Məhkəmə qərarları › İş №3(078)-105/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-105/2022

09.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-105/2022 09.09.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN xxxxxxx), evli, 2 uşaq atası, orta təhsilli, işsiz, deməsinə görə əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: 08 sentyabr 2022-ci il tarixdə Naxçıvan MR Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərədə tutulan inzibati xətanı törətdiyindən onun barəsində toplanmış materiallar aidiyyəti üzrə Naxçıvan MR Daxili İşlər Nazirliyinə göndərilmişdir. Materiallardan aydın olur ki, Şəxs 06 sentyabr 2022-ci il tarixdə saat 13620 radələrində DTX-nın Naxçıvan Şəhər İdarəsində üzərinə baxış keçirilən zaman üzərində bir şprisdə qəhvəyi rəngdə heroin narkotik vasitəsinə bənzər maye aşkar olunaraq götürülmüşdür. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər və özünün məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirmişdir ki, 06 sentyabr 2022-ci il tarixdə saat 10:30 radələrində sexdə olarkən bir nəfər ona yaxınlaşmış və yük avtomobilinin motorundan səs gəldiyini bildirmişdir. Həmin şəxs türk dilində danışırdı. Onun avtomobilinə baxmış və avtomobilini təmir etmişdir. Bu zaman aralarında səmimiyyət yaranmış və söhbət əsnasında özü ondan narkotikdən istifadə edib-etmədiyini soruşmuşdur. O da heroindən istifadə etdiyini bildirmişdir. Ondan hazırda heroin olub-olmadığını soruşmuş, o da istifadəsi üçün heroin hazırlayıb şprisdə saxladığını bildirmişdir. Ona həmin heroini satmasını təklif etmiş, o da razılaşmış və 20 manata şpirisə çəkilmiş maye halındakı heroini ona vermişdir. Şpirisi alıb cibinə qoymuş və 20 manat həmin şəxsə pul vermişdir. O çıxıb getdikdən sonra 13:00 radələrində sexdən çıxıb evə gedərkən yolda mülki geyimli şəxslər yaxınlaşaraq Naxçıvan MR DTX əməkdaşları olduqlarını, üzərində heroin narkotik vasitəsi olması barədə məlumatlarının olduğunu, buna görə də üzərində axtarış aparacaqlarını bildirmişlər. Şəxsi axtarış aparılmasına razılıq vermiş, əməkdaşlardan biri gedib iki nəfər hal şahidi gətirmişdir. Hal şahidlərinin iştirakı ilə ondan üzərində narkotik vasitənin olub-olmaması soruşulmuş və əgər vardırsa təqdim etməyi təklif etmişlər. O da üzərində heroin olduğunu bildirmiş və cibində olan şpirisi çıxarıb təqdim etmişdir. Şpirisin içərində maye halda qəhvəyi rəngdə heroin var idi. Həmin şpirisin fotoşəkili çəkilmiş və zərfə qoyularaq ağzı başlanıb möhürlənmişdir. Özünün narkotik vasitələrdən isifadə etdiyini, heroin narkotik vasitəsini də şəxsi istifadə məqsədilə qanunusuz olaraq əldə etdiyini, həmi narkotik vasitəni heç kimə vermədiyini və satmadığını bildirmişdir. Əməlindən peşman olduğunu bildirib ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi, məhkəmə araşdırması zamanı özünün etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. Məhkəmə baxışında şahid X4 oğlu izahatında xx.xx.2022-ci ildə Naxçıvan şəhəri Heydər Əliyev prospekti ilə hərəkət edərkən bir nəfər şəxs ona yaxınlaşaraq Naxçıvan MR DTX-nın Naxçıvan Şəhər İdarəsinə gətirmiş bir nəfər şəxsin üzərində axtarış aparılacağından hal şahidi qismində iştirak etməsini xahiş etmişdir. Həmin gün saat 10:20 radələrində digər hal şahidi ilə birgə Şəxs üzərinə baxış keçiriləcəyi bildirilmişdir. Ondan üzərində psixotrop maddə və ya narkotik vasitənin olub-olmaması soruşulmuş və əgər vardırsa təqdim etməyi təklif etmişlər. O da üzərində heroin olduğunu bildirmiş və cibində olan şpirisi çıxarıb təqdim etmişdir. Şpirisin içərində maye halda qəhvəyi rəngdə heroin var idi. Həmin şpirisin foroşəkili çəkilmiş və zərfə qoyularaq ağzı başlanıb möhürlənmişdir. Məhkəmə baxışı iclasında şahid X5 digər şahidin izahatı ilə eyni məzmunlu izahat vermişdir. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 06 sentyabr 2022-ci il tarixli protokoldan aydın olur ki, X1 və X3 iştirakları ilə Şəxs üzərində şəxsi axtarış aparılmış, Şəxs təqdim etdiyi içərisində qəhvəyi rəngli, maye halında “heroin” narkotik vasitəsinə bənzər maye olan şpiris zərfə qoyularaq ağzı bağlanıb götürlmüşdür. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 07 sentyabr 2022-ci il tarixli 251 nömrəli ekspert arayışına əsasən Şəxs üzərindən götürülmüş 1 ədəd 1 millilitrlik şpirisdəki 0.293 qram mayenin təkibində quru maddənin təmiz çəkisi 0.035 qram olan maddə narkotik vasitə herindir. Heroinin təmiz çəkisi 0.035 qram olan, tədqiqata şərf edildi 0.01 qram, qalıq 0.025 qram. İş üzrə Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X2 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 6040 nömrəli arayışa əsasən Şəxs hazırda abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. İş üzrə Naxçıvan MR Səhiyyə Nazirliyi Naxçıvan Muxtar Respublika Xəstəxanası PHŞ tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş icbari tibbi müayinə vərəqəsinə əsasən Şəxs sağlamdır. İş üzrə Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu Naxçıvan Şəhər İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 550 nömrəli arayışa əsasən Şəxs Dövlət Sosial Müdafiə Fondu PHŞ Naxçıvan Şəhər İdarəsində qeydiyyatda durmur və heç bir növ pensiya almır. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almışdır. Məhkəmə Şəxs əməlindən peşman olmasını yüngülləşdirici hal kimi nəzərə almışdır. İş üzrə ağırlaşdırıcı hal müəyyən edilməmişdir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, inzibati qaydada həbs edilməlidir. İş üzrə inzibati qaydada tutma protokolundan aydın olur ki, Şəxs 09 sentyabr 2022ci il tarixdə saat 12:50-də tutulmuşdur. Odur ki, məhkəmə tətbiq ediləcək inzibati həbsin əvvəllinin onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan 09 sentyabr 2022-ci il tarixdən saat 12:50-dən hesablanması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyətini nəzərə almaqla, bu tədbirin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətdə inzibati həbs tətbiq edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “04” mart 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir”. Məhkəmə maddi sübutlar məsələsinin necə həll edilməli olduğunu müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs götürülmüş və maddi sübut Naxçıvan MR Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanılması kamerasına saxlanılan xalis çəkisi 0.025 qram (sıfır tam mində iyirmi beş qram) olan qəhvəyi rəngli, maye halında narkotik vasitə heroin müsadirə edilməli və məhv edilməlidir. Məhv etmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 32-ci maddəsinə əsasən yaradılmış komissiyası tərəfindən həyata keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsin müddəti 09 sentyabr 2022-ci il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti saxlama yerinə həvalə edilsin. İnzibati iş üzrə maddi sübut olan və hazırda Naxçıvan MR Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanılması kamerasında saxlanılan xalis çəkisi 0.025 qram (sıfır tam mində iyirmi beş qram) olan qəhvəyi rəngli, maye halında narkotik vasitə-heroin müsadirə edilsin və qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Məhvetmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 32-ci maddəsinə əsasən yaradılmış komissiyası tərəfindən həyata keçirilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar