Məhkəmə qərarları › İş №3(078)-110/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-110/2021

24.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-110/2021 24.09.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Culfa rayon, Bənəniyar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işsiz, Culfa rayonu, Bənəniyar kəndində qeydiyyatda olub, həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inziati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Naxçıvan Şəhər Polis İdarəsində tərtib olunmuş material 24 sentyabr 2021-ci il tarixdə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Naxçıvan Şəhər Polis İdarəsinin İTB-nin baş polis sahə inspektoru polis kapitanı X1 tərəfindən tərtib 23 sentyabr 2021-ci il tarixli 009899 nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 23.09.2021-ci il tarixdə Naxçıvan şəhər 12-ci məhəllədə ictimai yerdə ucadan səs-küy salaraq nalayiq ifadələr işlətmiş və bu zaman polis əməkdaşlarına qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cü və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 23 sentyabr 2021-ci il tarixdə saat 19:00 radələrində Naxçıvan şəhəri, 12-ci məhəllədə küçədə ictimai yerdə ictimai qaydanı pozduğunu, belə ki, 23 sentyabr 2021ci il tarixdə səhər saat 08:00-da yaşadığı Culfa rayonu, Bənəniyar kəndindən işləmək üçün Naxçıvan şəhərinə gəldiyini, işlərini bitirdikdən sonra saat 18:00 radələrində işdən çıxdığını Naxçıvan şəhəri, “Gənclər Şəhərciyi” adlanan yerdə yerləşən yeməkxanada iş yoldaşı olan X7 ilə orada yemək yeyib spirtli içki qəbul etdiklərini, yeməkaxanadan çıxaraq Q.Quliyevlə küçədə səs-küy salaraq nalayiq ifadələr işlətdiyini, bu zaman ərazidə xidmət aparan polis əməkdaşının yaxınlaşaraq onu nizam-intizama dəvət etdiyini, lakin özünün, polisin qanuni tələbinə məhəl qoymadığını, M.Seydiov etdiyi əmələ görə peşman olduğunu, əsəbi vəziyyətdə olduğu üçün belə bir hərəkət etdiyini bildirməklə məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmədə şahid qismində ifadə verən X2, 23.09.2021-ci il tarixdə Naxçıvan şəhəri, “Gəncələr Şəhərciyi” adlanan binanın qarşısından keçdiyi zaman 2 nəfər tanımadığı şəxsin küçədə səs-küy salaraq nalayiq ifadələr işlətdiyini, bu zaman ərazidə xidmət aparan polis əməkdaşının yaxınlaşaraq onu nizam-intizama dəvət etdiyini, lakin özünün, polisin qanuni tələbinə məhəl qoymadığını bildirdi. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 23 sentyabr 2021-ci il tarixdə saat 19:25-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 23.09.2021-ci il tarixli Naxçıvan Şəhər Polis İdarəsinin İTB-nin baş polis sahə inspektoru polis kapitanı X1 tərəfindən verilən raportdan görünür ki, 23.09.2021-ci il tarixdə saat 19:00 radələrində xidməti vəzifələrini yerinə yetirən zaman iki nəfərin səs-küy salaraq ucadan danışdığını və nalayiq sözlər işlətdiyini gördüyü üçün həmin şəxsləə yaxınlaşıb ona etdiyi hərəkətə görə iradını bildirərək onu nizam-intizama dəvət etmiş, lakin onlar öz qanunsuz əməllərini davam etdirərək ucadan nalayiq ifadələr işlətmiş və polisin qanuni qanuni tələbinə tabe olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. İş üzrə Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Cullfa Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 24.09.2021-ci il tarixdə verilmiş 04/880 nömrəli arayışa əsasən Şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Culfa Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi qeydiyyatda durmur və heç bir növ sosial müavinət və təqüd almır. İş üzrə Naxçıvan MR Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi PHŞ Culfa Rayon Məşğulluq Mərkəzi tərəfindən 24.09.2021-ci il tarixdə verilmiş 53 nömrəli arayışa əsasən Şəxs Culfa rayon Məşğulluq Mərkəzində işsiz və işaxtaran kimi qeydiyyatda deyil və işsizlikdən sığorta ödənişi almayıb. İş üzrə Naxçıvan MR Səhiyyə Nazirliyi Naxçıvan Muxtar Respublika Xəstəxanası publik hüquqi şəxsi tərəfindən 24 sentyabr 2021-ci il tarixdə verilmiş 592 nömrəli arayışa əsasən Şəxs həmin tarixdə ambulator olaraq tibbi yoxlamadan keçirilmiş və o, praktiki sağlamdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal əməlin bir qrup şəxs tərəfindən törədilməsidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən hal və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və130.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cü və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnsibati həbsin əvvəli 23 sentyabr 2021-ci il tarixdən saat 19:25-dən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X6 həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar