Məhkəmə qərarları › İş №3(078)-119/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-119/2025

04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-119/2025 04.03.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, barəsində X9 icraat aparılan şəxs Şəxs, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakı ilə, xx.xx.1990-cı ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN:xxxxxxx, evli, 2 uşaq atası, usta, ünvan 1 ünvanında qeydiyyatda olan, Babək rayon, Badaşqan kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsidən daxil olmuş X9 protokola baxaraq, müəyyənetdi: X1 borclu Şəxs qarşı aliment tələbinə dair Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 482/2017 saylı, xx.xx.2017-ci il tarixli; Zərərçəkmiş şəxs1 borclu Şəxs qarşı borc tələbinə dair Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1020/2024 saylı, xx.xx.2024-cü il tarixli və "Azpul” Məhdud Məsuliyyətli Cəmiyyətinin borclu Şəxs qarşı borc tələbinə dair Bakı şəhəri 54 saylı notariat kontorunun 8İ-28939 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlama haqqında qərarın, tələbin könüllü icrası haqqında bildirişin, icra vərəqəsinin surətinin müvafiq məktubla göndərilməsinə və dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, ödəmələr aparmamış, beləliklə məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbləri yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə Şəxs oğlunun əməli onun özünün etirafı və iş materiallarına əlavə olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. Məhkəmədə Şəxs izahatında usta işlədiyini, öz evinin olduğunu, ev ustası olduğunu, 2 il vergi ödədiyini, indi vergi ödəmədiyini, bir dəfə məhkəməsinin olduğunu, ona möhlət verildiyini, daha sonra ödədiyini, qış vaxtı işinin ağır olduğunu, heç olmadığını, tələbkarın indi alimentin hamısını ödənməsini istədiyini, 200 manat aliment verdiyini, 100 manatdan borcunu verdiyini, İstanbulda yaşadığını, 8 il orada olduğunu, Türkiyədə olduğu müddətdə borcunun yığışdığını, evinin özünə aid olduğunu, yenidən evləndiyini, 9 yaşında 1 oğlu olduğunu, yeni iş götürdüyünü, 100 manatın Şahmar müəllimin kartına, 200 manatında Nicat müəllimin kartına atdığını, möhlət verilməsini, sezonun yeni açıldığını ödəyəcəyini, işsiz adam olmadığını, işlərinin başladığını qeyd etmiş və məhkəmədən möhlət verilməsini xahiş etmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3 izahatında borclunun 5100 manat mart ayına qədər aliment borcunun olduğunu, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1020/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 258.72 manat borc tələbini və Bakı Şəhəri 54 saylı Notariat Kontorunun 8İ-28939 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə135 manat borc olduğunu bildirmişdir. İş materiallarına əlavə olunmuş MN seriyalı, ******* nömrəli, xx.xx.2025-ci il tarixli “X9” protokola, əsasən, Məmmədov X5 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli icra qeydinədə Şəxs 38 manat 20 qəpik (otuz səkkiz manat iyirmi qəpik) məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat (iyirmi beş) manat dövlət rüsumu (haqq) və poçt vasitəsi ilə vətəndaşa göndərilən bildirişə görə 5 (beş) manat olmaqla cəmi 135 (yüz otuz beş) manat pul tutulması qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir və borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2017-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2017-ci il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir və borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş X4 xx.xx.2025-ci il tarixli ərizəsində “himayəsində azyaşlı olan tək ana kimi sizdən xahiş edirəm Şəxs alimentin tutulması barədə köməklik göstərəsiz. Düşünürəm ki, Ədliyyə sistemi güclü strukturdur və aliment borcunun 10000 (on min) manat yığılması Ədliyyə Nazirliyinin işçisi üçün yol verilməzdir.” qeyd etmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixində xəbərdarlıq edilərək bildirilmişdir ki, icra sənədi könüllü icra üçün müəyyən edilmiş vaxtda icra olunmadığından qanunamüvafiq qaydada barəsində təxirəsalınmaz məcburi icra tədbirləri tətbiq olunacaqdır. İş materiallarına əlavə olunmuş X4 xx.xx.2025-ci il tarixli ərizəsində Şəxs 5100 manat aliment borcunun olduğunu və borcunu ödəyənədək məcburi icra tədbirlərinin ən sərt formada görülməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir və borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilmişdir. Beləliklə, inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlirəm ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hal yoxdur. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dairəsini nəzərə alaraq, işin hallarına görə, onun şəxsiyyətini, öhdəliyin məhz pul öhdəliyi olduğunu və bu günə qədər onun tərəfindən icra ödənişinin düzgün və vaxtında aparılmadığını nəzərə alaraq barəsində inzibati həbs tətbiq olunması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 06 mart 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X8 həvalə olunsun. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar