Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-12/2025 09.01.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırov Nigar Ənvər qızının katibliyi, Şikayət vermiş şəxs X4 və qərar qəbul etmiş orqan Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X3 iştirakları ilə, X2 Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin 11 dekabr 2024-cü il tarixli ******* nömrəli X7 haqqında qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin 11 dekabr 2024-cü il tarixli ******* nömrəli X7 haqqında qərarı ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 195.2-ci maddəsi ilə təqsirli bilinib 1600 (bir min altı yüz) manat miqdarında inzibati qaydada cərimə tənbeh tədbiri tətbiq edilmişdir. X4 həmin qərardan şikayət verib, onun barəsində 11 dekabr 2024-cü il tarixli ******* nömrəli X7 haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət vermiş şəxs X4 şikayətini onunla əsaslandırmışdır ki, o, , Naxçıvan MR X1 Birliyinin (TMİB) 06 sentyabr 2024-cü il 12 nömrəli Əmri ilə xx.xx.2024-cü il tarixdən "Naxçıvan Muxtar Respublikası Hemodializ Mərkəzi" publik hüquqi şəxsdə Dializ şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. Həmin qərara əsasən, "Naxçıvan Muxtar Respublikası Hemodializ Mərkəzi" publik hüquqi şəxsinin direktoru vəzifəsinin icrası xx.xx.2024-cü il tarixdən müvəqqəti olaraq ona həvalə edilmişdir. 11 dekabr 2024-cü il tarixdə Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 xidmətinin ******* nömrəli X7 haqqında Qərarı ilə o qanunsuz və əsassız olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 195.2-ci maddəsi ilə təqsirli bilinərək 1600 (birmin altı yüz) manat məbləğində cərimə olunmuşdur. Həmin qərara əsasən, " Naxçıvan Muxtar Respublikası Hemodializ Mərkəzi "PHŞ-nin işçilərinin məzuniyyət hüquqlarının pozulduğu, əlavə məzuniyyətlərinin qanunvericiliyə uyğun verilmədiyi əsas göstərilərək əsassız olaraq cərimə yazılmışdır. Onu da qeyd edir ki, sözügedən X7 haqqında Qərar mənə rəsmi qaydada 14 dekabr 2024-cü il tarixdə verilmişdir. "Naxçıvan Muxtar Respublikası Hemodializ Mərkəzi" PHŞ01 yanvar 2024-cü il tarixində yaradılmışdır və təsdiq olunmuş strukturunda müəssisədə kadrlar üzrə mütəxəssis ştat vahidi mövcud deyildi. İnsan resurslarına aid bütün işlər könüllü olaraq mühasib və bir neçə diğər işçilər tərəfindən icra edilirdi. ƏMAS altsistemində daxil olan məlumatlarda əməkdaşların əlavə məzuniyyət haqları göstərilməsə də, əmrlər yoxlanıldıqda, əməkdaşların məzuniyyət hüququ pozulmadığını və məzuniyyət doğru hesablandığını göstərmişlər. Məhkəmə iclası zamanı izahat verən X4 bildirmişdir ki, uzun illər fəaliyyət göstərən müəssisələrlə onun rəhbərlik etdiyi müəssisə eyni cür araşdırılmış və cərimə verilmişdir. Onun rəhbərlik etdiyi müəssisə yeni yaranmışdır, kard işləri üzrə mütəxəssis ştatı yoxdur. O və mühasib bütün kadr işlərini həyata keçirir. Konstitusiya Məhkəməsinin qərar vardır. İşçi bir neçə əlavə məzuniyyətdən birini seçə bilər. Bütün sənədləşmə düzgündür. Onun rəhbərlik etdiyi Mərkəzin Azərbaycanda anoloqu yoxdur. Mərkəzin bütün təminatı dövlət tərəfindən qarşılanır. Ona qarşı ədalətsiz qərar qəbul edilmişdir. Qərarın ləğv edilməsini xahiş edir. Qərar qəbul etmiş orqan Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X6 şikayəti qəbul etməyib bildirmişdir ki, xx.xx.2024cü il tarixdə müəssisədə yoxlama aparılmış və nöqsanlar aşkar edilmişdir. Bunun əsasında Əmək məcəlləsinin 192-ci maddəsi əsasında protokol tərtib edilib. Əmək məcəlləsinin 136cı maddəsinə əsasən işçinin əmək şəraitini, əmək funksiyasının xüsusiyyətlərinin və əmək stajına görə əlavə məzuniyyətlərin müddətlərinin və verilmə qaydasını nəzərə alaraq əlavə və əsas cəzanın cəmlənməli olduğunu qeyd edib. Bunun əsasında vəzifəli şəxs kimi X4 barəsində inzibati tənbeh tədbiri tətbiq edilib. Hesab edir ki, protokol və onun əsasında verilmiş qərar əsaslıdır. İş materiallarında olan Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin 11 dekabr 2024-cü il tarixli ******* nömrəli X7 haqqında qərarından aydın olur ki, X4 Azərbaycan Respublikası İXM-in 192.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən 1600 (bir min altı yüz) manat miqdarında cərimə edilmişdir. Azərbaycan Respublikası ƏM-in 116.1-ci maddəsinə əsasən “Əmək stajından asılı olaraq işçilərə:beş ildən on ilədək əmək stajı olduqda — 2 təqvim günü;on ildən on beş ilədək əmək stajı olduqda — 4 təqvim günü;on beş ildən çox əmək stajı olduqda — 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir. Azərbaycan Respublikası ƏM-in 115.2-ci maddəsinə əsasən “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin siyahısı əlavə məzuniyyətlərin müddəti göstərilməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.” Azərbaycan Respublikası ƏM-in 136 -ci maddəsinə əsasən “Məcəllənin 114-cü maddəsində nəzərdə tutulmuş əsas məzuniyyət, yalnız 115 və 116-cı maddələri ilə müəyyən edilmiş əlavə məzuniyyətlərlə cəmlənərək birlikdə verilməlidir. İşçinin eyni vaxtda bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş iki və daha çox əlavə məzuniyyətə hüququ olduqda onun əsas məzuniyyətinə daha çox müddətli bir əlavə məzuniyyət birləşdirilir.” Azərbaycan Respublikası İXM-in 192.5-ci maddəsinə əsasən “İşçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-in 130-cu maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada verildiyi vaxtdan 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən X4 barəsində tərtib edilmiş 11 dekabr 2024-cü il tarixli ******* nömrəli X7 haqqında qərar qəbul edilərkən yoxlama aparılmış, akt tərtib edilmiş və aşkar edilmişı nöqsanlar əsasında cərimə qərarı qəbul edilmişdir. Qərarın ləğv edilməsi üçün heç bir hüquqi əsas müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X2 Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin 11 dekabr 2024-cü il tarixli ******* nömrəli X7 haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan MR Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №3(078)-12/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-12/2025
09.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver