Məhkəmə qərarları › İş №3(078)-122/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-122/2023

17.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-122/2023 17.03.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1992-ci ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), orta təhsilli, işsiz, subay, 2 uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsinin 17 mart 2023-cü il tarixli, 4/2537 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair 17 mart 2023-cü il tarixli, 008777 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. 17 mart 2023-cü il tarixli, 008777 nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs 15 mart 2023-cü il tarixdə saat 21:00 radələrində X3 ilə mübahisə etmiş və səs-küy salaraq ictimai qaydanı pozmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında xx.xx.2023-cü il tarixdə saat 21:40-da onun tanışı Ceyran Səfərova adlı xanımın ona zəng edərək ** BD *** nömrəli avtomaşının arxasına düşdüyünü dediyini, özünün də həmin vaxt şəhərdə olduğunu, ** BD *** nömrəli avtomaşını gördüyünü, həmin maşını Nizami küçəsi, bina 53-ün arxasında gördüyünü, maşının sürücüsünün oğlan olduğunu düşündüyü üçün işıq ataraq maşını saxlatdırdığını, həmin vaxt sürücünün xanım olduğunu gördüyünü, bu anda xanım sürücü ilə aralarında mübahisə baş verdiyini, ona görə də səs-küy yarandığını, xanım sürücünün maşını sürərək oradan uzaqlaşdığını, özünün də buna qəzəblənərək ucadan səs-küylə onun arxasınca danışdığını, əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək məhkəmədən onun barəsində yüngül tənbeh təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında izahat verən şahid X9 məhkəməyə verdiyi izahatında xx.xx.2023cü il tarixdə saat 21:45 radələrində dostu Turab ilə birlikdə olduğunu, Təhsil Nazirliyinin yanında səkidə dayandıqlarını, həmin vaxt iki maşının gəldiyini gördüyünü, maşınların dayandığını, qabaqdakı maşından bir nəfərin düşdüyünü, həmin şəxsin şəhər ərazisində yaşayan şəxs kimi tanıdığı Məmməd olduğunu, onun arxada saxlayan maşına yaxınlaşdığını, söhbət etməyə başladıqlarını, Məmmədin birdən uca səslə danışmağa başladığını, digər maşının sürücüsünü isə sürüb getdiyini, həmin maşın getdikdən sonra maşının yanında durub mübahisə edən Məmmədin ucadan səs-küylə onun arxasınca uca səslə ünvansız söyüşlər söydüyünü bildirdi. Məhkəmə iclasında izahat verən şahid X2 məhkəməyə verdiyi izahatında xx.xx.2023cü il tarixdə saat 21:45 radələrində dostu Raminlə Təhsil Nazirliyinin yanında yaşayış binasının arxasında yolun kənarında durduqlarını, iki maşın arxa-arxaya yolun kənarında saxladığını, maşınların birindən bir nəfərin düşdüyünü, həmin şəxsin şəhərdən tanıdığı Məmməd olduğunu, onun digər maşına yaxınlaşdığını, maşına yaxınlaşandan sonra Məmmədin ucadan səsinin gəlməyə başladığını, nə dediyini başa düşməsə də maşında oturan adamla mübahisə etdiyini gördüyünü və ucadan səsini eşitdiyini, Məmmədin uca səslə əl-qol hərəkətləri edərək mübahisə etdiyini, həmin digər maşının sürücüsünün maşını sürüb oradan getdiyini, Məmmədin isə həmin vaxt maşının arxasınca uca səslə nə isə dediyini, dediyi sözü dəqiq eşitmədiyini, ancaq əl-qol hərəkətləri ilə ucadan səs-küy salaraq danışdığını gördüyünü bildirdi. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası X6 şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 157 nömrəli məktuba əsasən, Şəxs xəstəxanada ambulator olaraq tibbi müayinədən keçmiş və ona “praktik sağlam” diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan Şəhər Şöbəsi tərəfindən verilmiş 17 mart 2023-cü il tarixli, 03/527 nömrəli arayışa əsasən Şəxs həmin qurumda qeydiyyatda durmur və heç bir növ sosial müavinət və təqaüd ödənilmir. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq X10 Şəxs Naxçıvan Şəhər Məşğulluq Mərkəzi tərəfindən verilmiş 17 mart 2023-cü il tarixli, 144 nömrəli arayışa əsasən Əliyev X4 Şəhər Məşğulluq Mərkəzində işsiz və işaxtaran kimi qeydiyyatda deyil və işsizlikdən sığorta ödənişi almır. İş materiallarına əlavə edilmiş Naxçıvan şəhər İcra Hakimiyyətinin 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 17 mart 2023-cü il tarixli arayışdan görünür ki, Şəxs bir azyaşlı övladı vardır. İş materiallarına əlavə edilmiş Naxçıvan şəhər İcra Hakimiyyətinin 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 17 mart 2023-cü il tarixli arayışdan görünür ki, Əliyev X4 şəhəri, 52-ci məhəllə, ev 36 A ünvanında qeydiyyatdır. İş materiallarına əlavə olunmuş 17 mart 2023-cü il tarixli İnzibati qaydada tutma haqqında protokola əsasən Şəxs 17 mart 2023-cü il tarixdə, saat 10:20-də inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, şahidlərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla, protokola əlavə edilmiş materiallarla, özünün etiraf edici izahatı və şahidlərin izahatı ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən səmimi peşmançılığını və azyaşlı övladının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal isə yoxdur. Məhkəmə Şəxs inzibati həbs tənbeh növünü tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halları, məsuliuyyəti ağırlaşdıran halın olmamasını nəzərə alır. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək işin hallarına görə, pozuntunu törədənin şəxsiyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, cərimə növündə inzibati tənbehin tətbiq edilməsi kifayət sayılmır ona görə də onun barəsində inzibati həbs tətbiq olunmalıdır. Məhkəmə cərimə növündə inzibati tənbehi tətbiq etməyərkən Şəxs heç bir yerdə işləməməsini, heç bir növ pensiya almamasını da nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, 7 (yeddi) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 17 mart 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X8 həvalə olunsun. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar