Məhkəmə qərarları › İş №3(078)-118/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №3(078)-118/2023

15.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3(078)-118/2023 15.03.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ (şikayətin geri qaytarılması barədə) Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin 05 oktyabr 2022-ci il tarixli 001086 saylı inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati tənbeh tədbiri görülmüş X4 tərəfindən verilmiş şikayəti nəzərdən keçirərək müəyyənetdim: X4 məhkəməyə müraciət edərək Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin 05 oktyabr 2022-ci il tarixli 001086 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X2 qərardan şikayət verilməsi üçün qanunvericilklə nəzərdə tutulmuş prosessual müddəti üzürlü səbəbdən buraxılmasına dair vəsatətlə də məhkəməyə müraciət etmişdir. Məhkəmə şikayəti müzakirə edib hesab edir ki, şikayət geri qaytarılmalıdır. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin 05 oktyabr 2022-ci il tarixli 001086 nömrəli inzibati tənbeh vermə haqqında qərarla X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi və həmin qərarla onun barəsində 3000 (üç min) manat məbləğində inzibati cərimə tətbiq edilməsi müəyyən olunur. X4 ərizəsində qeyd etmişdir ki, o, sözügedən qərardan Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət vermiş, lakin Nazirliyin 25 oktyabr 2022-ci il tarixli 06 nömrəli qərarı ilə Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin 05 oktyabr 2022-ci il tarixli 001086 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra X1 Şəhər Məhkəməsinə Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin 05 oktyabr 2022-ci il tarixli 001086 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermiş, məhkəmənin 05 noyabr 2022-ci il tarixli 3(078)-128/2022 nömrəli qərardadı ilə şikayətdə nöqsanlar olduğundan geri qaytarılmış və nöqsanlar X3 diqqətinə çatdırılmışdır. Daha sonra barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş İ.İsmayılov Naxçıvan Şəhər Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 05 noyabr 2022-ci il tarixli, 3(078)-128/2022 nömrəli qərardadından apellyasiya şikayəti vermiş və Naxçıvan MR Ali Məhkəməsi Cinayət kollegiyasının 06 dekabr 2022-ci il tarixli 3(108)-14/2022 nömrəli qərardadı ilə apellyasiya şikayətinin apellyasiya icraatına qəbul edilməsindən imtina edilmişdir. Bundan sonra X4 şikayətlə və vəsatətlə məhkəməyə müraciət etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin üzrə 17 yanvar 2023-cü il tarixli, 3(078)-12/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin192.1-ci maddəsi ilə Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin 05 oktyabr 2022-ci il tarixli 001086 saylı inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati tənbeh tədbiri görülmüş X4 tərəfindən verilmiş şikayət üzrə prosessual müddətin bərpası qeyri-mümkün hesab edilərək imtina edilmişdir. Sözügedən qərardaddan X4 tərəfindən şikayət verilməmiş, qərardad qanuni qüvvəsini almışdır. Eyni zamanda Naxçıvan Şəhər Məhkəməsinin üzrə 17 yanvar 2023-cü il tarixli, 3(078)- 12/2023 nömrəli qərardadı ilə şikayət geri qaytarılmışdır. X4 şikayətin geri qaytarılması qərardadında qeyd edilən nöqsanları aradan qaldırmadan yenidən eyni əsasla məhkəməyə müraciət etmişdir. X4 təkrarən Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin 05 oktyabr 2022-ci il tarixli 001086 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermiş və şikayətə baxılması üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. Şikayətə əlavə edilən sənədlərdən aydın olur ki, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin 05 oktyabr 2022-ci il tarixli 001086 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 vaxtında səlahiyyətli orqana Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət vermiş və Nazirlik tərəfindən 25 oktyabr 2022-ci il tarixdə 06 nömrəli qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin məcəllənin 128.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir. Maddənin dispozisiyasından da göründüyü kimi barəsində qərar çıxarılmış fiziki şəxs qərardan hansı orqana müraciət edəcəyini seçmək hüququna malikdir. Barəsində qərar çıxarılmış fiziki şəxsə verilən seçmək hüququ özündə məhkəmə və ya səlahiyyətli orqanı (vəzifəli şəxsi) ehtiva edir. Maddənin dispozisiyasında göstərilən bu alternativ müraciət hüququ birbaşa barəsində qərar qəbul edilmiş fiziki şəxsin iradəsi əsasında həyata keçirilir. Şikayətin məzmunundan aydın olur ki, barəsində qərar çıxarılmış fiziki şəxs X4 qanunvericilik normasının ona verdiyi hüquqdan istifadə edərək həmin qərardan birbaşa məhkəməyə deyil, səlahiyyətli orqana şikayət vermişdir. Səlahiyyətli orqan tərəfindən 25 oktyabr 2022-ci il tarixdə şikayətə baxılmasından belə nəticə çıxarılır ki, X4 qanunvericilikdə nəzərdə tutulan şikayət verilməsi üçün 10 gün müddətini buraxmadan vaxtında səlahiyyətli orqana müraciət etmiş və həmin orqan tərəfindən şikayətə baxılmışdır. Belə olan təqdirdə məhkəmə qeyd edir ki, bir halda ki, barəsində qərar çıxarılmış fiziki şəxs seçim edərək səlahiyyətli orqana şikayət vermiş və qərara baxılmışdırsa artıq o həmin qərardan məhkəməyə müraciət etmək hüququnu itirmişdir. Barəsində qərar qəbul edilən fiziki şəxs həmin qərara baxan səlahiyyətli orqanın qərarından məhkəməyə şikayət verə bilər və bu halda buraxılmış prosessual müddətin bərpasında dair vəsatətlə müraciət edə bilərdi. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126, 130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin192.1-ci maddəsi ilə Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin 05 oktyabr 2022-ci il tarixli 001086 saylı inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati tənbeh tədbiri görülmüş X4 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar