Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-119/2023 14.03.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx.xx.1981-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), subay, 2 uşaq atası, fərdi işlə məşğul olan, Naxçıvan şəhəri, Babək məhəlləsi, 22/14 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin 14 mart 2023-cü il tarixli, 83571/2015 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 14 mart 2023-cü il tarixli, 012344 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işə baxılması zamanı müəyyən olunmuşdur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-488/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsi əsasında verilmiş və xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən 18 may 2015-ci il tarixdən başlayaraq 05 avqust 2007-ci il təvəllüdlü X6 və 13 yanvar 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması məqsədilə hər ay Şəxs sabit pul məbləğində hər uşaq üçün 108 manat (yüz, səkkiz) manat aliment tutularaq X2 verilməsi və Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1013/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi əsasında verilmiş və xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs ***-***-**-** nömrəsinə əsasən rabitə xidmətlərindən istifadəyə görə 499 manat 14 qəpik abunə və xidmət haqqı və iddia təmin edildiyinə görə iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu, cəmi 519 manat 14 qəpik məbləğində pul vəsaitinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. İş üzrə icraata başlamaq haqqında qərarla xx.xx.2015-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə icraatın başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin borcluya göndərilməsinə və borcluya dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış beləliklə Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə Şəxs izahatında Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-488/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədi və Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 1013/2020 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən hər ay 217 manat aliment X1 xeyrinə, 519.14 manat pul vəsaitini isə "xxxx" MMC-nin xeyrinə ödəməli olduğunu, qeyd olunan icra sənədlərinin icraata qəbul edilməsinə dair icra məmuru tərəfindən qəbul edilmiş qərarın, tələbin könüllü icrası barədə bildirişlə ona göndərildiyini, qərar və bildirişdə ona tələbin könüllü təmin edilməsinin təklif olunduğunu, tələb könüllü təmin edilmədikdə barəsində məcburi icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq edildiyini, barəsində olan icra işləri ilə əlaqədar ona dəfələrlə tələbin təmin edilməsi üçün telefon vasitəsilə və rəsmi qaydada xəbərdarlıq edildiyini, tələb təmin edilmədikdə barəsində məcburi icra tədbirlərinin həyata keçiriləcəyinin ona bildirildiyini, lakin işləmədiyi üçün alimenti və borcunu ödəyə bilmədiyini, əməlindən peşman olduğunu bildirib qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs X4 izahatında Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-488/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədi əsasında bir uşaq üçün 108 manat məbləğində alimentin Şəxs alınaraq ona ödənilməli olduğunu, hazırda onun 880 manat məbləğində aliment borcu olduğunu, uşaqlarının təhsilinə pul lazım olduğunu, Xəyalın alimenti ödəməməsi nəticəsində uşaqlarını saxlamaqda çətinlik çəkdiyini, qızının gözlərində problem olduğundan onu əməliyyat etdirdiyini, həmin xərcin də özü və atası tərəfindən çəkildiyini, Xəyalın əməliyyat üçün xərc çəkmədiyini, uşaqlarının saxlanılması üçün alimentin ödənilməsini istədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-488/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsi əsasında verilmiş xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən 18 may 2015-ci il tarixdən başlayaraq 05 avqust 2007-ci il təvəllüdlü X6 və 13 yanvar 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması məqsədilə hər ay Şəxs sabit pul məbləğində hər uşaq üçün 108 manat (yüz, səkkiz) manat aliment tutularaq X2 verilməsi və Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1013/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi əsasında verilmiş xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs ***-***-**-** nömrəsinə əsasən rabitə xidmətlərindən istifadəyə görə 499 manat 14 qəpik abunə və xidmət haqqı və iddia təmin edildiyinə görə iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu, cəmi 519 manat 14 qəpik məbləğində pul vəsaitinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2015-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-488/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra vərəqəsi üzrə və xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1013/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə xx.xx.2015-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022ci il tarixdə, xx.xx.2022-ci il tarixdə və xx.xx.2023-cü il tarixdə xəbərdarlıqlar göndərilmişdir. İş materiallarında olan borclunun məcburi gətirilməsi haqqında 23 yanvar 2023-cü il tarixli qərardan görünür ki, borclu Şəxs məcbur i qaydada Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinə gətirilməsi barədə Naxçıvan Şəhər Məhkəməsinə təqdimat verilməsi qərara alınmışdır. Naxçıvan Şəhər Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin xx.xx.2023-cü il tarixli, 02/65 nömrəli məktubundan məlum olur ki, Şəxs mərkəzin qeydiyyatında durmur, heç bir növ müavinət və təqaüd almır Naxçıvan MR Dövlət Sosial Müdafiə X12 şəxsi Naxçıvan Şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, 02/188 nömrəli məktubundan aydın olur ki, Şəxs şöbədə qeydiyyatda durmur və heç bir növ pensiya almır. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, 04/119 nömrəli məktubundan görünür ki, Şəxs mülkiyyətində heç bir daşınmaz əmlak yoxdur. Naxçıvan MR Dövlət Sosial Müdafiə X12 şəxsi Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə iş şöbəsinin xx.xx.2023-cü il tarixli, 01/66 nömrəli məktubundan görünür ki, Şəxs heç bir növ pensiya ödənilmir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla, protokola əlavə edilmiş materiallarla, zərərçəkmiş şəxsin izahatı, özünün etiraf edici izahatı ilə tam sübuta yetirildiyindən o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati həbs növündə tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığı onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxsn tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq onun barəsində inzibati həbs tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə Şəxs cərimə inzibati tənbeh növünün tətbiq olunmasını inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayət saymır. Ona görə onun barəsində inzibati həbs tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 14 mart 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X8 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva
Məhkəmə qərarları › İş №3(078)-119/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-119/2023
14.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver