Məhkəmə qərarları › İş №3(078)-104/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-104/2022

09.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-104/2022 09.09.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1991-cı ildə Babək rayon Sovetabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, evli, 2 uşaq atası, orta təhsilli, işsiz, deməsinə görə əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: 08 sentyabr 2022-ci il tarixdə Naxçıvan MR Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərədə tutulan inzibati xətanı törətdiyindən onun barəsində toplanmış materiallar aidiyyəti üzrə Naxçıvan MR Daxili İşlər Nazirliyinə göndərilmişdir. 05 sentyabr 2022-ci il tarixdə saat 10:20 radələrində Şəxs üzərindən istifadə etmək üçün 0.11 (sıfır tam yüzdə on bir) qram narkotik vasitə olan heroin götürülmüş və bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər və özünün məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi izahatında 3-4 aydır narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etdiyini, xx.xx.2022-ci il tarixdə saat 13:30 radələrində Naxçıvan şəhərində yerləşən Cahan Ticarət Mərkəzinin arxasındakı bazarda olarkın tanımadığı bir şəxs ona yaxınlaşaraq ona satdığı tərəvəzlərin qiymətini soruşmuş, ləhcəsindən onun İran vətəndaşı olduğunu bilmiş, söhbət zamanı ondan narkotik vasitədən istifadə edib-etmədiyini soruşmuş, həmin şəxs də heroin istifadə etdiyini demiş, üzərində olan bir istifadəlik heroini ona 30 manat müqabilində verə biləcəyini demiş, razılaşdıqları üçün narkotik “al-veri” etdiklərini, narkotik vasitəni cibinə qoyduğunu, iranlı getdikdən sonra tualetə gedib gibindəki narkotik vasitəni çıxarıb baxdığını, bazardan evə qayıdıb həmin narkotik vasitənin bir hissəsini istifadə etdiyini, qalan hissəsini isə tualetdə gizlətdiyini, xx.xx.2022-ci il tarixdə saat 09:30 radələrində evdən çıxıb bazara gedərkən evdəkilərin onun narkotik vasitədən istifadə etdiyini bilməmələri üçün bükümü tualetdə gizlətdiyi yerdən çıxarıb cibinə qoyduğunu, saat 10 radələrində Xətai məhəlləsi ilə bazara tərəf gedərkən Naxçıvan MR DTX-nin əməkdaşlarının onlara yaxınlaşaraq özlərini təqdim etdiklərini və onu üzərində axtarış aparılması üçün İdarəyə apardıqlarını, İdarədə ondan üzərində narkotik vasitə olmasını soruşduqda o orada hal şahidlərinin iştirakı ilə şalvarının sağ cibindən narkotik vasitəni çıxararaq təhvil verdiyini bildirmişdir. Şəxs etdiyi hərəkətə görə peşman olduğunu bildirmiş və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə izahat verən şahid X3 xx.xx.2022-ci il tarixdə Naxçıvan şəhəri H.Əliyev prospektində olarkən polis əməkdaşlarının ona yaxınlaşaraq şübhəli bir nəfər şəxsin üzərində baxış keçirəcəklərini bildirib onun iştirak etməli olduğunu bildirdiklərini, onun iştirakı ilə tanımadığı Zahir adında şəxsin üzərində baxış keçirdiklərini və Zahirin şalvarın sağ cibindən balaca büküm çıxarıb təhvil verdiyini, içərisində heroin olduğunu gördüyünü, həmin bükümü ağ zərfə qoyub möhürlədiklərini və onun da imza etdiyini bildirdi. Məhkəmədə izahat verən şahid X2 digər şahidin izahatında bildirdiyi hallarla eyni məzmunulu izahat vermişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi, məhkəmə araşdırması zamanı özünün etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 250 nömrəli ekspert arayışına əsasən Şəxs üzərindən götürülmüş təmiz çəkisi 0.11 (sıfır tam yüzdə on bir) qram olan açıq qəhvəyi rəngli, bərk və toz şəklində maddə narkotik vasitə- heroindir. Heroinin təmiz çəkisi 0.11 qram, tədqiqata sərf edilidi 0.02 qram, qalıq 0.09 qram. İş üzrə Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X1 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 606 nömrəli arayışa əsasən Şəxs abstinensiya əlamətləri olmadığından məcburi müalicəyə ehtiyacı yoxdur. İş üzrə Naxçıvan MR Səhiyyə Nazirliyi Akademik Z.Əliyeva adına Naxçıvan şəhər poliklinikası tərəfindən xx.xx.2022-ci il tarixli icbari tibbi müayinə vərəsəqinin surətinə əsasən Şəxs sağlamdır. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 529 nömrəli arayışdan görünür ki, Quliyev X4 MR Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər Şöbəsində qeydiyyatda durmur və heç bir növ pensiya almır. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə inzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almışdır. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirici hal kimi nəzərə almışdır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar yoxdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, inzibati qaydada həbs edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyətini nəzərə almaqla, bu tədbirin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətdə inzibati həbs tətbiq edilir. İş üzrə inzibati qaydada tutma protokolundan aydın olur ki, Şəxs 09 sentyabr 2022ci il tarixdə saat 12:40-da tutulmuşdur. Odur ki, məhkəmə tətbiq ediləcək inzibati həbsin əvvəllinin onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan 09 sentyabr 2022-ci il tarixdən saat 12:40-dan hesablanması nəticəsinə gəlir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “04” mart 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir”. Məhkəmə maddi sübutlar məsələsinin necə həll edilməli olduğunu müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs götürülmüş və maddi sübut Naxçıvan MR Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanılması kamerasına saxlanılan xalis çəkisi 0.09 (sıfır tam yüzdə doqquz) qram olan açıq qəhvəyi rəngli bərk və toz şəklində maddə narkotik vasitə-heroin müsadirə edilməli və məhv edilməlidir. Məhv etmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 32-ci maddəsinə əsasən yaradılmış komissiyası tərəfindən həyata keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsin müddəti xx.xx.2022-ci il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti saxlama yerinə həvalə edilsin. İnzibati iş üzrə maddi sübut olan və hazırda Naxçıvan MR Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanılması kamerasında saxlanılan xalis çəkisi 0.09 (sıfır tam yüzdə doqquz) qram olan açıq qəhvəyi rəngli, bərk və toz şəklində narkotik vasitə- heroin müsadirə olunsun və qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Məhv etmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 32-ci maddəsinə əsasən yaradılmış komissiyası tərəfindən həyata keçirilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar