Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-112/2024 05.03.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, X3 iştirakı ilə, X3 Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 15 fevral 2024-cü il tarixli, 01/2024 nömrəli qərardadından verdiyi şikayətə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 15 fevral 2024-cü il tarixli, 01/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında X4 izahatında, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 avqust 2023-cü il tarixli, 009039 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə ona 2180 (iki min yüz səksən) manat miqdarında cərimə tətbiq olunduğunu, inzibati xəta haqqında 012431 saylı protokolun 26 iyul 2023-cü il tarixdə tərtib edildiyini, inzibati xəta haqqında protokolun surətinin 16 avqust 2023-cü il tarixdə rəsmi olaraq ona çatdırıldığını, inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olaraq 9 gündən sonra tərtib edildiyini, Naxçıvan Muxtar Respublikası Xəstəxanası publik hüquqi şəxsinin 25 yanvar 2024-cü il tarixli, 91 nömrəli arayışında özünün 30 oktyabr 2023-cü il tarixdən 13 noyabr 2023-cü il tarixədək Naxçıvan Muxtar Respublikası Xəstəxanası publik hüquqi şəxsinin X1 Naftalan Bölməsində ambulator olaraq müalicə aldığını, 31 oktyabr 2023-cü il tarixədək qərardan şikayət ərizəsi formasında Naxçıvan Şəhər Məhkəməsinə müraciət etdiyini, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən həmin şikayət ərizəsinin imzalanmadığından geri qaytarıldığını, bu müddətdən sonra digər təşkilatlara müraciət etdiyini, sonra xəstəliyi ilə əlaqədar Bakı şəhərində olduğunu, onu hərəkət etməyə səhətinin yol vermədiyini, 15 yanvar 2024-cü il tarixdə şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ərizə ilə müraciət etdiyini, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 15 fevral 2024-cü il tarixli, 01/2024 nömrəli qərardadı ilə vəsatətinin rədd edildiyini göstərərək, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 15 fevral 2024-cü il tarixli, 01/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etdi. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndənin iştirakını təmin etməmişlər. Məhkəmə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə verilmiş şikayətlə əlaqədar aşağıdakı nəticəyə gəlir. İş materiallarına əlavə edilmiş: 26 iyul 2023-cü il tarixli, 012431 nömrəli inzibati xəta haqqında protokolun surətinə əsasən, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 04 avqust 2023-cü il tarixli, 009039 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətinə əsasən, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 2180 (iki min yüz səksən) manat məbləğində cərimə edilmişdir. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 15 fevral 2024-cü il tarixli, 01/2024 nömrəli qərardadına əsasən, X3 barəsində 04 avqust 2023-cü il tarixdə tərtib olunmuş 009039 saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət etmək üçün buraxılmış müddətin bərpası barədə vəsatəti rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 253.2-ci maddəsinə əsasən, meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə, fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. 100.4-cü maddəsinə əsasən, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İş materiallarını tədqiq edərkən məlum olur ki, səlahiyyətli orqanın gəldiyi nəticə işin faktiki hallarına uyğundur. İnzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Məhkəmə X3 şikayəti üzrə qərardadın ləğv edilməsi tələbi barədə qeyd edir ki, qərardadın ləğvi üçün əsaslar müəyyən olunmadı. Belə ki, X4 müddətin bərpası üçün üzürlü səbəb üçün sübutları təqdim etmədiyindən Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 15 fevral 2024-cü il tarixli, 01/2024 nömrəli qərardadla düzgün olaraq vəsatəti rədd etmişdir. Təqdim olunmuş 15 sentyabr 2023-cü il tarixli Naxçıvan Şəhər Məhkəməsinin qərardadından məlum olur ki, X4 qərardan şikayətlə müraciət etmiş, şikayət imzalanmadığından geri qaytarılmışdır. Bu müddətdən sonra isə 04 avqust 2023-cü il tarixli, 009039 nömrəli inzibati tənbeh vermə haqqında qərardan müraciətin olması iş materiallarından görsənmir. Bundan başqa məhkəmə qeyd edir ki, X4 təqdim etdiyi xəstəlik arayışında 13 noyabr 2023-cü il tarixədək müalicə aldığı məlum olur. X3 izahatından və ərizəsindən məlum olur ki, müddətin bərpası üçün 15 yanvar 2024-cü il tarixdə müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, X3 Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 15 fevral 2024-cü il tarixli, 01/2024 nömrəli qərardadından verdiyi şikayət əsaslı olmadığından təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 130.1, 131.1, 134.1.1, 136 və 137, 138-ci maddələrini rəhbər tutaraq qəraraaldı: X3 Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 15 fevral 2024-cü il tarixli, 01/2024 nömrəli qərardadından verdiyi şikayət əsaslı olmadığından təmin edilməsin. Qərardaddan, o rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №3(078)-112/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-112/2024
05.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver