Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-118/2025 04.03.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, barəsində X7 icraat aparılan şəxs Şəxs, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakı ilə, xx.xx.1995-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN:xxxxxxx, subay, işsiz, Naxçıvan şəhəri, X3, döngə 4, ev 10 ünvanında qeydiyyatda olan, ünvan 2an Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsidən daxil olmuş X7 protokola baxaraq, müəyyənetdi: Borclu Şəxs Naxçıvan Şəhər 1 saylı Notariat Ofisinin 8-1 4236 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi və Naxçıvan Şəhər 1 saylı Notariat Ofisinin 8-1 4257 saylı. xx.xx.2022-ci il tarixli icra sənədinə ,əsasən, icraata başlama haqqında qərarın, tələbin könüllü icrası haqqında bildirişin, icra vərəqəsinin surətinin müvafiq məktubla göndərilməsinə və dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, ödəmələr aparmamış, beləliklə məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbləri yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə Şəxs oğlunun əməli onun özünün etirafı və iş materiallarına əlavə olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. Məhkəmədə borclu Şəxs izahatında Bakıda yaşadığını, dönərçi işlədiyini, bankdan kredit götürdüyünü, 870 manat borcunun olduğunu, 50 manat ödəniş etdiyini, ailə qurduğunu, uşağa başının qarışdığını, ödəyəcəyini, səhv etdiyini, işləməli olduğunu, işləyərək borcunu ödəyə biləcəyini bildirmiş və məhkəmədən ailəli olmasını nəzərə alınmasını xahiş etmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X4 izahatında 50 manat rəsmi ödənişin etdiyini, Kapital Banka borcunun olduğunu, axtarış barədə qərar çıxarmazdan əvvəl borclu ilə əlaqə saxladığını, ikinci dəfə axtarış qərarının qəbul edildiyini, 1-ci dəfədə axtarış qərarında gələrkən ödəməsi barədə söz verdiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş MN seriyalı, ******* nömrəli, xx.xx.2025-ci il tarixli “X7” protokola, əsasən, Cəfərov X1 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli icra qeydində Şəxs tələbkar tərəfindən ödənilmiş 25 manat (iyirmi beş) manat məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 576 manat 17 qəpik (beş yüz yetmiş altı manat on yeddi qəpik) pul tutulması qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli icra qeydində Şəxs ləbkar tərəfindən ödənilmiş 25 manat (iyirmi beş) manat məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 320 manat (üç yüz iyirmi) manat pul tutulması qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir və borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir və borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixində xəbərdarlıq edilərək bildirilmişdir ki, icra sənədi könüllü icra üçün müəyyən edilmiş vaxtda icra olunmadığından qanunamüvafiq qaydada barəsində təxirəsalınmaz məcburi icra tədbirləri tətbiq olunacaqdır. xx.xx.2023-cü il tarixdə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi Şəxs barəsində borclunun axtarışı haqqında qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli Şəxs tərəfindən verilmiş iltizama, əsasən, ödənişlərini xx.xx.2023-cü il tarixədək ödəməsi barədə söz vermişdir. xx.xx.2024-cü il tarixində xəbərdarlıq edilərək bildirilmişdir ki, icra sənədi könüllü icra üçün müəyyən edilmiş vaxtda icra olunmadığından qanunamüvafiq qaydada barəsində təxirəsalınmaz məcburi icra tədbirləri tətbiq olunacaqdır. xx.xx.2025-ci il tarixdə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi Şəxs barəsində borclunun axtarışı haqqında qərar qəbul edilmişdir. xx.xx.2025-ci il tarixdə tərtib olunmuş “Axtarışda olan Şəxs Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə təhvil verilməsi barədə” Akta, əsasən, Şəxs təhvil verilmişdir. Təqdimata əlavə olunmuş Elektron portaldan alınmış məlumatda Şəxs adına yaşayış evi, torpaq sahəsi, avtomobil və fiziki şəxs qismində vergi ödəyicisi qismində qeydiyyatında durmadığı, hesablaşma və cari hesabının olmadığı müəyyən edilmişdir. Beləliklə, inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlirəm ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hal yoxdur. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dairəsini nəzərə alaraq, işin hallarına görə, onun şəxsiyyətini, öhdəliyin məhz pul öhdəliyi olduğunu və bu günə qədər onun tərəfindən icra ödənişinin düzgün və vaxtında aparılmadığını nəzərə alaraq barəsində inzibati həbs tətbiq olunması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 04 mart 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X6 həvalə olunsun. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 08 (səkkiz) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №3(078)-118/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-118/2025
04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver