Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-108/2021 29.09.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X1 və "xxxx" MMC-nin nümayəndəsi X3 iştirakları ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə Naxçıvan MR Dövlət Gömrük Komitəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: ünvan 1 ünvanında yerləşən VÖEN nömrəsi ********** olan "xxxx" MMC tərəfindən 06.09.2021-ci il tarixdə Özbəkistan Respublikasından idxal olunan dəyəri 7673 ABŞ dolları, çəkisi 1854 kq olan soyuducu və dondurucular yükünü daşıyan avtonəqliyyat vasitəsinin qısa idxal bəyannaməsi sistemə vurulmamışdır. Belə ki, 06.09.2021-ci il tarixdə Samur Gömrük postundan saat 11:09-da **********04172 qeydiyyat kodlu ** JS ***/ ** ZK *** dövlət nömrə nişanlı yük avtonəqliyyat vasitəsi qeydiyyata alınaraq gömrük ərazisinə daxil olmuşdur. Lakin **********04172 qeydiyyat kodlu ** JS ***/ ** ZK *** dövlət nömrə nişanlı yük avtonəqliyyat vasitəsi üçün mallar gömrük sərhəddindən keçən zaman qısa idxal bəyannaməsi olmamışdır. Bununla da "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə "xxxx" MMC-nin əməli iş materialına əlavə olunmuş sənədlər və tərəflərin nümayəndələrinin məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, Naxçıvan MR Dövlət Gömrük Komitəsinin nümayəndəsi X2 inzibati xəta ilə bağlı materialların tam toplanaraq məhkəməyə təqdim olunduğunu, iş üzrə müvafiq qərar qəbul olunmasını xahiş etmişdir. Barəsində inzibati material olan "xxxx" MMC–nin səlahiyyətli nümayəndəsi X5 məhkəməyə verdiyi ifadəsində həqiqətən də "xxxx" MMC tərəfindən 24 iyul 2021-ci il tarixdə Özbəkistan Respublikasının “X4 LLC” şirkətindən ümumi dəyəri 7673 ABŞ dolları, çəkisi 1854 kq olan soyuducu və dondurucular sifariş verilmiş, Şirkət tərəfindən yükün çəki və qaimə-fakturası onlara göndərildiyi halda nəqliyyat sənədləri yubadılmış, nəticədə onlar yükün hansı nəqliyyat vasitəsi ilə gəldiyini nəqliyyat sənədlərində qeyd edə bilməmişlər. Buna görə də 06.09.2021-ci il tarixdə Samur Gömrük postundan saat 11:09-da ölkə ərazisinə daxil olan ** JS ***/ ** ZK *** dövlət nömrə nişanlı yük avtonəqliyyat vasitəsi gömrük orqanlarının vahid avtomatlaşdırılmış idarəetmə sistemində qeydiyyata alınanda nəqliyyat vasitəsinin daşınma sənədləri tam qaydasında olmadığından qısa idxal bəyannaməsini vaxtında hazırlayıb elektron şəkildə qeydiyyatdan keçirə bilməmişlər. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, "xxxx" MMC tərəfindən 24 iyul 2021-ci il tarixdə Özbəkistan Respublikasının “X4 LLC” şirkətindən ümumi dəyəri 7673 ABŞ dolları, çəkisi 1854 kq olan soyuducu və dondurucular sifariş verilmiş, 06.09.2021-ci il tarixdə Samur Gömrük postundan saat 11:09-da 7673 ABŞ dolları, çəkisi 1854 kq olan soyuducu və dondurucular daşıyan **********04172 qeydiyyat kodlu ** JS ***/ ** ZK *** dövlət nömrə nişanlı yük avtonəqliyyat vasitəsi qeydiyyata alınaraq gömrük ərazisinə daxil olmuşdur. Lakin **********04172 qeydiyyat kodlu ** JS ***/ ** ZK *** dövlət nömrə nişanlı yük avtonəqliyyat vasitəsi üçün mallar gömrük sərhəddindən keçən zaman qısa idxal bəyannaməsi təqdim edilmədiyi üçün rəsmiləşdirmə aparılmamışdır. "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və "xxxx" MMC həmin xətanı törətməsi, məhkəmə istintaqı zamanı nümayəndənin etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. "xxxx" MMC-nin əməlində inzibati xətanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat məbləğində cərimə olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qərara aldı: ünvan 1 ünvanında yerləşən VÖEN nömrəsi ********** olan "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №3(078)-108/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-108/2021
29.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver