsiz, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində müvəqqəti yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsində tərtib olunmuş material xx.xx.2025-ci il tarixdə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Naxçıvan Şəhər Polis İdarəsinin Polis sahə rəisi X4 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə 22:21 radələrində xidmətdə olan zaman Naxçıvan şəhər Qaraxanbəyli kənd ərazisində olan kanalın kənarında iki nəqliyyat vasitəsinin dayandığını, onların sürücüləri orada spirtli içki qəbul etdiklərinə dair məlumat daxil olmuşdur. Polis serjantı X2 və X5 ilə həmin ünvana yaxınlaşıb. Bu zaman qarşılarında olan “Toyota Corolla” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin və “Naz Lifan” markalı **-AF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüləri onları görüb hərəkət etdiyini müşahidə ediblər. Sarışan işıqları yandırıb, onları saxlamağa çalışıblar. Lakin həmin sürücülər onlara məhəl qoymayaraq oradan uzaqlaşmağa çalışmışlar. Onlar öndə olan nəqliyyat vasitəsini saxlatıb. Onlar avtopatruldan yerə düşüb vətəndaşa yaxınlaşmışdılar. Vətəndaş sərxoş olduğu üçün aqresiv hərəkətlər nümayiş etmişdi, alkokol müayinədən keçməkdən boyun qaçırmış və uzaqlaşmağa çalışmışdı. Post yoldaşı ilə birgə onu nəqliyyat vasitəsindən yerə endirib, digər nəqliyyat vasitəsinin geriyə hərəkət edərək getməyini müşahidə etiblər. Post yoldaşı Toğrul Əhmədov həmin nəqliyyat vasitəsinin sürücüsünündə yoxlanılması üçün onun arxasınca getdi. O isə “Toyota Corolla” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün danışıqlarından Türkiyə Respublikasının vətəndaşının olmasını müşahidə etmişdi. O ucadan nalayiq ifadələr işlədərək, səs-küy salıb, onun qanuni tələbinə qəsdən tabe olmadı və ona qarşı güc tətbiq edərək xidməti fəaliyyətinə maneçilik törətdi. Dəfələrlə xəbərdarlıq edib alkoqol müayinəyə aparmaq üçün dəvət etsədə, onun dəvətinə məhəl qoymayaraq onunla mübahisə edirdi. Bu zaman qonşuluqda yaşayan vətəndaşlar çıxdı, vətəndaşların köməkliyi ilə sakitəşdirməyə çalışmışlar. Mübahisənin böyüdüyünü görüb Naxçıvan Şəhər Polis İdarəsindən dəstək istəyib. PPX əməkdaşları yaxınlaşdı və onların köməkliyi ilə Türkiyə Respublikası vətəndaşı, Naxçıvan şəhər Qaraxanbəyli kəndində müvəqqəti yaşayan xx.xx.1978-ci il təvəllüdlü Şəxs nəqliyyat vasitəsi duracağa təmin olundu. Özü isə sərxoşluq müayinəsindən keçirən zaman 1.22 promil sərxoş olması müəyyən olundu. Şəxs polis əməkdaşlarına tabesizlik göstərərək, onlara qarşı nalayiq ifadələr işlətmişdir. Həmin şəxs ictimai yerdə səs-küy salaraq ictimai qaydanı pozmuş, onu nizam-intizama dəvət etsə də polisin qanuni göstərişinə tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs xx.xx.2025-ci il tarixdə saat 13:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, xx.xx.1978-ci il tarixdə Osmaniyədə anadan olub, uşağı astım xəstəsi olduğuna görə, bura xəstəxana ilə əlaqədar gəldiyini, tanışı ilə yaşadıqları evin biraz uzağında piyvə içdiklərini, Türkiyədən nəvəsinin olması barədə xəbər gəldiyi üçün bunu qeyd etdiklərini, yalan danışmadını, hər ikisinin icarəyə götürdükləri maşınlarına mindiyini, bir maşının ona işıq atdığını, onun maşını saxladığını, 2 polisdən biri onun yanında durduğunu, digərinin dostunun arxasınca getdiyini, onun maşından düşmək istədiyini, düşərək hava almaq istədiyini, maşından düşdüyünü, onun evə xəbər etmək istədiyini, ona polisin icazə verməyərək bədənin müxtəlif yerlərini vurduğunu, polisə onu buraxmasını dediyini, polisin ona buraxmayacağını dediyini, polisə soyuqdan donduğunu, polisin onu, onun isə polisin itələdiyini, qonşularının səs-küyə gəldiyini, daha sonra o biri polisində gələrək onu şöbəyə götürdüklərini, ona şöbədə işgəncə verdiklərini, başına vurduqlarını, polisin telefonunu qırdıqlarını, onu vurduqlarını, şikayətçi olmadığını, gərəkərsə, onlardan da üzr istəyəcəyini, orda polislərin “onların polisə hücum etdiklərini, qarşı gəldiklərini” dediyini, tək istədiyi uşağın müalicəsini alması, Fazilin biraz uzaqlığında onun yaşadığını, kiməı haqsız eləyibsə ondan üzr istədiyini, bir saat ərzində ona işgəncə verdiklərini, həkim raportu alınmadığını, polisin formasını cırmadığını bilmədiyini, onun heç nə istəmədiyini, xəstə uşağının olmasını nəzərə alınmasını bildirmişdir. Məhkəmədə şahid qismində izahat verən şahid X6 izahatında bildirmişdir ki, 1992-ci ildə Qaraxanbəyli kəndində anadan olduğunu, şəxsi dünən tanıdığını, evində oturduğu zaman səs-küy eşitdiyini, polis ilə əl-qol hərəkətləri olduğunu, 112 zəng vurduqlarını, post patrulun gəldiyini, onları götürüb apardığını, polislə qarşı tərəfin itələşdiyini, qarşı tərəfin getmək istəyən zaman polisin “gözləyin post patrul gəlsin” dediyini, Vedatın evinə getmək istədiyini bildirmişdir. Məhkəmədə şahid qismində izahat verən şahid X5 izahatında Naxçıvan şəhərində 1995-ci ildə anadan olduğunu, ali təhsilli, yol patrul xidmətinin inspektoru vəzifəsində işləyir, şəxslərin içdiklərini, işarə verən zaman onların qaçdıqlarını, onun açarı aldığını, yanındakına onun yanında qalmasını dediyini, mübahisə olmadığını, işarə verən zaman durmadığını, onun digər şəxsin arxasınca getdiyini bildirmişdir. Məhkəmədə şahid qismində izahat verən şahid X3 izahatında göstərmişdir ki, Naxçıvan şəhərində xx.xx.1992-ci ildə anadan olmuş, orta təhsilli, X13 baş serjant vəzifəsində çalışır, maşını saxladıqlarını, evinə getmək istədiyini, maşını götürüb gedin dediyini, onun narko-testdən keçməsi lazım olduğunu, ona tabe olmadığını, buna görə də onu saxlamağa çalışdığını bildirmişdir. Məhkəmədə şahid qismində izahat verən X7 izahatında xx.xx.1995-ci ildə Türkiyə Respublikasında anadan olduğunu, Bakıda işlədiyini, Vedatla birlikdə içki içdiklərini, ayrıldıqları zaman polisin gəldiyini, şöbəyə gedəcəklərini dediyini, maşını “rentacar”-dan götürdüyünü, şöbəyə getdiyini, maşını cərimə meydançasına qoyduqlarını, maşının incələndikdən sonra geri götürəcəklərini, orda aralarında problem olmadığını, onu evə buraxacaqlarını, bu zaman zəng gəldiyini, bölməyə gələn zaman Vedatın pis gündə olduğunu, polislərin onu döydüyünü dediyini, konsulluqla əlaqə saxladıqlarını, lakin ona qarşı heç bir təzyiq olmadığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə, əsasən, məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə, əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də məhkəmə belə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrinin tərkibi vardır. Şəxs həmin maddələrlə təqsirli bilinməli, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə Şəxs izahatında polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı bildirdiyi halları özünümüdafiə xarakteri daşıması kimi qiymətləndirir, eləcə də şəxsin gözlə görünən hər hansı xəsarəti olmaması və əlavə hər hansı xəsarəti olmuşdursa bunu təsdiq edən həkim rəyi də iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin məsuliyyətini yüngülləşdirən hal əməlindən peşman olması, əməlini səmimi etiraf etməsidir. İnzibati xəta törətmiş şəxsin məsuliyyətini ağırlaşdıran hal yoxdur. Belə ki, şəxs sərxoş olması əməli ağırlaşdıran hal olsa da, bu halı xəta törətmiş şəxs bildirsə də onun bu sərxoşluğunu təsdiq edən akt iş materiallarına əlavə edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən hal və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və130.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cü və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 150 ( bir yüz əlli) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №3(078)-103/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-103/2025
21.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver