Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-114/2023 11.03.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X1 məhkəmə iclas katibliyi ilə, xx xxxxxx 1998-ci il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, ali təhsilli, müvəqqəti işsiz, deməsinə görə əvvəllər məhkum olunmuş, Babək rayon Aşağı Uzunoba kəndində qeydiyyatda olmaqla, orada yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdim: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməli törədildiyindən həmin materiallar baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Belə ki, vətəndaş Şəxs 11 mart 2023-cü il tarixdə, saat 00:50 radələrində Naxçıvan şəhəri, Nizami küçəsində yerləşən “Qədim Dünya” adlanan kafesinin qarşısında ictimai qaydanı pozduğuna görə polis əməkdaşları onu nizam-intizama dəvət edən zaman o, polisin qanuni tələbinə qəsdən tabe olmamış, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər və özünün məhkəmədə verdiyi izahatı və şahid izahatları ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi izahatında, əmi oğlusu Haqanla “Qədim Dünya’ kafesində yeyib-içdiklərini, oxuyan qızla Haqanın sözü olduğunu, sonra 100 manat atıb qızdan oxumasını istədiyini, qızın oxumadığını, onda durun gedək dediyini, hesabı verib dostu ilə çıxıb maşında oturub əmi oğlugili gözlədiklərini, həmin qızın onlara yaxınlaşıb hörmət elə yoxsa polisə əmi oğlunu şikayət edəcəm dediyini, qıza get işinlə məşğul ol dediyini, həmin vaxtı əmisi oğlunun çıxdığını səs-küy yarandığını, polislərin gəlib onları maşına minndirdiklərini, maşına özünün könüllü minərkən polislərin itələdiyinə görə onlara söz qaytarıb özünün mindiyini nəyə görə itələdiklərini dediyini, polislərə heç nə etmədiyini dediyini, qanuni qərar verilməsini xahiş etdi. X2 məhkəmədə şahid qismində verdiyi izahatında, 11 mart 2023-cü il tarixdə, gecə saatlarında müştərinin ona mahnı sifariş verdiyini, mahnını qoyduğunu, bittdikdən sonra özlərinin sintezatora yenidən sifariş verdiklərini, mahnı bitdiyindən narazılıq etdiklərini, həmin şəxslərin nəlayıq ifadələr işlətdiklərini, onu da təhqir etdiklərini, Zaurun ona “səni təpiyimin altına salar” dediyini, iş vaxtının bitdiyindən oxumayacağını bildirib, alətləri söndürdüyünü, müştərinin hesabı bağlayıb getdiklərini, çölə çıxdıqda Zaurun maşında olduğunu, ona yaxınlaşıb yoldaşını sakitləşdirməyi bildirdikdə yoldaşını onun ayağına verməyəcəyini dediyini, bu zaman Haqanın içəridən çıxıb onun üstünə gəldiyini, onu təhqir etməyə başladıqlarını, çöldə polislərin olduğunu, səs-küydən onlara yaxınlaşdıqlarını, bu zaman həmin şəxslərin polisləri təhqir etməyə başladıqlarını, polislərin müştəriləri nizamintizama dəvət etdiklərini, lakin onların tabe olmayaraq müqavimət göstərdiklərini, polislərin onları avtomobilə mindirib apardıqlarını bildirdi. X6 məhkəmədə şahid qismində verdiyi izahatında, 11 mart 2023-cü il tarixdə, gecə saatlarında müştərinin oxuyan müğənniyə sifariş verdiyini, bu zaman söz olduğunu, müğənni Aytəkinin iş vaxtının bitdiyindən oxumayacağını bildirib getdiyini, siqaret çəkmək üçün çölə çıxdığını, çöldə polis maşınlarını gördüyünü, polislərin müştəriləri nizamintizama dəvət etdiklərini, lakin onların tabe olmayaraq müqavimət göstərdiklərini, polislərin onları avtomobilə mindirib apardıqlarını bildirdi. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs 11 mart 2023-ci il tarixdə, saat 00:50 radələrində Naxçıvan şəhəri, Nizami küçəsində yerləşən “Qədim Dünya” adlanan kafenin qarşısında ictimai qaydanı pozmuş, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etməklə, həmçinin polisin qanuni tələbini pozmuş və bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibləri vardır və X3 həmin xətaları törətməsi məhkəmə istintaqı zamanı özünün etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. İş üzrə Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Babək Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş arayışa əsasən, Şəxs Babək Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində qeydiyyatda durmur və heç bir növ müavinət və təqaüd almır. İş üzrə Naxçıvan MR Xəstəxanası tərəfindən 11 mart 2023-cü il tarixdə verilmiş müayinə vərəqəsinə əsasən, Şəxs praktiki sağlamdır. İş üzrə 11 mart 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən, X4 11 mart 2023-cü il tarixdə, saat 10:35-də inzibati qaydada tutulmuşdur. Naxçıvan Şəhər Təcili X9 11 mart 2023-cü il tarixli, 451 nömrəli «Sərxoşluq vəziyyətinin tibbi müayinəsi" aktında, Şəxs sərxoşluq müəyyən olunmadığı göstərilmişdir. Məhkəmə inzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs əməlindən məsuliyyəti yüngülləşdirən hal müəyyən olunmadı. İnzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində, 17 (on yeddi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs olunmanın əvvəli 11 mart 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №3(078)-114/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-114/2023
11.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver