Məhkəmə qərarları › İş №3(078)-112/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-112/2022

23.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-112/2022 23.09.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1989-cu ildə Babək rayonu, Cavidabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod:xxxxxxx), orta təhsilli, subay, deməsinə görə əvvəllər məhkum olunmuş, işsiz, Naxçıvan şəhər, Bulqan kəndində qedyiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Naxçıvan Şəhər Polis İdarəsi 1 nömrəli Polis Bölməsi tərəfindən tərtib edilmiş 23 sentyabr 2022-ci il tarixli, 010007 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli PB-nin polis sahə inspektoru polis mayoru X3 tərəfindən tərtib olunmuş 23 sentyabr 2022-ci il tarixli, 010007 nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 23 sentyabr 2022-ci il tarixdə saat 10:45 radələrində Bulqan kənd mərkəzinin qarşısında ucadan səs-küy salmış və bu zaman polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bildiyini, 7 ilə yaxın olar ki, Türkiyə Respublikasında yaşadığını, orada fabrikada işlədiyini, işləri zəif getdiyindən və maaş az olduğu üçün Türkiyə Respublikasından yaşadığı Naxçıvan şəhər Bulqan kəndinə gəldiyini, gələn zaman onun işlədiyi fabrikada ona ödənilməmiş maaşının qaldığını, ona oranın rəhbərliyinin maaşını göndərəcəyini bildirdiyini, onun da mütəmadi olaraq vatsap vasitəsilə müdiriyyətlə danışdığını, az bir vaxta maaşını göndərəcəklərini dediklərini, 23 sentyabr 2022-ci il tarixdə saat təqribən 10:40 radələrində evdən çıxaraq kənd mərkəzində yerləşən mağazaya getdiyini, mağazadan özünə siqaret alıb çıxdığını, yenidən vatsap vasitəsilə Türkiyədə olan müdirinə zəng etdiyini, ona zəng vurmaqda məqsədinin onun pulunu göndərmələrini istəməsi olduğunu, müdirin də ona "işimiz zəifdir, pul yoxdur, olanda göndərəcəyik" dediyini, onun da müdirinə əsəbləşərək uca səslə telefonda nalayiq ifadələr işlətdiyini, həmin vaxt ətrafda olan vətəndaşların diqqətini özünə cəlb etdiyinə görə ərazidə xidmət aparan polis əməkdaşının ona yaxınlaşaraq onu nizam intizama dəvət etdiyini, onun da polis işçisinin qanuni tələbinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirdiyini, sonra polis əməkdaşının onun xırda xuliqanlıq etdiyini və polis işçisinin qanuni tələbinə qəsdən tabe olmadığını ona izah etdikdən sonra onu 1 nömrəli Polis Bölməsinə apardığını, əsəbi olduğu üçün belə bir əməl törətdiyini, hazırda etdiyi əməldən peşman olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. X1 məhkəmə iclasında verdiyi izahatında özünün fəhlə olduğunu, xx.xx.2022-ci il tarixdə saat təxminən 10:45 radələrində Naxçıvan şəhər Bulqan kənd mərkəzinin qarşısında təmizlik işləri aparan zaman bir nəfər şəxsin telefonla danışan zaman nalayiq ifadələr işlətdiyini gördüyünü, ərazidə xidmət aparan polis əməkdaşının həmin şəxsə yaxınlaşaraq onu nizam intizama dəvət etdiyini, həmin şəxsin də polis işçisinin qanuni tələbinə qəsdən tabe olmayaraq yenidən öz hərəkətlərini davam etdirdiyini, sonra həmin şəxsin etdiyi əmələ görə Polis Bölməsinə aparıldığını, həmin şəxsin Naxçıvan şəhər Bulqan kəndində qeydiyyatda olan Şəxs olduğunu bildirdi. İş materiallarına əlavə olunmuş X8 adına Naxçıvan şəhər Poliklinikası publik hüquqi şəxs tərəfindən 23 sentyabr 2022-ci il tarixdə verilmiş icbari tibbi müayinə vərəqəsinin təsdiq olunmuş surətinə əsasən Şəxs “sağlam” olduğu aydın olur. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin Naxçıvan şəhər İdarəsi tərəfindən verilmiş 23 sentyabr 2022-ci il tarixli, 557 nömrəli arayışdan görünür ki, Şəxs Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin Naxçıvan şəhər İdarəsində qeydiyyatda durmur və heç bir növ pensiya almır. İş materiallarına əlavə edilmiş Naxçıvan şəhər İcra Hakimiyyətinin Qaraçuq kənd icra nümayəndəliyi tərəfindən verilmiş 23 sentyabr 2022-ci il tarixli, 1752 nömrəli arayışdan görünür ki, Şəxs ailə üzvləri anası və bacısıdır. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi PHŞ Naxçıvan Şəhər Məşğulluq Mərkəzi tərəfindən verilmiş 23 sentyabr 2022-ci il tarixli, 169 nömrəli arayışdan görünür ki, Şəxs Naxçıvan Şəhər Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatda deyil və işsizlikdən sığorta ödənişi almayıb. İş materiallarına əlavə edilmiş Naxçıvan şəhər İcra Hakimiyyətinin Qaraçuq kənd icra nümayəndəliyi tərəfindən verilmiş 23 sentyabr 2022-ci il tarixli, 1751 nömrəli arayışdan görünür ki, Şəxs həqiqətən də Naxçıvan şəhəri, Bulqan kəndində qeydiyyatdadır. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 23 sentyabr 2022-ci il tarixdə saat 11:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 23 sentyabr 2022-ci il tarixli Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli PB-nin polis sahə inspektoru polis mayoru X3 tərəfindən verilən raportdan görünür ki, Şəxs 23 sentyabr 2022-ci il tarixdə saat 10:45 radələrində Naxçıvan şəhər, Bulqan kəndində xidməti vəzifəsini yerinə yetirərkən ictimai yerdə bir nəfər şəxsin ictimai qaydanı pozmasını müşahidə etmiş, həmin vaxt həmin şəxsə yaxınlaşaraq onu nizam-intizama dəvət etmiş, o da onun sözlərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirməyə başlamış, həmin şəxs etdiyi əmələ görə tərəfindən Naxçıvan ŞPİ-nin 1 nömrəli Polis Bölməsinə gətirilmiş, polis bölməsində vətəndaşın Naxçıvan şəhər, Bulqan kəndində qeydiyyatda olan və orada yaşayan xx xxxxxx 1989-cu il təvəllüdlü Şəxs olduğu məlum olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün izahatı ilə yanaşı, şahidin izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhəkəmə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alır. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXMin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək işin hallarına görə, pozuntunu törədənin şəxsiyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, cərimə növündə inzibati tənbehin tətbiq edilməsi kifayət sayılmır ona görə də Şəxs barəsində inzibati həbs tətbiq olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128, 129 və130.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 23 sentyabr 2022-ci il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X5 həvalə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar