Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-120/2024 04.03.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X7 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokol tərtib edən şəxs X10 iştirakları ilə, xx.xx.1994-cü ildə Babək rayon, Qaraxanbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), evli, 2 uşaq atası, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1 və 528.1-1-ci maddələri ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin 04 mart 2024-cü il tarixli, 110 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 və 528.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair 04 mart 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işə baxılması zamanı müəyyən olunmuşdur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-86/2023 nömrəli, 24 may 2023-cü il tarixli qətnaməsi ilə Şəxs, X2 və X11 ümumilikdə 19155 (on doqquz min yüz əlli beş) manat pulun alınıb iddiaçı X3 verilməsi, iddiaçı X4 tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 03 noyabr 2022-ci il tarixdə 18391 nömrəli qəbzlə ödənilmiş 150 (yüz əlli) manat dövlət rüsumunun cavabdehlər Şəxs, X2 və X11 alınaraq iddiaçıya qaytarılması qət edilmişdir. İş üzrə icraata başlamaq haqqında qərarla 25 iyul 2023-cü il tarixdə icraatın başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin borcluya göndərilməsinə və borcluya dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış beləliklə Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1352/2023 nömrəli, 13 noyabr 2023-cü il tarixli qətnaməsi ilə 14 sentyabr 2023-cü il tarixdən hesablanmaqla, 04 oktyabr 2020-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay 200 (iki yüz) manat miqdarında sabit pul məbləğində alimentin tutularaq, uşağın anası X14 ödənilməsi qət edilmişdir. İş üzrə icraata başlamaq haqqında qərarla 15 noyabr 2023-cü il tarixdə icraatın başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin borcluya göndərilməsinə və borcluya dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış beləliklə Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-982/2023 nömrəli, 21 iyul 2023-cü il tarixli qətnaməsi ilə cavabdeh Şəxs xx.xx.2021-ci il tarixli GTZK4482567A500 saylı kredit müqaviləsinə əsasən 1042.3 (bir min qırx iki manat otuz qəpik) manat əsas, 189.26 (bir yüz səksən doqquz manat iyirmi altı qəpik) manat faiz borcu olmaqla cəmi 1231.56 (bir min iki yüz otuz bir manat əlli altı qəpik) manat məbləğində kredit borcunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması və "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə X16 və ya AsanPay vasitəsilə ********** nömrəli qəbzlə ödənilmiş 32.32 (otuz iki manat otuz iki qəpik) manat dövlət rüsumunun cavabdeh Şəxs alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. İş üzrə icraata başlamaq haqqında qərarla 29 avqust 2023-cü il tarixdə icraatın başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin borcluya göndərilməsinə və borcluya dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış beləliklə Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-631/2023 nömrəli, 01 iyun 2023-cü il tarixli qətnaməsi ilə 2650 (iki min altı yüz əlli) manat məbləğində pulun cavabdeh Şəxs tutularaq iddiaçı X6 ödənilməsi və 47 (qırx yeddi) manat məbləğində dövlət rüsumunun cavabdeh Şəxs tutularaq iddiaçı X6 verilməsi qət edilmişdir. İş üzrə icraata başlamaq haqqında qərarla 15 avqust 2023-cü il tarixdə icraatın başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin borcluya göndərilməsinə və borcluya dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış beləliklə Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Naxçıvan şəhər 3 saylı notariat ofisinin 8İ-2675 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydində Naxçıvan şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu X17 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən "xxxx" ASCnin xeyrinə Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində qeydiyyatda olan Şəxs CL- EE000605678 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 5024 manat 24 qəpik (beş min iyirmi dörd manat iyirmi dörd qəpik) manatın tutulmasını, bundan əlavə 0 manat 01 qəpik (sıfır manat bir qəpik) məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 5049 manat 25 qəpik (beş min qırx doqquz manat iyirmi beş qəpik) pulun tutulmasını qeyd etməsi aydın olur. İş üzrə icraata başlamaq haqqında qərarla 23 avqust 2023-cü il tarixdə icraatın başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin borcluya göndərilməsinə və borcluya dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış beləliklə Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Naxçıvan şəhər 2 saylı notariat ofisinin 8İ-1467 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydində Naxçıvan şəhəri 2 saylı notariat ofisinin xüsusi notariusu X9 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən "xxxx" ASC-nin xeyrinə Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində qeydiyyatda olan Şəxs BPM**********81 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 355 manat 67 qəpik (üç yüz əlli beş manat altmış yeddi qəpik) tutulmasını, bundan əlavə borcludan tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 380 manat 67 qəpik (üç yüz səksən manat altmış yeddi qəpik) pulun tutulmasını qeyd etməsi aydın olur. İş üzrə icraata başlamaq haqqında qərarla 15 may 2023-cü il tarixdə icraatın başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin borcluya göndərilməsinə və borcluya dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış beləliklə Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 və 528.1-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1352/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər ay 200 manat aliment pulunu X12 xeyrinə, 2(078)-631/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 2697 manat pulu tələbkar X5 xeyrinə, 2(078)-982/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 1263.88 manat pulu tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə, 2(078)-86/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 19305 manat pulu tələbkar X1 xeyrinə, Naxçıvan şəhəri 3 saylı Notariat Kontorunun 8İ-2675 saylı, xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən 5049.25 manat pulu tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə və 8İ-1467 saylı icra qeydinə əsasən 380.67 manat pulu tələbkar Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödəməli olduğunu, icra sənədlərinin Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icraatına daxil olmasına dair qərar və bildirişin ona təqdim olunduğunu, ona icra sənədləri üzrə tələbin könüllü təmin edilməsinin təklif olunduğunu, tələb könüllü təmin edilmədikdə barəsində məcburi icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq edildiyini, lakin bu günədək cəmi 500 manat X3 və 380 manat X5 ödədiyini, barəsində olan digər icra sənədləri üzrə heç bir ödəniş etmədiyini, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-86/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə göndərildiyini, Naxçıvan Şəhər Məhkəməsinin qərarı ilə 09 gün müddətinə inzibati qaydada həbs edildiyini, icra sənədlərinin icrası ilə bağlı çağırışa gəlmədiyindən barəsində məcburi gətirilmə haqqında qərar qəbul edildiyini, polis əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə saxlanılaraq Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə gətirildiyini, ona təkrarən hüquq və vəzifələrinin izah olunduğunu, iş materialları ilə tanış edildiyini və icra sənədləri üzrə tələbin təmin edilməsinin təklif olunduğunu, təkrarən ailə həyatı qurduğunu, himayəsində bir az yaşlı uşağı olduğunu, həyat yoldaşının xəstə olduğunu, xx.xx.2024-cü il tarixdən “QİRİN” kafedə gün 30 manatdan olmaqla nəzarətçi işlədiyini, borclarını və aliment pulunu ödəyə bilmədiyini, tezliklə aliment borcunu bağlayacağını, digər borclarını isə aybaay hissə-hissə ödəyəcəyini, əməlindən peşman olduğunu bildirib qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-86/2023 nömrəli, 24 may 2023-cü il tarixli qətnaməsi əsasında verilmiş xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs, X2 və X11 ümumilikdə 19155 (on doqquz min yüz əlli beş) manat pulun alınıb iddiaçı X3 verilməsi, iddiaçı X4 tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 03 noyabr 2022-ci il tarixdə 18391 nömrəli qəbzlə ödənilmiş 150 (yüz əlli) manat dövlət rüsumunun cavabdehlər Şəxs, X2 və X11 alınaraq iddiaçıya qaytarılması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 25 iyul 2023-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-86/2023 nömrəli, 24 iyul 2023-cü il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə xx.xx.2023-cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş, xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə xəbərdarlıqlar göndərilmişdir. İş materiallarına əlavə olunmuş 13 noyabr 2023-cü il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1352/2023 nömrəli, 13 noyabr 2023-cü il tarixli qətnaməsi əsasında verilmiş 13 noyabr 2023-cü il tarixli icra sənədinə əsasən 14 sentyabr 2023-cü il tarixdən hesablanmaqla, 04 oktyabr 2020-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay 200 (iki yüz) manat miqdarında sabit pul məbləğində alimentin tutularaq, uşağın anası X14 ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 15 noyabr 2023-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1352/2023 nömrəli, 13 noyabr 2023-cü il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə xx.xx.2023-cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş, xx.xx.2023-cü il tarixdə xəbərdarlıq göndərilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-982/2023 nömrəli, 21 iyul 2023-cü il tarixli qətnaməsi əsasında verilmiş 28 avqust 2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs xx.xx.2021-ci il tarixli GTZK4482567A500 saylı kredit müqaviləsinə əsasən 1042.3 (bir min qırx iki manat otuz qəpik) manat əsas, 189.26 (bir yüz səksən doqquz manat iyirmi altı qəpik) manat faiz borcu olmaqla cəmi 1231.56 (bir min iki yüz otuz bir manat əlli altı qəpik) manat məbləğində kredit borcunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması və "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə X16 və ya AsanPay vasitəsilə ********** nömrəli qəbzlə ödənilmiş 32.32 (otuz iki manat otuz iki qəpik) manat dövlət rüsumunun cavabdeh Şəxs alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 29 avqust 2023-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-982/2023 nömrəli, 21 iyul 2023-cü il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə xx.xx.2023-cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-631/2023 nömrəli, 01 iyun 2023-cü il tarixli qətnaməsi əsasında verilmiş 14 avqust 2024-cü il tarixli icra sənədinə əsasən 2650 (iki min altı yüz əlli) manat məbləğində pulun cavabdeh Şəxs tutularaq iddiaçı X6 ödənilməsi və 47 (qırx yeddi) manat məbləğində dövlət rüsumunun cavabdeh Şəxs tutularaq iddiaçı X6 verilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 15 avqust 2023-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-631/2023 nömrəli, 01 iyun 2023-cü il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə xx.xx.2023-cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş, xx.xx.2023-cü il tarixdə xəbərdarlıq göndərilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixdə verilmiş Naxçıvan şəhər 3 saylı notariat ofisinin 8İ-2675 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydində Naxçıvan şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu X17 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən "xxxx" ASC-nin xeyrinə Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində qeydiyyatda olan Şəxs CL-EE000605678 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 5024 manat 24 qəpik (beş min iyirmi dörd manat iyirmi dörd qəpik) tutulmasını, bundan əlavə 0 manat 01 qəpik (sıfır manat bir qəpik) məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 5049 manat 25 qəpik (beş min qırx doqquz manat iyirmi beş qəpik) pulun tutulmasını qeyd etməsi aydın olur. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 23 avqust 2023-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan şəhər 3 saylı notariat ofisinin 8İ-2675 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə xx.xx.2023-cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixdə verilmiş Naxçıvan şəhər 2 saylı notariat ofisinin 8İ-1467 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydində Naxçıvan şəhəri 2 saylı notariat ofisinin xüsusi notariusu X9 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən Culfa rayon, Yaycı kəndində qeydiyyatda olan "xxxx" ASC-nin xeyrinə Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində qeydiyyatda olan Şəxs BPM**********81 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 355 manat 67 qəpik (üç yüz əlli beş manat altmış yeddi qəpik) tutulmasını, bundan əlavə borcludan tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 380 manat 67 qəpik (üç yüz səksən manat altmış yeddi qəpik) pulun tutulmasını qeyd etməsi aydın olur. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 15 may 2023-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Naxçıvan şəhər 2 saylı notariat ofisinin 8İ-1467 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarına əlavə olunmuş 07 dekabr 2023-cü il tarixli borclunun məcburi gətirilməsi haqqında qərardan görünür ki, borclu xx.xx.1994-cü il tarixdə doğulmuş, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində qeydiyyatda olan Şəxs məcburi qaydada gətirilməsi barədə Naxçıvan Şəhər Məhkəməsinə təqdimat verilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin 8(078)-4/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli borclunun məcburi gətirilməsi barədə qərarından görünür ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-86/2023 nömrəli 24 may 2023-cü il tarixli qətnaməsi əsasında verilmiş 24 iyul 2023-cü il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədilə Naxçıvan şəhəri Qaraxanbəyli kəndində qeydiyyatda olan borclu Şəxs məcburi qaydada Naxçıvan Şəhər icra və Probasiya Şöbəsinə gətirilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin 3(078)-411/2023 nömrəli, 29 avqust 2023-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 09 (doqquz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Həmin qərardan görünür ki, borclu Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-86/2023 nömrəli, 24 may 2023-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyətə cəlb edilmişdir. İş materiallarına əlavə olunmuş 16 noyabr 2023-cü il tarixli aktdan görünür ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-86/2023 nömrəli, 24 may 2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq borclu Şəxs qeydiyyatda olduğu və yaşadığı Naxçıvan şəhəri, Qaraxanbəyli kəndindəki fərdi yaşayış evinə baxış keçirilmiş, evə baxış keçirilən zaman borclu Şəxs məxsus tələbin yönəldilə biləcəyi əmlak müəyyən olunmamışdır. Hazırki iş üzrə Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, onun borcun yönəldilə biləcəyi heç bir əmlakı və gəliri yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və protokol tərtib edən şəxsin izahatını, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 və 528.1-1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 və 528.1-1-ci maddələri ilə tövsif olunmuşdur. İnzibati xəta haqqında işin araşdırması zamanı müəyyən edilmişdir ki, borclu Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-86/2023 nömrəli, 24 may 2023-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə Naxçıvan Şəhər Məhkəməsinin 3(078)-411/2023 nömrəli, 29 avqust 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 09 (doqquz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Qeyd olunan qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində həmin icra sənədinə münasibətdə borclu tərəfindən təkrarən 528.1-ci maddəsində nəzərdə tutulmuş xəta törədilmişdir. Bununla da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzabti Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin tərkibi yaranmışdır. Beləliklə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 və 528.1-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla, protokola əlavə edilmiş materiallarla, özünün etiraf edici izahatı ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığı onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyəti yüngülləşdirən halı və ağırlaşdıran halı olmamasını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 və 528.1-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyası çərçivəsində 17 (on yeddi) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 04 mart 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X19 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva
Məhkəmə qərarları › İş №3(078)-120/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-120/2024
04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver