Məhkəmə qərarları › İş №3(078)-11/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-11/2022

15.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-11/2022 15.02.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 1988-ci ildə Babək rayonu, Cavidabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, ailəli, 3 uşaq atası, fərdi işlə məşğul olan, deməsinə görə əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq müəyyən etdim: Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-657/2020 nömrəli, 23 noyabr 2020-ci il tarixli icra vərəqəsinə əsasən, iş üzrə cavabdeh Şəxs 13000 (on üç min) manat məbləğində pulun alınaraq iş üzrə iddiaçı Zərərçəkmiş şəxs verilməsi və iddiaçı Zərərçəkmiş şəxs tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 20 iyul 2020-ci il tarixdə 56670 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdeh Şəxs tutularaq iddiaçıya qaytarılması qət olunmuşdur. İş üzrə icraata 24 noyabr 2020-ci il tarixdə başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin, icra vərəqəsinin surətinin müvafiq məktubla göndərilməsinə və dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış, 12430 (on iki min dörd yüz otuz) manat borcu yaranmış, beləliklə, Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbləri yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə Şəxs əməli onun özünün etirafı və iş materiallarına əlavə olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətdiyini etiraf edərək, ona daha əvvəl yazılı və şifahi xəbərdarlıq olunmasına baxmayaraq yaranmış 12430 (on iki min dörd yüz otuz) manat məbləğində borcunu ödəmədiyini bildirmiş, buna səbəb kimi hazırda heç bir yerdə işləməməsini, maddi vəziyyətinin aşağı olmasını göstərmişdir. Şəxs əməlindən çox peşman olduğunu, mümkün qədər tez müddət ərzində borcunu ödəməyə başlayacağını bildirmiş və ona yüngül tənbeh verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş 23 noyabr 2020-ci il tarixdə verilmiş icra vərəqəsinin surətindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-657/2020 nömrəli, 14 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə, iş üzrə cavabdeh Şəxs 13000 (on üç min) manat məbləğində pulun alınaraq iş üzrə iddiaçı Zərərçəkmiş şəxs verilməsi və iddiaçı Zərərçəkmiş şəxs tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 20 iyul 2020-ci il tarixdə 56670 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdeh Şəxs tutularaq iddiaçıya qaytarılması qət olunmuşdur. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 24 noyabr 2020-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Şəxs Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 24 noyabr 2020-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişi verilmişdir. İş materiallarına əlavə olunmuş iltizamın surətinə əsasən, Şəxs icra sənədinin icrasını təmin etmək məqsədilə şəxsiyyəti təsdiq edən sənədlə birlikdə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə gəlməyi ilə bağlı xəbərdarlıq edilmiş, əks təqdirdə, məsuliyyətə cəlb olunacağı ona bildirilmişdir. İş materiallarına əlavə olunmuş 02 sentyabr 2021-ci il tarixli yazılı xəbərdarlığın surətinə əsasən, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən Şəxs gələcəkdə borcun ödənilməməsi qanunla nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş 13 sentyabr 2021-ci il tarixli yazılı xəbərdarlığın surətinə əsasən, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən Şəxs gələcəkdə borcun ödənilməməsi qanunla nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş 21 sentyabr 2021-ci il tarixli yazılı xəbərdarlığın surətinə əsasən, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən Şəxs gələcəkdə borcun ödənilməməsi qanunla nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş 23 noyabr 2021-ci il tarixli yazılı xəbərdarlığın surətinə əsasən, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən Şəxs gələcəkdə borcun ödənilməməsi qanunla nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş 12 yanvar 2022-ci il tarixli yazılı xəbərdarlığın surətinə əsasən, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən Şəxs gələcəkdə borcun ödənilməməsi qanunla nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş 14 yanvar 2022-ci il tarixli yazılı xəbərdarlığın surətinə əsasən, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən Şəxs gələcəkdə borcun ödənilməməsi qanunla nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Beləliklə, inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlirəm ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs səmimi peşmançılığı onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dairəsini nəzərə alaraq, işin hallarına görə, onun şəxsiyyətini nəzərə alaraq, onun barəsində inzibati həbs tətbiq olunması nəticəsinə gəlirəm. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin.

2. İnzibati həbsin əvvəli 15 fevral 2022-ci il tarixdən hesablansın.

3. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X3 həvalə olunsun.

4. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar.

Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar