Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3(078)-12/2023 17.01.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ (İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətin geri qaytarılması haqqında) Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 05 oktyabr 2022-ci il tarixli 001086 saylı inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati tənbeh tədbiri görülmüş X4 tərəfindən verilmiş şikayətin icraata qəbul edilməsi məsələsinə baxaraq m ü ə y y ə n e t d i m: X4 məhkəməyə müraciət edərək Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 05 oktyabr 2022-ci il tarixli 001086 saylı və Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 25 oktyabr 06 nömrəli qərarının ləğv edilməsi icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət və ona əlavə edilən sənədləri araşdırıb şikayətin geri qaytarılması nəticəsinə gəlirəm. Belə ki, şikayətə əlavə edilən Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 05 oktyabr 2022-ci il tarixli 001086 nömrəli inzibati tənbeh vermə haqqında qərarından aydın olur ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi və həmin qərarla onun barəsində 3000 (üç min) manat məbləğində inzibati cərimə tətbiq edilməsi müəyyən olunur. Şikayətə əlavə edilməsi qoşmada göstərilməsinə baxmayaraq şikayətə əlavə edilməyən, lakin şikayətin məzmununda qeyd edilənlərdən aydın olur ki, X1 qərardan Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət vermiş, lakin Nazirliyin 25 oktyabr 2022-ci il tarixli 06 nömrəli qərarı ilə Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 05 oktyabr 2022-ci il tarixli 001086 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra X2 Şəhər Məhkəməsinə Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 05 oktyabr 2022-ci il tarixli 001086 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermiş, məhkəmənin 05 noyabr 2022-ci il tarixli 3(078)-128/2022 nömrəli qərardadı ilə şikayət nöqsan olduğundan geri qaytarılmış və nöqsanlar X3 diqqətinə çatdırılmışdır. Daha sonra barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş İ.İsmayılov Naxçıvan Şəhər Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 05 noyabr 2022-ci il tarixli, 3(078)-128/2022 nömrəli qərardadından apellyasiya şikayəti vermiş və Naxçıvan MR Ali Məhkəməsi Cinayət kollegiyasının 06 dekabr 2022-ci il tarixli 3(108)-14/2022 nömrəli qərardadı ilə apellyasiya şikayətinin apellyasiya icraatına qəbul edilməsindən imtina edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli 3(078)-128/2022 nömrəli qərardadından görünür ki, şikayətin geri qaytarılması əsası şikayətə Naxçıvan Şəhər Məhkəməsinə Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 05 oktyabr 2022-ci il tarixli 001086 nömrəli inzibati tənbeh vermə haqqında qərarının əlavə edilməməsi, şikayətin məzmunundan sözügedən qərarın səlahiyyətli orqan tərəfindən baxılmasının məlum olması, normanın tələbindən göründüyü kimi həmin qərardan təkrarən məhkəməyə şikayət verilməsinin yolverilməz olması, yuxarı səlahiyyətli orqanın qərarının mübahisələndirmək imkanı, şikayət vermiş şəxsin faktiki yaşadığı və qeydiyyatda olduğu ünvanı göstərməməsi olmuşdur. X4 təkrarən Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 05 oktyabr 2022-ci il tarixli 001086 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermiş, şikayətində məhkəmənin 05 noyabr 2022-ci il tarixli qərardadında qeyd etdiyi sadəcə bir nöqsanı aradan qaldırıb Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 05 oktyabr 2022-ci il tarixli 001086 nömrəli inzibati tənbeh vermə haqqında qərarını əlavə etmişdir. Qalan nöqsanları aradan qaldırmamış, səlahiyyətli orqan Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 25 oktyabr 2022-ci il tarixli 06 nömrəli qərarından şikayət verməli olduğu halda Nazirlik yanında X7 Xidmətinin 05 oktyabr 2022-ci il tarixli 001086 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermiş, şikayətin sonunda hər iki qərarın ləğv edilməsini icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin məcəllənin 128.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir. Maddənin dispozisiyasından da göründüyü kimi barəsində qərar çıxarılmış fiziki şəxs qərardan hansı orqana müraciət edəcəyini seçmək hüququna malikdir. Barəsində qərar çıxarılmış fiziki şəxsə verilən seçmək hüququ özündə məhkəmə və ya səlahiyyətli orqanı (vəzifəli şəxsi) ehtiva edir. Maddənin dispozisiyasında göstərilən bu alternativ müraciət hüququ birbaşa barəsində qərar qəbul edilmiş fiziki şəxsin iradəsi əsasında həyata keçirilir. Şikayətin məzmunundan aydın olur ki, barəsində qərar çıxarılmış fiziki şəxs X4 qanunvericilik normasının ona verdiyi hüquqdan istifadə edərək həmin qərardan birbaşa məhkəməyə deyil, səlahiyyətli orqana şikayət vermişdir. Belə olan təqdirdə məhkəmə qeyd edir ki, bir halda ki, barəsində qərar çıxarılmış fiziki şəxs seçim edərək səlahiyyətli orqana şikayət vermiş və qərara baxılmışdırsa həmin qərardan məhkəməyə müraciət etmək hüququnu itirmişdir. Barəsində qərar qəbul edilən fiziki şəxs həmin qərara baxan səlahiyyətli orqanın qərarından məhkəməyə şikayət verə bilər və bu halda buraxılmış prosessual müddətin bərpasında dair vəsatətlə müraciət edə bilər. Həmçinin şikayətə Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 25 oktyabr 2022-ci il tarixli 06 nömrəli qərarı qoşma olaraq qeyd edilsə də faktiki olaraq şikayətə əlavə edilməmişdir. Eyni zamanda qərardan şikayət vermiş şəxs yaşayış və qeydiyyat ünvanını şikayətə qeyd etməmişdir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-132-ci maddələrini rəhbər tutaraq qəraraaldım: X3 Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 05 oktyabr 2022-ci il tarixli 001086 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №3(078)-12/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №3(078)-12/2023
17.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver