Məhkəmə qərarları › İş №3(078)-107/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-107/2024

15.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-107/2024 15.03.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Yanğın Nəzarəti İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: ünvan 1 ünvanında yerləşən Şəxsndə (VÖEN: **********) keçirilmiş yanğıntexniki müayinə zamanı Azərbaycan Respublikasının X1 pozulmasına görə hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında 22 yanvar 2024-cü il tarixli MN ******* nömrəli protokol baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixdə məhkəmə baxış iclasında Şəxs MMC-nin nümayəndəsi X3 verdiyi izahatında bildirmişdir ki, sözügedən protokolun surəti onlara verilməmişdir. Onlarda protokol yoxdur. X7 Kaan orada işləyir. Yəqin ki, kargüzarlıqda bir problem olubdur. Onun yanğın təhlükəsizliyi barədə akt tərtib edilməsindən məlumatı yoxdur. 15 mart 2024-cü il tarixdə X9” MMC-nin direktoru Yusuf Birsen məhkəmənin elektron ünvanına etiraz göndərmişdir. Etirazda qeyd olunmuşdur ki, (№ MN 2092197) İXM-nin protokolun tərtib edilməsinə dair tələblərə cavab vermir. Belə ki, İXM-nin 109.1 və 109.1.6-cı maddələrinə görə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxarkən tamamlamaq mümkün olmadıqda geri qaytarılır. MN ******* nömrəli protokol Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmamış, protokolu imzalayan şəxsin protokolu imzalama səlahiyyətini təsdiq edən hər hansı sənəd iş üzrə materiallara əlavə edilməmişdir. Eyni zamanda, protokolu tərtib edən şəxsin də səlahiyyətini təsdiq edən sənəd iş üzrə materiallarda mövcud deyildir. xx.xx.2024-cü il tarixdə saat 09:30-a təyin olunmuş məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-nə məlumat verilməsinə baxmayaraq hüquqi şəxsin nümayəndəsi iştirak etməmiş, lakin MMC-nin direktoru Yusuf Birsen məhkəmənin elektron ünvanına vəsatət göndərərək məhkəmə baxışının onların iştirakı olmadan keçirilməsini və məhkəməyə təqdim etdikləri etiraz üzrə müvafiq qərarın qəbul edilməsi, etiraz təmin edilmədiyi təqdirdə isə görülməli olan tədbirlərin mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq inzibati xəta haqqında protokolda (№MN 2092197) qeyd edilən hüquq pozuntularının aradan qaldırılması üçün 6 aya qədər müddət nəzərdə tutmaqla inzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə barəsində inzibati protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMCnin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs İXM-in 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının Yanğın Təhlükəsizliyi haqqında Qanununun 1-ci bəndinin 5-ci hissəsinə əsasən yanğın təhlükəsizliyi tələbləri yanğın təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş, sosial və texniki xarakterli xüsusi şərtdir. Həmin Qanunun 6-cı bəndinin 1-ci hissəsinə əsasən yanğın təhlükəsizliyi sahəsində müəssisələrin yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının, habelə onların vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək vəzifələri vardır. “Yanğın Təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə görə X8 dövlət nəzarət fəaliyyətinin xüsusi növüdür. X8 tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək və onların pozulmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumunun vəzifəli şəxsləri tərəfindən aparılır (müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının FHN-yi həyata keçirir). Həmin normaya görə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (FHN) yanğın nəzarətini həyata keçirən qurumunun müvəkkil edilmiş vəzifəli şəxsləri X8ni apararkən bir sıra hüquqlarla yanaşı, dövlət orqanları, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə, təşkilatlar və onların vəzifəli şəxsləri, eləcə də vətəndaşlar tərəfindən tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını yoxlamaq hüququna malikdirlər. İXM-in 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. İnzibati materiala əlavə edilmiş materiallardan görünür ki, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Yanğın Nəzarəti İdarəsinin əməkdaşı tərəfindən tərtib olunmuş yanğın-texniki müayinə materiallarına baxılmasının nəticələri üzrə xx.xx.2024-cü il tarixli 228 nömrəli qərarda aşkar olunmuş pozuntular: 1.Obyekt yanğın xəbərverici siqnalizasiya sistemləri ilə təmin olunmayıb. (ƏSAS YTQ №01-2001 bənd 9.1)

2. Fabrikin su hovuzu normalara uyğun deyil. (ƏSAS YTQ № 01- 2001 bənd 8.3)

3. Obyektin elektrik naqillərinin gərginliyə qarşı müqaviməti aktı tərtib olunmayıb. (ƏSAS YTQ №01-2001 bənd 6.1)

4. Fabrikin su hovuzunun yerini göstərən göstərici lövhələr yoxdur. (ƏSAS YTQ № 01-2001 bənd 8.4) Şəxsndə keçiriləcək yoxlama üçün X2 X4 Reyestrindən 16 fevral 2024-cü il tarixdə çıxarış alınaraq yanğın texniki müayinənin aparılması haqqında xx.xx.2024-cü il tarixdə qərar çıxarılmış, 16 fevral 2024-cü il tarixdə obyektin yanğına qarşı vəziyyəti barədə yoxlama keçirilərək yanğın texniki müayinə aktı tərtib olunmuşdur. 16 fevral 2024-cü il tarixli 228 nömrəli yanğın-texniki müayinə aktından aydın olur ki, sahibkar Yusuf Birsen nöqsanların aradan qaldırılacağını bildirmiş və aktı imzalamışdır. Sadalanan tələblərinə əməl olunmadığından 16 fevral 2024-cü il tarixdə Şəxs İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən MN ******* nömrəi inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokolun surəti 16 fevral 2024-cü il tarixdə X7 Kaana təqdim edilmiş, nümayəndə məhkəmə iclasında həmin şəxsin qeyd eidlən müəssisədə işlədiyini bildirmiş, bundan əlavə protokoldan aydın olur ki, həmin protokol Yusuf Birsenin özü tərəfindən də imzalanmışdır. Sözügedən obyektdə “X1” ciddi şəkildə pozulması, baş verə biləcək hər hansı bir hadisə zamanı insanların təxliyyəsi, xilasetmə işlərinin aparılması zamanı xoşa gəlməz halların baş verməməsi üçün tərtib olunmuş “İnzibati xəta haqqında” protokol baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokollarla və protokola əlavə edilmiş digər sənədlərlə təsdiq olunur. Şəxs MMC-nin direktoru Yusuf Birsen tərəfindən təqdim edilən etiraz və ərizədə qeyd edilən halları məhkəmə əsassız hesab edir. Belə ki, Yusuf Birsenin sözügedən müəssisənin direktoru olması təkzibolunmaz sənədlərlə təsdiqini tapır. Məhkəməyə göndərilmiş protokolda onun adının qeyd edilməsi və imzasının olması protokolun səlahiyyəti olmayan şəxsə verilməsi barədə etirazda qeyd edilən halları əsassızlığını təsdiq edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X2 yoxlamaların 16 fevral 2024-cü il tarixli KY242076167 nömrəli vahid məlumat reyestrindən Çıxarışda yoxlayıcı orqanın adı, yoxlanılan sahibkarın adı, yoxlanılan sahibkarın VÖENi, yoxlama müddəti, yoxlanılan dövr, yoxlamanın hüquqi əsası, yoxlama obyekti, yoxlama növü, yoxlamanın tipi, yoxlayıcı şəxslər konkret olaraq göstərilmişdir. Bu sənədin vahid məlumat reyestri olması nəzərə alındıqda yoxlayıcı şəxs X6-X8 İdarəsinin X8 işinin Təşkili Şöbəsinin rəisi olması onun səlahiyyətli şəxs tərəfindən protokol tərtib etməsinə əsas verir. Məhkəmə inzibati cərimənin şərti tətbiq edilməsi barədə vəsatətdə qeyd edilənlərin də əsassız olması nəticəsinə gəlir. Belə ki, hüquqi şəxsin barəsində tərtib edilən protokol Azərbaycan Respublikası İMX-in 518.1-ci maddəsi üzrə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Maddənin sanksiyasında nəzərdə tutulan cərimə məbləği sahibkarlıq fəaliyyəti həyata keçirən hüquqi şəxs üçün şərti tətbiq edilməsinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMCnin əməlində inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48- 51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq,

qəraraaldı:

ünvan 2 ünvanında yerləşən (VÖEN: **********) Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 350 (üç yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar.

Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar