Məhkəmə qərarları › İş №3(078)-12/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-12/2022

15.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-12/2022 15.02.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Babək rayonu, Qaraxanbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), orta təhsilli, subay, iki uşaq atası, fərdi işlə məşğul olan, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində qeydiyyatda olan və yaşayan Şəxs oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq müəyyən etdi : Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin 15 fevral 2022-ci il tarixli, 65598/2019-58-10 nömrəli məktubu ilə Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 15 fevral 2022-ci il tarixli, 010815 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işə baxılması zamanı müəyyən olunmuşdur ki, Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-3975/2018 nömrəli, 30.11.2018-ci il tarixli qətnaməsi əsasında verilmiş 03.12.2018-ci il icra vərəqəsinə əsasən cavabdeh Şəxs oğlundan tərəflərin birgə nikahından doğulmuş 29.04.2010-cu il təvəllüdlü X3 və 13.12.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün, məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 18.07.2018-ci il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay, hər uşağa görə 154 (yüz əlli dörd) manat, cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində aliment Əliyeva (Nağıyeva) Aksanə Hüseyn qızının xeyrinə tutulması qət olunmuşdur. İş üzrə icraata başlamaq haqqında 03.01.2019-cu il tarixdə icraatın başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin müvafiq məktubla göndərilməsinə və 03 yanvar 2019-cu il tarixli 03 nömrəli, 04.08.2021-ci il tarixli, 16 dekabr 2021-ci il tarixli və 23 dekabr 2021-ci il tarixli rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış beləliklə Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbləri yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə iclasında izahat verən Şəxs izahatında Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3975/ 2018 nömrəli, 30.11.2018-ci il tarixli qətnaməsi əsasında 30.11.2018-ci il tarixdə verilmiş icra sənədinə əsasən 18.07.2018-ci il tarixdən hesablanmaqla 2 uşaq üçün, cəmi 308 manat məbləğində aliment pulu tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödəməli olduğunu, icra sənədinin icraata qəbul edilməsinə dair icra məmuru tərəfindən qəbul edilmiş qərarın və tələbin könüllü icrası barədə bildirişin göndərildiyini, qərar və bildirişdə ona tələbin könüllü təmin edilməsinin təklif olunduğunu, tələbin könüllü təmin edilmədikdə barəsində məcburi icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq edildiyini, lakin tələbi tam təmin edə bilmədiyini, 2022-ci ilin fevral ayı daxil olmaqla tələbkar Zərərçəkmiş şəxs 2412 manat aliment ödənilməmiş qaldığını, ona dəfələrlə icra sənədi üzrə tələbin tam təmin edilməsi barədə xəbərdarlıq edildiyini, tələb təmin edilmədikdə barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndəriləcəyini bildirdiklərini, əməlindən peşman olduğunu bildirib qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-3975/2018 nömrəli, 30.11.2018-ci il tarixli qətnaməsi ilə Şəxs oğlundan 29.04.2010-cu il təvəllüdlü X3 və 13.12.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 154 (yüz əlli dörd) manat olmaqla cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində aliment təyin edildiyini, Əyyubun aliment borcunu ilk vaxtdan icra etmədiyini, 2021-ci ilin iyun ayına qədər yığılmış aliment borcunun əvəzində özlərinin birgə nikah dövründə aldıqları torpağı Əyyubun ona verdiyini, özünün də bunun qarşılığında 2021-ci ilin iyun ayına qədər yığılmış aliment borcundan imtina etdiyini, iyun ayından başlayaraq hər ay aliment məbləğini vaxtlı-vaxtında ödəmək barədə razılaşdıqlarını, lakin Əyyubun iyun ayından sonra yenə də alimenti ödəməkdən yayındığını, hazırda özünün 285 manat əmək haqqı aldığını, bu aldığı əmək haqqı ilə Bakı şəhərində iki uşağın ehtiyaclarını qarşılaya bilmədiyini, valideyn olaraq Əyyubun da uşaqlarının saxlanmasında iştirak etməli olduğunu, aliment məbləğini onun ödəməsini istədiyini bildirib qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş 03 dekabr 2018-ci il tarixdə verilmiş icra vərəqəsinin surətindən məlum olur ki, Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-3975/2018 nömrəli, 30 noyabr 2018-ci il tarixli qətnaməsi əsasında verilmiş 03 dekabr 2018-ci il tarixli icra vərəqəsinə əsasən tərəflərin birgə nikahından doğulmuş 29.04.2010-cu il təvəllüdlü X3 və 13.12.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün məhkəməyə müraciət edildiyi vaxtdan yəni 18.07.2018-ci il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay hər uşağa görə 154 (bir yüz əlli dörd) manat, cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində alimentin Əliyeva (Nağıyeva) Aksanə Hüseyn qızının xeyrinə tutulması, cavabdeh Şəxs 10 (on) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 03 yanvar 2019-cu il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. İş mtareiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tələbin könüllü icrası haqqında bildiriş və xəbərdarlıq verilmişdir. Naxçıvan Şəhər Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 06 avqust 2021-ci il tarixli, 02/307 nömrəli məktubundan məlum olur ki, Şəxs heç bir növ müavinət və təqaüd almır. Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu Naxçıvan Şəhər Şöbəsinin 11 avqust 2021-ci il tarixli, 02/878 nömrəli məktubundan aydın olur ki, Şəxs həmin şöbədə qeydiyyatda durmur və heç bir növ pensiya almır. Naxçıvan MR Dövlət Sosial Müdafiə X6 Şəxsi Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Şöbəsinin 16 avqust 2021-ci il tarixli 01/210 nömrəli məktubundan aydın olur ki, hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş şöbəsində qeydiyyatda durmur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, zərərçəkmiş şəxsin izahatını dinləyib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla, protokola əlavə edilmiş materiallarla, özünün etiraf edici izahatı və zərərçəkmiş şəxsin izahatı ilə tam sübuta yetirildiyindən o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati həbs növündə tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığı onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini,inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq onun barəsində inzibati həbs tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə Şəxs cərimə inzibati tənbeh növünün tətbiq olunmasını inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayət saymır. Ona görə onun barəsində inzibati həbs tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq qərara aldı : Şəxsn Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 15 fevral 2022-ci il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X2 həvalə olunsun. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar