Məhkəmə qərarları › İş №3(078)-116/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-116/2022

29.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-116/2022 29.09.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Şərur rayonu Qarabağlar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, orta təhsilli, müvəqqəti işsiz, subay, 2 uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmayan, Kəngərli rayonu Qarabağlar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: 29 sentyabr 2022-ci il tarixdə Naxçıvan şəhər sakini Zərərçəkmiş şəxs Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, 29 sentyabr 2022-ci il tarixdə saat 02:15 radələrində əvvəllər tanımadığı şəxs Şəxs evə gələrək onu döymüşdür. Həmin şəxsin barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Müraciət əsasında Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsinə polis sahə inspektoru polis kapitanı X8 tərəfindən araşdırma aparılmış Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 29 sentyabr 2022ci il tarixdə 010009 nömrəli protokol tərtib edilərək baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında xx.xx.2022-ci il tarixdə saat təqribən 01:30 radələrində Araz kafe adlanan yerdə tanışları ilə spirtli içki qəbul etdiyini, daha sonra taksiyə əyləşib kəndə gedən zaman yadına əvvəllər tanıdığı Gülüstan adlı xanım düşmüş və buna görə də yolunu dəyişərək taksini Gülüstanın yaşadığı ünvana sürdürmüşdü. Taksidən düşüb Gülüstanın evinə tərəf getmiş, qapını döyəndə Gülüstan qapını açmış, onunla bir az kef-əhval tutduqdan sonra Gülüstan ona “Mənə 60 manat ver” demiş o da cibində olan 49 manatı çıxarıb verəndə Gülüstan razılaşmamış əlavə olaraq 15 manat da tələb etmişdir. O da Gülüstana “Üstümdə olanım budu. İstəyirsən götür, istəmirsən geri qaytar” dediyi zaman Gülüstan evdən oğlunu çağırmış və yerdən odun parçası götürüb onu vurmaq istəyən zaman o, evdən qaçıb getmişdir. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində mobil telefonuna zəng edilərək onu Polis Bölməsinə dəvət etmişlər və o da Bölməyə gedib etdiyi əməli səmimi etiraf etmişdir. Şəxs etdiyi əmələ görə özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, nəzərə alaraq, qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Мəhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında xx.xx.2022-ci il tarixdə saat 02:10 radələrində evdə yatan zaman həyətdən ayaq səsləri eşitdiyini, tez ayağa qalxıb evin otaqlarına baxıb sonra həyətə düşdüyünü, həmin vaxt əlinə odun parçası aldığını, həyətə baxıb evin pilləkənlərini qalxan zaman bir nəfər şəxsin arxadan ona yaxınlaşaraq əli ilə ağzından tutduğunu və ona zor tətbiq etdiyini, uca səslə qışqırdığını, səsinə oğlu Kamalın çıxdığını, həmin şəxsin onun əlində olan odun parçasını alıb onun sağ çıynindən vuraraq qaçdığını, narahat olduğu üçün həmin şəxsin arxasınca gedə bilmədiyini, hava qaranlıq olduğu üçün şəxsi tanıya bilmədiyini, sadəcə üzünün tüklü olduğunu və çox spirtli içki qəbul etməsini hiss etdiyini, həmin şəxsin onu vuraraq sağlamlığına zərər vurduğunu, şikayətçi olduğunu və qanuni qərar qəbul edilməsini xahiş etdi. X2 izahatında xx.xx.2022-ci il tarixdə saat 02:10 radələrində evdə yatdığı zaman anasının uca səslə qışqırtısını eşidib yuxudan oyandığını, tez yerindən qalxıb həyətə qaçdığında həyətdə tanımadığı üzü tüklü bir nəfərin əlindəki odun parçası ilə anasının qolundan vurub qaçdığını görmüş, lakin anası çox narahat olduğu üçün həmin şəxsin ardınca qaça bilmədiyini bildirmişdir. İşə əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6 tərəfindən xx.xx.2022-ci il tarixli 120 saylı canlı şəxsin müayinə aktında qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sağ bazunun yuxarı 1/3 hissəsinin ön səthində, sağ saidin yuxarı 1/3-nin ön səthində qançırlar, sağ saidin yuxarı 1/3-nin ön-içəri səthində sıyrıq, sağ budun aşağı 1/3-nin yan səthində qançır var. Qançır küt əşyanın təsirindən törənmişdir. Müddəti müayinə tarixindən bir gün əvvələ uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarət olduqları üçün dərəcəsi müəyyən edilmir. İş materiallarına əlavə olunmuş Z.Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası publik hüquqi şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 2918 nömrəli icbari tibbi müayinə vərəqəsindən aydın olur ki, Şəxs “sağlam” diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun Kəngərli rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 85/711 nömrəli arayışdan görünür ki, Şəxs Şöbədə qeydiyyatda durmur. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DMA PHŞ Kəngərli rayon məşğulluq mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 05/43 nömrəli arayışdan görünür ki, Şəxs Mərkəzdə qeydiyyatda deyil və heç bir müavinət almır. İş materiallarına əlavə olunmuş 29 sentyabr 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs 29 sentyabr 2022-ci il tarixdə saat 13:10-da inzibati qaydada tutulmuşdur. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi, zərərçəkmiş şəxsin, şahidin izahatları ilə tərtib edilmiş inzibati xəta haqqında protokola, canlı şəxsin müayinə aktı və protokola əlavə edilmiş digər sənədlərlə təsdiq olunur. İnzibati xəta törətmiş şəxsin zərərçəkmiş şəxsi döyməməsi barədə izahatında bildirdiyi halları məhkəmə özünümüdafiə xarakterli izahat olaraq qəbul edir, belə ki, bu halların əksinin məhkəmədə tədqiq edilmiş sübutlarla təsdiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini və səmimi peşman olmasını onun inzibati məsuliyyətini yüngülləşdirən hallar qismində qiymətləndirir. İşə baxılarkən inzibati xəta törədən şəxsin əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tətbiq olunacaq inzibati tənbehin növünü müəyyənləşdirəndə, törədilmiş inzibati xətanın xarakterini və zərərçəkən şəxsin onunla barışmamasını, inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmasını nəzərə alaraq, işin halını və inzibati xətanı törədən şəxsin şəxsiyyətini nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini, məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 29 sentyabr 2022-ci il tarixdən saat 13:10-dan hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X7 həvalə olunsun. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar