Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-122/2021 19.10.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, Hüseynova Hürü Firudin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx.xx.1984-cü ildə Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), orta təhsilli, evli, fərdi işlə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq müəyyən etdi : Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin 19 oktyabr 2021-ci il tarixli, 222852/2021 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 19 oktyabr 2021-ci il tarixli, 010811 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işə baxılması zamanı müəyyən olunmuşdur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-689/2018 nömrəli, 13 iyul 2021-ci il tarixli qətnaməsi əsasında verilmiş 13 iyul 2018-ci il icra vərəqəsinə əsasən cavabdeh Şəxs 40078.70 (qırx min on səkkiz manat yetmiş qəpik) manat və 5522.35 (beş min beş yüz iyirmi iki dollar otuz beş sent) ABŞ dolları olan pulun ikidə bir hissəsini təşkil edən 20009.35 (iyirmi min doqquz) manat və 2761.18 (iki min yeddi yüz altmış bir dollar on səkkiz sent) ABŞ dolları tutularaq iddiaçı X2 ödənilməsi qət olunmuşdur. İş üzrə icraata başlamaq haqqında 14 sentyabr 2021-ci il tarixdə icraatın başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin müvafiq məktubla göndərilməsinə və 28 sentyabr 2021-ci il tarixli 222852/2021 nömrəli məktubla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış beləliklə Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbləri yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə Mehdiyev X3 Şəhər Məhkəməsinin 2(078)-689/2021 nömrəli, 13 iyul 2021-ci il tarixli icra vərəqəsinə əsasən tələbkar X2 20039,35 manat və 2761,18 ABŞ dolları pul ödəmək qət olunduğunu, 14 sentyabr 2021-ci ildə onun icraata başlamaq haqqında qərarı və bildirişi aldığını, ona xəbərdarlıq olmasına baxmayaraq pulu ödəyə bilməyəcəyini, 01 oktyabr 2021-ci il tarixdə ona xəbərdarlıq edilsə də pulu ödəməklə bağlı o yəni o halda aylıq 150 manat ümumilikdə cəmi 7500 manat pul ödəyə biləyəcəyini, onun maddi imkanı olmadığına, hər hansı bir əmlakının olmadığını, vətəndaş X2 heç bir borcunun olmadığını bildirdi. Məhkəmədə zərər çəkmiş şəxs X4 izahatında Talehlə evli olan vaxt onun evi və gəliri olduğunu, məhkəmə qətnaməsinə əsasən Talehin ona 25 min manat borcu olduğunu, borcunu ödəməsini istədiyini, onunda banklara borcu olduğunu bildirib qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş 13 iyul 2018-ci il tarixdə verilmiş icra vərəqəsinin surətindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-689/2021 nömrəli, 13 iyul 2021-ci il tarixli qətnaməsi əsasında verilmiş 13 sentyabr 2021-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 40078.70 (qırx min on səkkiz manat yetmiş qəpik) manat və 5522.35 (beş min beş yüz iyirmi iki dollar otuz beş sent) ABŞ dolları olan pulun ikidə bir hissəsini təşkil edən 20009.35 (iyirmi min doqquz) manat və 2761.18 (iki min yeddi yüz altmış bir dollar on səkkiz sent) ABŞ dolları tutularaq iddiaçı X2 ödənilməsi qət olunmuşdur. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 14 sentyabr 2021-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. İş mtareiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 14 sentyabr 2018-ci il tarixli tələbin könüllü icrası haqqında bildiriş və 01 oktyabr 2021-ci il tarixli, 222852/2021 nömrəli xəbərdarlıq verilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin 05 oktyabr 2021-ci il tarixli, 04/592 nömrəli məktubundan aydın olur ki, Şəxs adına qeydə alınmış torpaq sahəsi və ya yaşayış evi yoxdur. Naxçıvan Şəhər Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 24 sentyabr 2021-ci il tarixli, 02/368 nömrəli məktubundan məlum olur ki, Şəxs heç bir növ müavinət və təqaüd almır. Naxçıvan MR Dövlət Sosial Müdafiə X7 Şəxsinin Hərbi Qulluqçular Xüsusi Rütbəli Şəxslərlə İş Şöbəsinin 04 oktyabr 2021-ci il tarixli, 08/282 nömrəli məktubundan aydın olur ki, Şəxs həmin şöbədə qeydiyyatda durmur və heç bir növ pensiya almır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, zərərçəkmiş şəxsin izahatını dinləyib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla, protokola əlavə edilmiş materiallarla, özünün etiraf edici izahatı və zərərçəkmiş şəxsin izahatı ilə tam sübuta yetirildiyindən o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati həbs növündə tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığı onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini,inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq onun barəsində inzibati həbs tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə Şəxs cərimə inzibati tənbeh növünün tətbiq olunmasını inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayət saymır. Ona görə onun barəsində inzibati həbs tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq qərara aldı : 1 Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 12 (on iki) gün müddətinə inzibati qaydada həbs edilsin.
2. İnzibati həbsin əvvəli 19 oktyabr 2021-ci il tarixdən hesablansın.
3. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X5 həvalə olunsun.
4. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Gülsüm Əliyeva