Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-117/2025 02.04.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsi hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1968-ci ildə Culfa rayonu, Gülüstan kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, 3 uşaq atası, orta təhsilli, sürücü işləyən, Culfa rayonu, Gülüstan kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci, 487.4-cü və 492.2-ci maddələri ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Protokolda qeyd olunmuşdur ki, xx.xx.2025-ci il tarixdə “X3” gömrük postunda İran İslam Respublikasının ərazisindən tranzit keçməklə Bakı-Naxçıvan istiqamətində yüklərin daşınmasını həyata keçirən Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1968-ci il təvəllüdlü, xx.xx.2024-cü il tarixdə verilmiş C03733734 nömrəli xarici pasportun sahibi Şəxs idarə etdiyi 99HU836/10ZG554 dövlət qeydiyyat nişanlı, “VOLVO” markalı yük nəqliyyat vasitəsində daşınan qarışıq yüklər sürücünün gömrük orqanına təqdim etdiyi 041408 nömrəli nəqliyyat qaiməsi əsasında sürücünün və iki hal şahidinin iştirakı ilə yoxlanılmış, yoxlama zamanı sürücünün təqdim etdiyi 041408 nömrəli nəqliyyat qaiməsində göstərilən ümumi çəkisi 583 kq, 30 yer təşkil edən odun doğrayan maşının ehtiyyat hissələri yükünün nəqliyyat vasitəsində olmadığı, həmçinin yük nəqliyyat vasitəsinin qoşqusunda olan yüklərin arasından nəqliyyat qaiməsində göstərilməyən və sürücü tərəfindən bəyan edilməyən ümumi çəkisi 529 kq olan 588 ədəd “CHİN CHİN” markalı tomat pastası, ümumi çəkisi 54 kq olan 10 ədəd qaz ocağı aşkar edilmiş və protokol əsasında götürülmüşdür. Qeyd olunan faktla bağlı 27 fevral 2025-ci il tarixində Naxçıvan Baş Gömrük İdarəsi Əməliyyat və İstintaq İdarəsinin Təhqiqat şöbəsində Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci, 487.4-cü və 492.2-ci maddələri ilə 18000-00252/25 saylı inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Araşdırma zamanı izahat verən Şəxs bildirmişdir ki, təxminən 20 ildən çoxdur ki, sürücülük etməklə maddi qazanc əldə edir. Hal-hazırda Emil adlı şəxsə məxsus 99HU836/10ZG554 dövlət qeydiyyat nişanlı, “Volvo” markalı yük nəqliyyat vasitəsində etibarnamə əsasında sürücülük edir. X5 Respublikasının ərazisindən tranzit keçməklə Naxçıvan-Bakı və əksi istiqamətində yüklərin daşınmasını həyata keçirdir. xx.xx.2025ci il tarixdə idarə etdiyi yük nəqliyyat vasitəsi ilə Bakıdan Naxçıvan istiqamətində yola düşmüşdür. Həmin gün İran İslam Respublikasının Biləsuvar gömrüyünə keçid etmişdir. İranda Cəfərabad adlanan yerdə nəqliyyat vasitəsi xarab olmuş və 4-5 gün İranda qalmışdır. xx.xx.2025-ci il tarixdə İranın Culfa şəhərində yerləşən maşın parkına gəlib çatmışdır. Orada idarə etdiyi yük nəqliyyat vasitəsinin qoşqusunun yan tərəfində yerləşən dəmirlərdən 2-ni kəsmiş və Bakı şəhərində yükləmiş olduğu 30 yer 500 kqdan artıq odun doğrayan maşınının ehtiyyat hissəsi yükünü Culfa bazarında adam tapıb satmışdır. Sonra bazardan 588 ədəd tomat pastası və 10 ədəd qaz piltəsi yükü alıb nəqliyyat vasitəsinə yükləyib “Culfa” gömrük postuna gəlmiş, orada sənəd işlərini həll etdikdən və nəqliyyat vasitəsini yoxlatdırdıqdan sonra oradan çıxmış və daha sonra “X2” gömrük postuna gəlmişdir. Orada gömrük əməkdaşı yük nəqliyyat vasitəsinə baxış keçirəcəyini bildirmişdir. Baxış keçirməzdən əvvəl yük nəqliyyat vasitəsində bəyan olunmalı bir şeyin olub-olmadığını ondan soruşmuşdur. Ona CMR-də göstərilən mallardan başqa bəyan edilməli bir şeyinin olmadığını bildirmişdir. Daha sonra gömrük əməkdaşı yük nəqliyyat vasitəsinə iki nəfər hal şahidinin iştirakı ilə yoxlama keçirmiş və yük nəqliyyat vasitəsinin qoşqu hissəsində dəmirləri kəsdiyini və plomb açılmadan çadırın açıldığını görmüşdür. Daha sonra CMR ilə malları eyniləşdirməyə 30 yer 500 kq-dan artıq odun doğrayan maşınının ehtiyat hissəsi yükünün nəqliyyat vasitəsində olmadığını və CMR-də yazılmayan və onun bəyan etmədiyi 588 ədəd tomat pastası və 10 ədəd qaz piltəsi yükünü aşkar edərək sənədləşdirmişdir. İranda boşaltdığı 30 yer ehtiyyat hissə odun doğrayan maşınını müxtəlif hissələri idi və təzə vəziyyətdə idilər. Hansı marka modeldə olduqlarını bilmir. Yükləri Bakı şəhərindən Sədərək bazarından 740 manat qarşılığında almışdır. Yükləri İranda bir mağazaya vermişdir. Pul danışmamışlar, ona demişdir ki, get qayıdıb gələrsən haqq hesab edərik. Yükləri Naxçıvanda müştəri tapıb satacaqdı. Yükləri İranda bazarda mağazadan təxminən 1000 manat qarşılığında almışdır. Qanunvericiliyin tələblərini pozduğunu dərk edir. Törətdiyi əməldən peşmandır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1ci, 487.4-cü və 492.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında izahat verən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında təqsirini etiraf etdiyini, qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci, 487.4-cü və 492.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi, məhkəmə istintaqı zamanı onun etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 21 fevral 2025-ci il tarixli, 152 nömrəli rəyinə əsasən, ekspertiza tədqiqatına təqdim edilmiş təzə vəziyyətdə olan, istifadəyə yararlı tədqiqat obyektlərinin hadisə baş verən tarixə, yəni 2025-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2105.20 (iki min bir yüz beş manat iyirmi qəpik) manat müəyyən edilir. Ekspertiza tədqiqatına təqdim edilməsi mümkün olmayan, markası bilinməyən, sualda qeyd olunan ehtiyyat hissələri haqqında kifayət qədər məlumat (markası, modeli, sayı, ölçüləri və s.) olmadığı üçün həmin ehtiyyat hissələri üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Beləliklə işə baxılan zamanda protokolla müəyyən edilmiş hallar iş materiallarla öz təsdiqini tapdığından Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci, 487.4-cü və 492.2-ci maddələrinin tərkibinin mövcud olması müəyyən edilmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati xətanı ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci, 487.4-cü və 492.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetdiyindən barəsində inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi daha məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 479-cu maddəsinin qeyd hissəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllənin 479-481, 482.1, 482.2 və 482-1-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 487.4-cü maddəsinə əsasən, gömrük nəzarəti altında olan malların və nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi təyinat yerinə çatdırılmamasına, yaxud itirilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin əlli faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.2-ci maddəsinə əsasən, gömrük təminatı altında olan yük yerlərinin konstruktiv bütövlüyünün qəsdən pozulmasına görə fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1ci maddəsinin sanksiyası çərçivəsində nəzərdə tutulan daha ciddi sanksiyanı nəzərdə tutan inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən hal və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati xətanın bilavasitə obyekti olmuş ümumi çəkisi 529 kq olan 588 ədəd “CHİN CHİN” markalı tomat pastası, ümumi çəkisi 54 kq olan 10 ədəd qaz ocağı müsadirə edilməlidir. İş üzrə ekspertiza xərci olan 40 (qırx) manat pul Şəxs tutularaq AZ21NABZ******************** nömrəli hesaba ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci, 487.4cü və 492.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin sanksiyası çərçivəsində barəsində törətdiyi inzibati xətanın bilavasitə obyekti olmuş ümumi çəkisi 529 kq olan 588 ədəd “CHİN CHİN” markalı tomat pastası, ümumi çəkisi 54 kq olan 10 ədəd qaz ocağı müsadirə edilsin. İş üzrə ekspertiza xərci olan 40 (qırx) manat pul Şəxs tutularaq AZ21NABZ******************** nömrəli hesaba ödənilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №3(078)-117/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-117/2025
02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver