Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-111/2021 25.09.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, evli, üç uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmayan, Naxçıvan şəhəri, Qaraçuq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: 25 sentyabr 2021-ci il tarixdə Naxçıvan şəhər sakini Zərərçəkmiş şəxs Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis bölməsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, 24 sentyabr 2021-ci il tarixdə saat 23:00 radələrində “Araz restoranı” adlı kafenin qarşısında Anar adlı şəxsin onu döyərək müxtəlif bədən xəsarətləri yetirmişdir. Həmin şəxsin barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Müraciət əsasında Naxçıvan Şəhər Polis İdarəsi 1 nömrəli Polis bölməsinin baş polis sahə inspektoru X5 tərəfindən araşdırma aparılmış Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 25 sentyabr 2021-ci il tarixdə 009820 nömrəli protokol tərtib edilərək baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında “Araz restoranı” adlanan yerdə servis kimi fəaliyyət göstərdiyini, bir neçə gün bundan qabaq ərazinin mühafizəçisi tərəfindən restoranın həyətində duran taksilərə onların burada durmaması barədə xəbərdarlıq etdiyini və rostoranın öz taksilərinin olduğunu bildirmiş, 24 sentyabr 2021-ci il tarixdə saat 23:00 radələrində restoranın qarşısında tanımadığı bir şəxsi onun qoluna girərək bilidirdi ki, bir neçə gün bundan qabaq ona, “siz taksi kimi fəaliyyət göstərə bilməzsiniz buranın öz taksiləri var” dediyini, cavabında isə ona elə bir söz demədyini bunu ərazini mühafizə edən şəxsin ona bildirdiyi, bu zaman həmin şəxs “dövlətə vergi verirəm ürəyim harda istəyər orda da duraram” dediyini, lakin həmin şəxsin sakitləşmədyini və aralarında mübahisə yarandığından onu mühafizə otağının yanındakı ağacların yanına apardığını orada onunla mübahisə etməyə başladığını, əsəbini cilovlaya bilməyib ona əl-qol atdığını sakitləşə bilmədyi üçün onu vurduğunu, onu vurduğuna görə özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, nəzərə alaraq, qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Мəhkəmə iclasında zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs izahatında bir aydır ki taksi xidməti ilə məşğul olduğunu 10-15 gün bundan qabaq “Araz restoranı” adlanan yerdə öz tanışı ilə çay içmək üçün getdiyini, restorandan çıxan zaman tanımadığı bir şəxsin ona yaxınlaşaraq buranın öz taksiləri olduğunu və buradan getməsini bildirmiş, həmin şəxsin restoranın müdiri olduğunu düşünüb oradan uzaqlaşmış, 25 sentyabr 2021-ci il tarixdə saat 23:00 radələrində tanışı olan Ruslan adlı şəxs ilə çay içmək üçün həmin restorana getdiyini, restorandan çıxan zaman həmin şəxsi gördüyünü ətrafda olan şəxslərdən onun kim olduğunu soruşduğunu, adının Anar olduğunu fərqli yerlərdə taksi fəaliyyəti ilə məşğul olduğunu bildirdiklərini, bu zaman Anar adlı şəxsə yaxınlaşaraq bir neçə gün bundan qabaq onu resotoranın müdiri zən edib heçnə deməmiş, ona dövlətə vergi verdiyini və isətdiyi yerdə taksi fəaliyyəti ilə məşğul olmaq haqqının olduğunu və aralarında mübhisə yarandığını, Anarın ona nalayiq ifadələr işlətdiyini onun da Anara nalyiq ifadələr işlətdiyini, tanışı olan Ruslanın onları ayırmağa çalışan zaman Anar yenidən üzərinə gəldiyini və ona nalayiq söyüşlər söydüyünü,qanuni qərar qəbul edilməsini xahiş etdi. X3 izahatında Anarla 24.09.2021-ci il tarixdə “Araz restoranı” adlanan yerdə durduqlarını, bu zaman tanımadığı iki nəfər şəxsin onlara yaxınlaşaraq burada taksi kimi işlədiyini Anardan soruşmuş, o da burada taksi faəliyyəti ilə məşğul olduğunu onunda burada taksi kimi işləyəcəyini Anar isə həmin şəxsə bura restoranın ərazsi olduğunu və restoranın öz servisi olduğunu bildirmiş, lakin həmin şəxslə aralarında mübhisə yaranmış Anara qarşı əxlaqsız söyüşlər işlətmiş, mübahisə etməyə başladıqlarını daha sonra polis əməkdaşlarının gəldiyini, onu da Polis İdarəsinə dəvət etdiklərini bildirdi. X1 izahatında 24.09.2021-ci il tarixdə saat 23:00 radələrində tanışı Talehlə birlikdə “Araz restoranı” adlanan yerə çay içmək üçün getdiklərini, restorandan çıxan zaman bu zaman tanımadığı bir nəfər şəxsin onlara yaxınlaşaraq ona 15 gün bundan qabaq burada taksi kimi işləmək olmaz buranın öz taksiləri olduğunu bildirdiyini bu zaman həmin şəxsələ aralarında mübhisə yaranmış Talehə qarşı əxlaqsız söyüşlər işlətmiş, mübahisə etməyə başladıqlarını daha sonra polis əməkdaşlarının gəldiyini, onu da Polis İdarəsinə dəvət etdiklərini bildirdi. İşə əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6 tərəfindən 25.09.2021-ci il tarixli 76 saylı canlı şəxsin müayinə aktında qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər sifətin sol yarısında qançır, üst dodağın sol yarısında selikli qişada qançır küt əşyanın təsərindən törənmişdir. Müddəti vətəndaşın dediyi tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi müəyyən edilmir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Respublika xəstəxanası publik hüquqi şəxs tərəfindən 25.09.2021-ci il tarixdə verilmiş 695 nömrəli icbari tibbi müayinə vərəqəsindən aydın olur ki, Şəxs “sağlam” diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan Şəhər Şöbəsi tərəfindən verilmiş 25 sentyabr 2021-ci il tarixli 570 nömrəli arayışdan görünür ki, Fərəcov X10 MR Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsində qeydiyyatda durmur. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi, zərərçəkmiş şəxsin, inzibati xəta törətmiş şəxsin, şahidin izahatı ilə, tərtib edilmiş inzibati xəta haqqında protokollarla və protokola əlavə edilmiş digər sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini və səmimi peşman olmasını, himayəsində 3 az yaşlı uşağının olmasını onun inzibati məsuliyyətini yüngülləşdirən hallar qismində qiymətləndirir. İş üzrə ağırlaşdıran hal qeydə alınmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tətbiq olunacaq inzibati tənbehin növünü müəyyənləşdirəndə, törədilmiş inzibati xətanın xarakterini və zərərçəkən şəxsin onunla barışmasını, inzibati məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq, işin halını və inzibati xətanı törədən şəxsin şəxsiyyətini nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini, məqsədəmüvafiq hesab edirəm. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim: Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №3(078)-111/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-111/2021
25.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver