Məhkəmə qərarları › İş №3(078)-111/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-111/2024

23.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-111/2024 23.02.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Zərərçəkmiş şəxs X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tərcüməçi X2 iştirakları ilə, 10 avqust 1981-ci ildə Babək rayon, Vayxır kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN KOD: xxxxxxx), orta təshilli, evli, 2 uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmayan, Babək rayon, Vayxır kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: 23 fevral 2024-cü il tarixdə Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair 23 fevral 2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında 6-7 aydır ki, Naci adlı Türk vətəndaşı olan bacanağı tanıdığını, 2023-cü ilin dekabr ayının 10-da Nacinin ona zəng vurub “həyat yoldaşım Gülər Quliyeva mənim evimi satıbdır” dediyini, onunla Mərkəzi Xəstəxananın qarşısında görüşdüyünü, onunla danışdıqdan sonra onu öz evinə apardığını, evində qaynanasıgilin barəsində danışdığı səsləri telefonuna qeyd edib, qaynanası Əsmərə göndərdiyini, qaynanasının həmin səsləri ona dinlətdiyini, o bundan sonra Naciyə “bu nə hərəkətdir edirsən” deyə səs atdığını, ona dəfələrlə zəng vursa da telefon zənginə cavab vermədiyini, dekabrın 30-da Nacini baldızı Gülərin avtomobilində gördüyünü, ona “sən kimsən ki mənim səsimi qaynanama atmısan?” dediyini, onun da ona “sən mənim ailəmi dağıtmısan” dediyini, ona “axı mən sənin ailəni niyə dağıdım ki? Siz ailə qurarda mən Türkiyədə idim” dediyini, bundan sonra isə Naci ilə aralarında sözlü şəkildə mübahisələrinin yarandığını, onunla mübahisələrinin daha da genişləndiyini, bir-birlərinin sinəsindən yapışdıqlarını, əlbəyaxa olduqlarını, itələşdiklərini lakin nə onun həmin vaxt Nacini vurduğunu, nə də Nacinin onu vurduğunu, bu zaman baldızları Gülər və Ülkərin onları sakitləşdirdiyini, onun baldızı Ülkərlə öz avtomobilinə tərəf getdiyini, ondan sonrakı proseslərdən xəbəri olmadığını, xx.xx.2024-cü il tarixdə ona Naxçıvan Şəhər Polis idarəsindən zəng gələrək barəsində şikayət olduğuna görə idarəyə gəlməyini xahiş etdiklərini, onun da Naxçıvan Şəhər Polis idarəsinə getdiyini, sonra onun barəsində protokol tərtib edildiyini, lakin özünün ekspert rəyində göstərilən xəsarətləri Naciyə yetirmədiyini, əgər Nacini döyərək ona xəsarət yetirmişdisə Nacinin elə aralarında mübahisə olduğu gün yəni dekabrın 30-da polisə müraciət edəcəyini, ancaq həmin gün onu vurmadığı üçün onun Türkiyə Respublikasına gedərək orada fikirləşib plan quraraq yenidən 8 yanvar tarixində Naxçıvana qayıdıb polisə müraciət etdiyini, rəy verən ekspert barəsində özünün müvafiq qurumlara şikayət ünvanladığını, çünki özünün Naciyə zərər yetirəcək heç bir hərəkət törətmədiyini, bunu təsdiq edəcək heç bir sübut olmadığını, özünün günahsız olduğunu bildirərək onun barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Мəhkəmə iclasında zərərçəkmiş şəxs X11 izahatında Gülər Quliyeva ilə 2023-cü ilin may ayında ailə həyatı qurduğunu, Gülərlə 2023-cü ilin oktyabr ayında aralarında münaqişələr yarandığını və işlərinin məhkəməyə getməli olduğunu, Gülərlə xx.xx.2023-cü il tarixdə telefonda oturub üz-üzə danışmaqları üçün razılaşdıqlarını, xx.xx.2023-cü il tarixdə saat 14:00 radələrində Türkiyədən Naxçıvan şəhərindəki Avtovağzala gəldiyini, Gülərin onu avtomobili ilə aparıb ilk öncə bacısı Ülkəri evindən götürüb Banu marketin qarşısına gətirdiyini, avtomobildə gedərkən baldızı Ülkərin bacanağı Bəhruz adlı şəxsə zəng vurduğunu və Banu marketin qarşısına dəvət etdiyini, onlar ora çatdıqdan 2-3 dəqiqə sonra Bəhruzun oraya gəldiyini, çatanda Ülkərin avtomobildən endiyini, Bəhruza onların avtomobildə olduğunu bildirdiyini, Bəhruzun onların avtomobilinə yaxınlaşdığını, başını avtomobilin içərisinə uzatdığını, ilk öncə ona nalayiq sözlər söylədiyini və sonra onun başından yumruq zərbəsi vurduğunu, avtomobilin qapısını açıb yerə endiyini, onunla əlbəyaxa olduqlarını, onların yerə yıxıldıqlarını Bəhruzla avtomobildə gələn digər iki nəfərin gəlib onun qollarından tutduğunu, onu yerdə sürüklədiyini, Bəhruzun onun burnundan daha bir yumruq zərbəsi vurduğunu, sonra sinəsindən tutub onu dartdığını, sonra Bəhruzun onu yenə vurmaq istəyərkən Ülkərin ona “sən çıx get” dediyini, Gülərin onu bundan sonra avtomobilinə mindirdiyini, daha sonra isə onun xalası Qızılgülün oraya gəlib nə olduğunu soruşduğunu, Gülərin vəziyyəti ona danışdığını, avtomobil ilə gedib onun xalasını evlərinə endirdiyini, sonra Gülərin onu Avtovağzala aparıb yola saldığını və ona “sən buralardan tez çıx get, yoxsa burda sənin başına oyun gələr” dediyini, bu qaydada onu hədələdiyini, o da qorxduğuna görə oradan Türkiyəyə getdiyini, polis idarəsini tanımadığı üçün həmin vaxt polisə şikayət etmədiyini, 8 yanvar 2024-cü il tarixdə özünün yenidən Naxçıvana qayıdıb onun barəsində şikayətçi olmaq üçün Naxçıvan Şəhər Polis İdarəsinə gəldiyini, Şəxs bağışlamadığını, ondan şikayətçi olduğunu, Şəxs onu vurmasını arvadı Gülərin gördüyünü lakin hazırda məhkəmədə yalan deyərək onu vurmadığını dediyini qeyd edərək onun barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Мəhkəmə iclasında şahid X6 izahatında Naci Aydın ilə 2023-cü ilin may ayında ailə həyatı qurduğunu, Naci ilə 2023-cü ilin oktyabr ayında aralarında münaqişələr yarandığını və işlərinin məhkəməyə getməli olduğunu, xx.xx.2023-cü il tarixdə telefonda onunla bəzi məsələləri müzakirə etmək məqsədilə razılaşdıqlarını, anası Əsmər Baxşəliyeva ilə birlikdə özünə məxsus olan Chevrolet Cruse markalı, **-BX-*** nömrə nişanlı avtomobili ilə Nacini Avtovağzaldan götürmək üçün getdiyini, onu oradan avtomobilinə mindirib xalası Qızılgülə zəng vurub harada olduğunu soruşduğunu, onun da ona Banu restoranın altında yerləşən salonda olduğunu bildirdiyini, Banu restoranın yanına getdiklərini, xalasını çağırdığını, Nacinin avtomobildə ona dediyi sözləri ona deyə bilmədiyini, sonra da günahı bacısının həyat yoldaşı Bəhruzun üzərinə atdığını, bacısı haqqında nalayiq sözlər danışdığını, sonra bacısına zəng vurub “sənin haqqında belə sözlər danışılır” dediyini, bacısını gedib Banu restoranının yanına gətirdiyini, xalası Qızılgülə zəng vurub yanlarına gəlməsini istəsə də gəlmədiyini, bir az sonra bacısının həyat yoldaşı Şəxs da onlarının avtomobilinin yanına gəldiyini, qapını açıb Nacidən onun nə zaman bacısı Ülkərin haqqında xoşagəlməz sözlər söylədiyini soruşduğunu, bu zaman Nacinin əlini atıb Bəhruzun yaxasından yapışdığını, onlar əlbəyaxa olmaq istəyərkən bacısı və onun ona imkan vermədiklərini, bu zaman yoldan keçən şəxslərin onların əlbəyaxa olmaqla səs küyünü eşidib aralaşdırmaq məqsədilə gəldiklərini, onları sakitləşdirdiklərini, Bəhruzun gəldiyi avtomobil ilə oradan uzaqlaşıb getdiyini, onların isə Nacini avtomobili ilə aparıb Naxçıvan şəhərindəki Avtoğzalda endirdiyini, sonra isə evinə getdiyini, Bəhruzzun həmin vaxt Nacini vurmadığını, bu barədə Nacinin qeyd etdiklərinin yalan olduğunu, Bəhruzun Nacini vurmasını görmədiyini, özlərinin həmin vaxt orada olduqlarını, Nacinin polis şöbəsini yaxşı tanıdığını, özü ilə bağlı onun bu hadisədən əvvəl polis şöbəsinə müraciət etdiyini, Naci ilə bir yerdə yaşadıqları vaxt Nacinin özünü Naxçıvan şəhəri ərazisində rahatlıqla avtomobil idarə edərək istədiyi yerə gedib gələ bildiyini, onun polis şöbəsini tanımadığı buna görə də polisə həmi gün müraciət etmədiyi ilə bağlı dediklərinin yalan olduğunu bildirdi. Мəhkəmə iclasında şahid X3 izahatında 2023-cü ilin dekabr ayının sonlarında bir gün evə gedən zaman günorta saatlarında piyada bolmartın qarşısı ilə hərəkət edən zaman marketin qarşısında 2 qadın və 2 kişinin olduğunu gördüyünü, həmin kişilər mübahisə edən zaman həmin qadınların onları sakitləşdirməyə çalışdıqlarını, bu zaman onların bir-birinin yaxasından tutaraq mübahisə etdiklərini, yanlarındakı qadınların və bir kişinin onları aralaşdırıb ayrı-ayrı maşınlara oturtduğunu gördüyünü, daha sonra mübahisələrinin davam edib-etmədiyini bilmədiyini, həmin şəxslərin heç birini tanımadığını, həmin vaxt Bəhruzun Nacini vurmasını görmədiyini bildirdi. İş materiallarında olan cinayət işi başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, HKpi-24/24 nömrəli material üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada icraat başlanılması qərara alınmışdır. İşə əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4 tərəfindən verilmiş 08 yanvar 2024-cü il tarixli, 30 saylı canlı şəxsin müayinə aktında qeyd edilmişdir ki, Türkiyə Respublikası vətəndaşı X8 bədən səthi üzərindəki xəsarətlər alnın sağ yarısında, burun arxa səthində, döş qəfəsinin ön yuxarı səthində qançırlardır. Qançırlar küt əşyanın təsirindən törənmişdir, eləcədə həmçinin yumruq zərbəsinin müvafiq nahiyyələrə çırpılması nəticəsində törənmişdir. Xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə olunmuş 23 fevral 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs 23 fevral 2024-cü il tarixdə saat 13:40-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Qeyd edilən inzibati xəta haqqında işə məhkəmədə baxılarkən müəyyən edilmişdir, protokolu tərtib edən orqan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirini təsdiq edən edən sübutları, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin zərərçəkmiş şəxsə ekspert rəyində göstərilən xəsarəti həqiqətən də yetirməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında dindirilən şahidlər də izahatlarında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin zərərçəkmiş şəxsi vurmasını görmədiklərini bildirmişlər. Beləliklə də həmin inzibati xətanın törədilməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri sübuta yetirilə bilməmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. X5 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə həmçinin qeyd edir ki, yalnız ekspert rəyinə əsaslanmaqla şəxsin təqsirli sayılması qanuna ziddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibinin olmasını təsdiq edən hallar aşkarlanmamışdır. Həmçinin məhkəmə protokol tərtib edən orqanın diqqətinə çatdırır ki, zərərçəkmiş şəxsin ərizəsi olmadan protokol tərtib edən orqan tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0 və 53.0.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.1 və 114.1.4-cü maddələrinin məzmununa əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarıla bilər. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Sadalananlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Bu qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində şikayət verilməzsə şikayətin verilməsi müddətinin bitdiyi gün qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar