Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-120/2023 16.03.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1962-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, evli, 2 uşaq atası, orta təhsilli, işsiz, deməsinə görə əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Naxçıvan şəhəri 20A məhəlləsi döngə 5, ev 7A ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Azərbaycan Respublikası Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: 14 mart 2023-cü il tarixdə saat 00:20 radələrində Məmmədov X6 şəhəri Çənlibel məhəlləsində X5 məxsus olan Ford Focus markalı ** BC *** dövlət qeydiyyat nişanlı minik avtomobilini dediyinə görə tormoz sisteminin nasazlığı ucbatından idarəetməni itirərək binanın arxasında yerləşən bağçaya yolun kənarında olan bordyollara çırparaq hadisədən sonra avtomobilin qapılarını kilidləyərək hadisə yerindən uzaqlaşmış, xx.xx.2023-cü il tarixdə Şəxs Naxçıvan Şəhər Polis İdarəsinə dəvət olunmuş və YPX-nin əməkdaşları ilə birlikdə aidiyyatı qurumlara alkoqol, narkoloji və psixoloji müayinələrdən keçmək məqsədilə göndərilmiş, alkoqol müayinəsinin nəticəsi 0.00 promil olsa da, sidik nümunələrindən verdiyi analizdə psixotrop maddə aşkarlanmışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi izahatında xx.xx.2023-cü il tarixdə gecə saatlarında keçmiş həyat yoldaşı X2 ona verdiyi etibarnamə əsasında idarə etdiyi maşını Çənlibel məhəlləsində səkiyə vurmuş, sonra kirayə qaldığı evə gedərək spirtli içki qəbul etmişdir. Onun barəsində Babək Rayon Polis Şöbəsində cinayət işi vardır, təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Hər gün Naxçıvan Şəhər Polis Şöbəsinə gedib imza edir. Səhəri gün polis şöbəsinə getmişdir və orada maşını vurduğunu və onu götürmək lazım olduğunu bildirmi, ona maşının şöbədə olduğunu demişlər. İdarədən onu müxtəlif alanizlər vermək üçün göndərmişlər. Lakin qanında spirt çıxmamışdır. Daha sonra onu Psixiatrik dispanserə göndərmişlər. Analiz zamanı sidikdə psixotrop maddə çıxmışdır. Lakin orda da həkimə spirtli içki içdiyini, lakin narkotik istifadə etmədiyini bildirmiş, lakin ona inanmamışlar. N atiq Məmmədov heç bir psixotrop maddə istifadə etmədiyini bildirmiş və bütün nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi, məhkəmə araşdırması zamanı özünün etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. Şəxs törətdiyi inzibati xəta əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən maddi sübutlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi, inzibati xəta haqqında protokol, həmin Məcəllə ilə müəyyən edilmiş digər protokollar sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin maddənin tələbinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməlidir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2023-cü il tarixli 478 nömrəli aktdan aydın olur ki, Şəxs sərxoşluq 0.00 % promildir. İş üzrə Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X1 tərəfindən xx.xx.2023cü il tarixdə verilmiş 52 nömrəli rəyə əsasən Şəxs alkoqolizmdən, narkomaniyadan əziyyət çəkmir. Lakin psixi və fiziki asılılıq olmadan narkotik maddə qəbulu istisna olunmur. Hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. O, xx.xx.2023-cü il tarixdə Dispanserdə narkotestdən keçirilmiş və MDMA (metildioksimmetamfetamin) qəbulu aşkar edilmişdir. Z.Əliyeva adına Naxçıvan şəhər X4 Şəxsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 156 nömrəli arayışa əsasən Şəxs həmin tarixdə tibbi yoxlamadan keçirilmiş və o, sağlamdır. İş üzrə Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi PHŞ Naxçıvan şəhər Məşğulluq Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 143 nömrəli arayışa əsasən Məmmədov X3 işsiz və işaxtaran kimi qeydiyyatda deyil və işsizlikdən sığorta ödənişi almayıb. İş üzrə Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Naxçıvan şəhər ƏSMM tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 03/524 nömrəli arayışa əsasən Şəxs İdarədə qeydiyyatda durmur və ona heç bir növ sosial müavinət və təqaüd ödənilmir. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş 074476 nömrəli vəsiqənin surətindən görünür ki, Şəxs ÇAES üzrə İİ qrup əlil kimi qeydiyyatdadır. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs xx.xx.2023-cü il tarixdə saat 14:15-də inzibati qaydada tutulmuşdur. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Məhkəmə Şəxs izahatında hər hansı narkotik vasitə və psixotrop maddə qəbul etməməsi ilə bağlı bildirdiyi halları özünümüdafiə xarakteri daşıyan izahat kimi qiymətləndirir. Bu halda məhkəmə ekspert rəyinin sübut növü kimi qiymətləndirilməsi nəticəsinə gəlir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal yoxdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, inzibati qaydada cərimə edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyətini nəzərə almaqla, bu tədbirin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətdə inzibati həbs tətbiq edilir. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən o da aydın olur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsində qeyd edilən barəsində həbs inzibati tənbeh tədbiri tətbiq edilə bilməyən şəxslər dairəsinə daxildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinin tələbinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İnzibati xəta haqqında protokola əlavə edilən sənədlərlə müəyyən edilmişdir ki, Şəxs 16 mart 2023-cü il tarixdə saat 14:15-dən saat 14:25-dən tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında cərimə olunmalıdır. Şərh olunanlara əsaslanaraq Azərbaycan Respublikası Konstitusiyasının 129, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 43.1, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №3(078)-120/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-120/2023
16.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver