Məhkəmə qərarları › İş №3(078)-113/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-113/2023

11.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-113/2023 11.03.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X1 məhkəmə iclas katibliyi ilə, xx xxxxxx 1993-cü il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, 1 uşaq atası, orta təhsilli, müvəqqəti işsiz, deməsinə görə əvvəllər məhkum olunmuş, Babək rayon Aşağı Uzunoba kəndində qeydiyyatda olmaqla, orada yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdim: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməli törədildiyindən həmin materiallar baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Belə ki, vətəndaş Şəxs 11 mart 2023-cü il tarixdə, saat 00:50 radələrində Naxçıvan şəhəri, Nizami küçəsində yerləşən “Qədim Dünya” adlanan kafesinin qarşısında ictimai qaydanı pozduğuna görə polis əməkdaşları onu nizam-intizama dəvət edən zaman o, polisin qanuni tələbinə qəsdən tabe olmamış, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər və özünün məhkəmədə verdiyi izahatı və şahid izahatları ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi izahatında, əmi oğlusu Zaurla “Qədim Dünya’ kafesində yeyib-içdiklərini, Zaurun oxuyan qıza mahnı sifariş etdiyini, qızın mahnını oxuya bilməyəcəyini dediyini, zarafat yana qıza get mahnını oxu dediyini, qız oxuya bilmədiyini dedikdə sənə bakal gələcək dediyini, qızın onu təhqir etdiyini, sərxoş olduğundan susduğunu, qızın oxumurm gedirəm dediyini, Zaurun qıza pulnan oxumursan deyib pul verib oxumasını dediyini, kafenin müdürinin gəlib qızın vaxtıdır gedir dediyini, sonra çölə çıxdığını, çöldə polis maşını gördüyünü, Zaur və müğənni qızın orada olduğunu, yaxınlaşıb nə olduğunu soruşanda qızın səs-küy etdiyini, polislərin onu maşına mindirmək istəyəndə müqavimət göstərdiyini, bu zaman telefonunu çıxarıb çəkiliş etmək istədiyini, polis işçisinin qanuni tələbinə tabe olmayaraq öz hərəkətlərinə davam etdiyi üçün onun etdiyi hərəkətin xırda xuliqanlıq olduğunu və polisin qanuni tələbinə qəsdən tabe olmadığını ona izah etdikdən sonra onu 1 nömrəli Polis Bölməsinə apardıqlarını, əməlindən peşman olduğunu, qanuni qərar verilməsini xahiş etdi. X2 məhkəmədə şahid qismində verdiyi izahatında, 11 mart 2023-cü il tarixdə, gecə saatlarında müştərinin ona mahnı sifariş verdiyini, mahnını qoyduğunu, bittdikdən sonra özlərinin sintezatora yenidən sifariş verdiklərini, mahnı bitdiyindən narazılıq etdiklərini, sintiztorçunun mahının bitdiyini təkrar qoya biləcəyini dedikdə həmin şəxslərin nəlayıq ifadələr işlətdiklərini, onu da təhqir etdiklərini, iş vaxtının bitdiyindən oxumayacağını bildirib, alətləri söndürdüyünü, müştərinin hesabı bağlayıb getdiklərini, çölə çıxdıqda Zaurun maşında olduğunu, ona yaxınlaşıb yoldaşını sakitləşdirməyi bildirdikdə yoldaşını onun ayağına verməyəcəyini dediyini, bu zaman onlardan birinin içəridən çıxıb onun üstünə gəldiyini, hər ikisinin onu təhqir etməyə başladıqlarını, çöldə polislərin olduğunu, səs-küydən onlara yaxınlaşdıqlarını, bu zaman həmin şəxslərin polisləri təhqir etməyə başladıqlarını, polislərin müştəriləri nizam-intizama dəvət etdiklərini, lakin onların tabe olmayaraq müqavimət göstərdiklərini, polislərin onları avtomobilə mindirib apardıqlarını bildirdi. X7 məhkəmədə şahid qismində verdiyi izahatında, 11 mart 2023-cü il tarixdə, gecə saatlarında müştərinin oxuyan müğənniyə sifariş verdiyini, bu zaman söz olduğunu, müğənni Aytəkinin iş vaxtının bitdiyindən oxumayacağını bildirdiyini, müştərinin hesabı bağlayıb getdiklərini, Aytəkinin də getdiyini, ikinci mərtəbənin pəncərəsindən baxanda polis maşınlarını gördüyünü, polislərin müştəriləri nizam-intizama dəvət etdiklərini, lakin onların tabe olmayaraq müqavimət göstərdiklərini, polislərin onları avtomobilə mindirib apardıqlarını bildirdi. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs 11 mart 2023-ci il tarixdə, saat 00:50 radələrində Naxçıvan şəhəri, Nizami küçəsində yerləşən “Qədim Dünya” adlanan kafenin qarşısında ictimai qaydanı pozmuş, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etməklə, həmçinin polisin qanuni tələbini pozmuş və bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibləri vardır və Şəxs həmin xətaları törətməsi məhkəmə istintaqı zamanı özünün etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. İş üzrə Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Babək Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş arayışa əsasən, Şəxs Babək Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində qeydiyyatda durmur və heç bir növ müavinət və təqaüd almır. İş üzrə Naxçıvan MR Xəstəxanası tərəfindən 11 mart 2023-cü il tarixdə verilmiş müayinə vərəqəsinə əsasən, Şəxs praktiki sağlamdır. İş üzrə 11 mart 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs 11 mart 2023-cü il tarixdə, saat 10:35-də inzibati qaydada tutulmuşdur. Naxçıvan Şəhər Təcili X6 11 mart 2023-cü il tarixli, 450 nömrəli «Sərxoşluq vəziyyətinin tibbi müayinəsi" aktında, Şəxs 0,4% sərxoş olduğu göstərilmişdir. Məhkəmə inzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs səmimi etirafı, himayəsində uşağının olması və əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. İnzibati xətanın bir qrup şəxs tərəfindən və sərxoş halda törədilməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində, 17 (on yeddi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs olunmanın əvvəli 11 mart 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar