Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-123/2023 23.03.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR NAXÇİVAN MR NAXÇİVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan şəhəri İş №3(078)-123/2023 23 mart 2023-cü il Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Məmmədov Şahmar Fəxrəddin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxx 2003-cü ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, natamam ali təhsilli, subay, deməsinə görə əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsində tərtib olunmuş material 23 mart 2023-cü il tarixdə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsinin polis sahə inspektoru vəzifəsini müvəqqəti icra edən X5 tərəfindən tərtib olunmuş 23 mart 2023-cü il tarixli 008815 nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, X6 22 mart 2023-cü il tarixdə saat 11:00 radələrində Əcəmi seyrangahında ucadan səs-küy salaraq xırda xuliqanlıq hərəkəti törədərək polis əməkdaşının qanuni tələbinə tabe olmamışdır. Beləliklə də, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X6 izahatında bildirdi ki, o, Naxçıvan şəhərində Əcəmi seyrangahında təşkil edilən Novruz şəhərciyində stend qoyaraq əhaliyə xidmət göstərmək üçün şirniyyat satışında atasına kömək edirdi. 22 mart 2023-cü il tarixdə bir nəfər mülki geyimdə onlara yaxınlaşıb yanlarında olan stolu boşaldıb ona təhvil verilməsini atasından tələb etdi. Atası da həmin stolun dolu olduğunu və axşama təhvil verilə biləcəyini bildirdi. Lakin vətəndaş atası ilə kobud şəkildə danışmağa başladı və o dözə bilməyib müdaxilə etdi. Həmin şəxsə bildirdi ki, əgər bir daha atası ilə bu şəkildə danışsa çənəsini qıracaq. Həmin şəxslə mübahisə edərkən polis əməkdaşı onlara yaxınlaşdı, ona irad bildirərək mülki geyimdə olan həmin vətəndaşın da polis əməkdaşı olduğunu və ətrafdakı şəxslərin ona baxdıqlarını, ictimai yerdə səs-küy salınmasının düzgün olmadığını ona bildirdi. Birazdan polis əməkdaşları ona yaxınlaşıb polis bölməsinə dəvət etdilər, lakin o polis bölməsinə getmək istəmədiyi üçün zorla qolundan tutub polis maşınına mindirib apardılar. Həmin gün axşam o evə gedibdir. Bu gün səhər polis bölməsinə gedibdir. Əməlindən peşmandır. Polis formasında olan polis əməkdaşlarına qarşı bu cür hörmətsizlik etməməli idi. Onlar dəvət etdikləri vaxt maşına minməli idi. İkinci kurs tələbəsidir. Polis bölməsinə gətirilən zaman ona ağır cəza verilməməsi üçün telefonla danışarkən səs-küy salması barədə izahat vermişdir. Bunların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində X1 izahatında bildirmişdir ki, 22 mart 2023-cü il tarixdə Naxçıvan şəhəri Əcəmi seyrangahında şəkil edilən Novruz şəhərciyinə gəzintiyə getmişdir. Özünə kabab sifarişi verən zaman bir nəfər şəxsin ucadan kiminləsə mübahisə etdiyini görmüşdür. Daha sonra səs-küyə polis əməkdaşları gəlmiş, həmin şəxs polisə qarşı da düzgün olmayan hərəkətlər etmişdir. Polis əməkdaşları həmin şəxsi zorla maşına mindirib polis bölməsinə apardılar. Məhkəmə iclasında şahid qismində X4 izahatında bildirmişdir ki, 22 mart 2023-cü il tarixdə ailəsi ilə birlikdə Naxçıvan şəhərində Əcəmi seyrangahında təşkil edilən Novruz şəhərciyinə gəzintiyə çıxmışdır. Həmin vaxt yol polisi əməkdaşı olan Amil adlı şəxsə qarşı bir nəfərin ucadan səs-küy salaraq mübahisə yaratması diqqətini çəkmişdir. Həmin polis əməkdaşı mülki geyimdə idi. Oraya yaxınlaşan zaman səs-küy daha da artığından digər polis əməkdaşları oraya gəldilər. Həmin şəxs polis əməkdaşlarına qarşı da hörmətsizlik etdi, sakitləşmədi. Polis əməkdaşları onu zorla maşına mindirib apardılar. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə X6 23 mart 2023cü il tarixdə saat 11:05-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 22 mart 2023-cü il tarixli Naxçıvan Şəhər Polis İdarəsinin PPXB-nin manqa komandiri polis nəfəri polis baş serjantı Möhbalı Məmmədov tərəfindən verilən raportdan görünür ki, 22 mart 2023-cü il tarixdə xidməti vəzifələrini yerinə yetirən zaman polis nəfəri baş serjantı Oruco İlkin bir nəfərin “Əcəmi seyrangahında” ictimai yerdə səs-küy edərək xırda xuliqanlıq hərəkətləri törətməsini müşahidə etmiş, həmin vaxt ona yaxınlaşaraq onu nizam-intizama dəvət edərək hərəkətlərinə son qoymasını tələb etmişdir. Həmin şəxs Polisin qanuni tələbinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam edən zaman manqa komandiri dəvət edilmiş və onu **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Naxçıvan şəhər 1 nömrəli Polis Bölməsinə gətirilmişdir. Həmin şəxs Naxçıvan şəhəri, V.Qasımov küçəsi ev 15-də qeydiyyatda olan Şəxsdur. İş üzrə Naxçıvan MR Xəstəxanası PHŞ tərəfindən 23 mart 2023-cü il tarixdə verilmiş 56 nömrəli arayışa əsasən X6 həmin tarixdə ambulator olaraq tibbi yoxlamadan keçirilmiş və o, praktiki sağlamdır. Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 22 mart 2023-cü il tarixli 527 nömrəli aktdan aydın olur ki, Şəxs müayinədən keçirilmiş və alkoqol sərxoşluğu vəziyyəti yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də X6 Azərbaycan Respublikası İnzibati XətalarMəcəlləsinin 535.1cimaddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və130.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cü və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 13 (on üç) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 23 mart 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X3 həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №3(078)-123/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-123/2023
23.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver