Məhkəmə qərarları › İş №3(078)-113/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-113/2025

01.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-113/2025 01.03.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1978-ci ildə Naxçıvan şəhəri, Cavidabad kəndində anadan olmuş FİN:xxxxxxx, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, Naxçıvan şəhəri, Qaraçuq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Naxçıvan Şəhər Məhkəməsinin icraatına xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətmiş Naxçıvan şəhəri Qaracuq kəndində qeydiyyatda olan və yaşayan xx.xx.1978-ci il təvəllüdlü Şəxs barəsində tərtib edilmiş İXP-6890686 saylı inzibati xəta haqqında protokol və toplanmış materiallar daxil olmuşdur. 28 dekabr 2024-cü il tarixdə 2000-ci il təvəllüdlü X2 102 xidmət mərkəzinə zəng vuraraq xx.xx.2024-cü il tarixdə saat 19:30 radələrində idarə etdiyi “Vaz 2107” markalı **- BD-*** qeydiyyat nişanlı avtomobil ilə Naxçıvan şəhəri 57-ci məhəllə Koroğlu heykəli istiqamətində hərəkətdə olan zaman, “Qaz 3310” markalı **-BH-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs idarə etdiyi avtomobillə toqquşduğunu və xəsarət aldığını bildirmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə -Tibb Ekspertiza və Pataloji Anatomiya birliyinin xx.xx.2024-cü il tarixli 475 №-li ekspert rəyində göstərilmişdir ki, sürücü X1 məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə -Tibb Ekspertiza və Pataloji Anatomiya birliyinin ekspert rəyinə əsasən baş vermiş yol-nəqliyyat hadisəsində sürücülərin əməlində cinayət tərkibi yoxdur. xx.xx.1978-ci il təvəllüdlü Şəxs sürücülük vəsiqəsinin olub-olmaması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin Mərkəzi İnformasiya Sisteminin məlumatları üzrə müvafiq yoxlama aparılmış və məlum olmuşdur ki, Şəxs sürücülük vəsiqəsi yoxdur. Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin xx.xx.2025-ci il tarixli material üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə qərarı ilə HKpi-1443/24 №-li material üzrə cinayət işinin başlanması rədd edilmiş,sürücü Şəxs əməlində Azərbaycan Respublikasının İXM-in 327.2-ci maddəsinin tərkib əlamətləri olduğundan inzibati məsuliyyətə cəlb edilməsi üçün qərar Naxçıvan Şəhər Polis İdarəsinin X4 Bölməsinə göndərilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(078)-81/2025 nömrəli qərardadı ilə xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlərlə birlikdə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsinə geri qaytarılmışdır. Məhkəmə baxışı iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, zərərlə bağlı razılaşdıqlarını, 400-450 manat verməklə razılaşdıqlarını, 400 manatı götürmədiyini, ustadan soruşanda 400-500 manat xərc olduğunu, sonradan məhkəməyə veriləcəyi üçün pulu verə bilmədiklərini, imkanın yaxşı olmadığını, yeni ailə qurduğunu, kasıb adam olduğunu, köhnə maşının 1000 manata belə satılmayacağını, rəisdən maşını istədiyini, maşını alıb şərurluya satacağını, cəriməsini qarşılayacağını, 3 ildir işlədiyini, ailəsini dolandırmağa çalışdığını bildirmişdir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs X1 izahatında bildirmişdir ki, maşın halhazırda ustada düzəldilir, maşın düzəldilməsi üçün 400 manat ilkin olaraq pulun verilməsi ilə razılaşdığını bildirmişdir. Məhkəmə inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin tərkibi vardır. Şəxs əməli işdə olan xx.xx.2025-ci il tarixdə tərtib olunmuş İXP-6890686 nömrəli inzibati xəta haqqında protokolla tam sübuta yetir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə əzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 332.4cü maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, törətdiyi xətaya görə Şəxs inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332-ci maddəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi ilə bağlı dispozitiv şərtləri özündə ehtiva edir. Həmin maddənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 33.3-cü maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Tənbeh məsələsinə gəldikdə məhkəmə hesab edir ki, inzibati təhbeh təyin edərkən, onun əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli həddə və növdə inzibati təhbeh təyin edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs cərimə növündə inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Beləliklə, yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlirə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat miqdarında cərimə edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar