Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-114/2024 26.02.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Zərərçəkmiş şəxslər X3, X6, X11 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1998-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, subay, orta təhsilli, işsiz, Babək rayon Güznüt kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: İnzibati xəta haqqında protokola görə vətəndaş Şəxs vətəndaşlar X7, X4, X6, X1, X3, X8, X17 və X11 adlarına “Tik-tok” sosial şəbəkəsində saxta hesabların açıb şəkil və videolarını paylaşılaraq altına nalayiq ifadələr yazmış, X3, X6, X11 etibarından suiistifadə edərək açdığı həmin hesabların bağlanması üçün pul tələb edərək Lamiyə Əliyeva 53 manat, Zəhra Məmmədovadan 50 manat və Fizzə İsmayılovadan 45 manat pul alaraq maddi ziyan vurmuşdur. və bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materiallına əlavə olunmuş sənədlər və özünün məhkəmədə verdiyi izahat, zərərçəkmiş şəxslərinin izahatı ilə sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi izahatında bildirmişdir ki, təxminən bir həftə bundan əvvəl o Polis İdarəsində olan zaman X18 adlı vətəndaş İdarəyə gəlib müraciət etdi ki, “adıma Tik-tok sosial şəbəkəsində saxta hesab açılıb və orada məni təhqir ediblər”. Lamiyənin yanında Nur Telekom telefon mağazasından tanıdığı Gülcan və Zəhra da var idi. Onlar üçü bir yerdə gəlmişdilər. Lamiyə şikayət edən zaman o da orada idi. Lamiyə şikayət ərizəsini yazıb İdarədən çıxanda o da onlarla birlikdə çıxıb. Gülcan və Zəhra ilə münasibəti olduğu üçün onlarla yolda söhbət edərək gedib. Söhbət zamanı Lamiyə ona “sən mənim adıma açılan saxta hesabı silə bilərsən? Məndə sənin pulunu verəcəm” demiş o da Lamiyəyə “Gözlə hesaba baxıb səninlə əlaqə yaradaram” demişdir. Səhəri gün Lamiyə ilə əlaqə yaradıb onunla şəhərdə Uşaq Şəhərciyində görüşüb və Lamiyəyə “hesabı silmək üçün 53 manat pul lazımdır” deyib. Lamiyə nağd şəkildə ona 53 manat pul verdi. O da pulu alıb və hesabı silmək üçün hesab üzərində işləyib. Lakin hesabı silə bilməmişdir. Zəhradan 50 manat pul alıb. Fizzədən isə 45 manat pul alıb. O ümumiyyətlə Zəhraya və Fizzəyə hesab açmayıb. Sadəcə hesabı sındırmağa çalışıb. Zərərçəkmişlərin hər üçündən pul alıb. Hesabları qıra bilir. Lakin bu şəxslərin hesabını o yaratmayıb. Məhkəmə iclasında zərərçəkmiş şəxs X15 izahatında bildirmişdir ki, onun adına sosial şəbəkədə saxta profil açılmışdı. Abbası dedilər ki, proqramistdir. Buna görə də Abbasa müraciət edib. Bu hesabı sındırmaq üçün ondan 50 manat tələb etdi. O da həmin məbləği Abbasa verib. Hətta Abbas ona deyib ki, “sənə yazılan nalayiq ifadələri artıq neçə baxış olub”. Bu məsələ böyünməsin deyə tez Abbasa pul verib ki, hesabı silsin. Lakin sonradan öyrənib ki, elə saxta hesabı açıb orada onun səhifəsində nalayıq ifadələri yazan elə Abbasın özüdür. Şikayətçidir. Z.Məmmədova şikayətçi olduğunu bildirib qanuni tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X13 izahatında bildirmişdir ki, o Vəkillər Kollegiyasında vəkil köməkçisi işləyir. Abbas onların İdarəsində kompyuterləri düzəldirdi. Ona bildirib ki, adına saxta profil açılıb və hazırda da açıq qalıb. 1-2 şəklini də profilə qoyub altından nalayıq pis ifadələr yazılmışdı. Abbas dedi ki, bunu təmizləyə bilər. O da inanıb. Düşünüb ki, bu şəxs professionaldır, təmizləyəcək. Bunun müqabilində Abbas ondan 45 manat pul istəyib. Abbasdan şikayətçidir. Çünki o getdikdən sonra kompyuterdə səhifəsi açıq qalmışdı. Ordan da onun səhifəyə girdiyi aydın idi. Sadəcə polislərin adını verdiyinə, kibertəhlükəsizlikdə Bəhruz müəllimlə danışdığına görə o Abbasa inanıb. Abbas ona soyadını Məmmədov demişdi. Onu inandırmaq üçün dedi ki, “guya hesabdan hesaba yazsın, boşuna şübhələnmişəm”. Lakin yazdığı mesaj göndərilmədən cavab gəldi. O profesianal dələduzdur. Şəkillərini də saxta profilə yerləşdirən Abbasdır. F.İsmayılova şikayətçi olduğunu bildirib qanuni tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X18 izahatında bildirmişdir ki, onun adına saxta profil açılıb. Şəkilləri qoyulub və adına pis-pis ifadələr yazılıb. O polisə gedəndə orada Abbası görüb. Abbas ona “kiminsə sizinlə ədavəti var. Koton mağazasının olduğu bina tərəfədə qalır” deyib. Oraya getmişlər. Abbas da onlarla gəldi. Sonra dedi ki, “gedin sizinlə əlaqə saxlayacam”. Sonra H.Əliyev adına uşaq şəhəriciyində Abbasla görüşüb. Abbas “53 manat pul ödə mən profili sındırım” deyib. Proqramı yüklədi. Ancaq məlum oldu ki, bu proqram da saxta idi. Çünki elə sakta profili yaradan Abbas özü idi. L.Əliyeva şikayətçi olduğunu bildirib qanuni tənbeh verilməsini xahiş etmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs xx.xx.2024-cü il tarixdə inzibati qaydada tutulmuşdur. Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin təhqiqatçısı polis leytenantı X19 tərəfindən araşdırma aparılmış, xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanılması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2024-cü il tarixdə MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərmişdir. Beləliklə, Şəxs vətəndaşlar X7, X4, X6, X1, X3, X8, X17 və X11 adlarına “Tik-tok” sosial şəbəkəsində saxta hesabların açıb şəkil və videolarını paylaşılaraq altına nalayiq ifadələr yazmış və bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi, məhkəmə baxışı zamanı özünün etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. Məhkəmə Şəxs X5 50 (əlli) manat, X2 53 (əlli üç) manat, X9 45 (qırx beş) manat pul almasına münasibətdə qeyd edir ki, düzgün olaraq təhqiqatçı tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Belə ki, alınan pulun məbləği cinayət tərkibi yaratmır. Və ayrı-ayrılıqda cinayət tərkibi yaratmadığından inzibati məsuliyyətə səbəb olması kimi qiymətləndirilməlidir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. İş üzrə məsuliyyəti yüngülləşdirən hal barəsində inzibati icraat aparılan şəxsin əməlindən peşman olmasıdır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə almışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib inzibati həbs olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə görə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 36.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Məhkəmə Şəxs tərəfindən zərərçəkmiş şəxslərə vurulan ziyanın məbləğinə mübahisə olmadığından Şəxs 50 (əlli) manat pul zərərçəkmiş şəxs X12, 53 (əlli üç) manat pul alınaraq zərərçəkmiş şəxs X16, 45 (qırx beş) manat pul alınaraq zərərçəkmiş şəxs X10 verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib, 30 (otuz) gün müddətinə inzibati həbs olunsun. Həbs olunmanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Şəxs 50 (əlli) manat pul zərərçəkmiş şəxs X12, 53 (əlli üç) manat pul alınaraq zərərçəkmiş şəxs X16, 45 (qırx beş) manat pul alınaraq zərərçəkmiş şəxs X10 verilsin. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №3(078)-114/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-114/2024
26.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver