Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-115/2024 27.02.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X3 və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X4 iştirakları ilə, xx.xx.1988-ci ildə Culfa rayon, Bənəniyar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), evli, 1 uşaq atası, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin 27 fevral 2024-cü il tarixli, 255831/2023 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 27 fevral 2024-cü il tarixli, 015872 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işə baxılması zamanı müəyyən olunmuşdur ki, Babək Rayon Məhkəməsinin 2(078)-432/2023 nömrəli, 11 sentyabr 2023-cü il tarixli qətnaməsi əsasında verilmiş 23 oktyabr 2023-cü il tarixli icra sənədinə əsasən Babək Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 2(079)-140/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla sabit pul məbləğində aliment miqdarı artırılaraq xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün iş üzrə cavabdeh Şəxs hər ay bir uşaq üçün 200 (iki yüz) manat sabit pul məbləğində alimentin alınaraq uşağın anası X5 ödənilməsi qət edilmişdir. İş üzrə icraata başlamaq haqqında qərarla icraatın başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin borcluya göndərilməsinə və borcluya dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış beləliklə Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Babək Rayon Məhkəməsinin 2(079)-432/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2023-cü il tarixdən hesablanmaqla, hər ay sabit məbləğdə 200 manat miqdarında aliment pulunu xx.xx.2017-ci ildə doğulmuş oğlu X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün X2 xeyrinə ödəməli olduğunu, icra sənədinin icraata daxil olması barədə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildirişin xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə ona təqdim olunduğunu, qərar və bildirişdə tələbin dərhal könüllü təmin edilməsinin təklif olunduğunu, tələb könüllü təmin edilmədikdə barəsində məcburi icra tədbirlərinin həyata keçiriləcəyi barədə ona xəbərdarlıq edildiyini, icra sənədinə əsasən 2024-cü ilin fevral ayıda daxil olmaqla 975 manat məbləğində aliment borcunun yarandığını, ona aliment pulunun ödənilməsi ilə bağlı dələlərlə xəbərdarlıq edildiyini, rəsmi iş yeri olmadığı üçün aliment pulunu ödəyə bilmədiyini, yenidən ailə qurduğunu, maddi imkanı olmadığından tələbi təmin edə bilmədiyini, əməlindən peşman olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs X8 izahatında Şəxs alimenti ödəmədiyini, bunun üçün də uşağının xərclərini qarşılaya bilmədiyini, şəxsin uşağı ilə maraqlanmadığını, 2022ci ilin yanvarından etibarən uşağının atası ilə görüşmədiyini, hər gün uşağının atasının soruşduğunu, az da olsa aybaay ödəniş etməsinə razı olduğunu, lakin neçə aydır heç nə ödəmədiyini, özünün əvvəlki işindən çıxdığını, hal-hazırda qabyuyan işlədiyini, 299 (iki yüz doxsan doqquz) manat pul aldığını, 85 (səksən beş) manatın yol xərcinə getdiyini, uşağın ehtiyaclarını ödəməkdə çətinlik çəkdiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən protokol tərtib edən şəxs Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X10 izahatında Babək Rayon Məhkəməsinin 2(078)-432/2023 nömrəli, 23 oktyabr 2023-cü il tarixli icra sənədi üzrə xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün iş üzrə cavabdeh Şəxs hər ay bir uşaq üçün 200 (iki yüz) manat sabit pul məbləğində alimentin alınaraq uşağın anası X5 ödənilməli olduğunu, onun 975 manat məbləğində borcu olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş 23 oktyabr 2023-cü il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Babək Rayon Məhkəməsinin 2(078)-432/2023 nömrəli, 11 sentyabr 2023-cü il tarixli qətnaməsinə əsasən Babək Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 2(079)-140/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla sabit pul məbləğində aliment miqdarı artırılaraq xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün iş üzrə cavabdeh Şəxs hər ay bir uşaq üçün 200 (iki yüz) manat sabit pul məbləğində alimentin alınaraq uşağın anası X5 ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-630/2023 nömrəli, 22 sentyabr 2023-cü il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 27 oktyabr 2023cü il tarixli tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarında olan 29 yanvar 2024-cü il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu xx.xx.1988-ci il tarixdə doğulmuş, ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan 26 fevral 2024-cü il tarixli “mülki hüquqi öhdəliklərin icrasından yayındığına görə barəsində axtarış işi açılmış, Naxçıvan Şəhər Polis idarəsinin əməkdaşları tərəfindən saxlanılmış Şəxs Naxçıvan Şəhər icra və Probasiya Şöbəsinə təhvil verilməsi barədə” aktdan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan xx.xx.1988-ci il təvəllüdlü Kərimov X9 Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən Naxçıvan Şəhər Polis idarəsinə gətirilmiş və xx.xx.2024-cü il tarixdə Naxçıvan Şəhər icra və Probasiya Şöbəsinə təhvil verilmişdir. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə xəbərdarlıqlar göndərilmişdir. İş materiallarına əlavə edilmiş icra işi üzrə elektron sorğudan görünür ki, şəxsin tələbin yönəldilə biləcəyi gəliri və ya əmlakı yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla, protokola əlavə edilmiş materiallarla, özünün etiraf edici izahatı ilə tam sübuta yetirildiyindən o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati həbs növündə tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığı onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq onun barəsində inzibati həbs tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə Şəxs cərimə inzibati tənbeh növünün tətbiq olunmasını inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayət saymır. Ona görə onun barəsində inzibati həbs tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 27 fevral 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X11 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva
Məhkəmə qərarları › İş №3(078)-115/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-115/2024
27.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver