Məhkəmə qərarları › İş №3(078)-123/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-123/2024

06.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-123/2024 06.03.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Naxçıvan Şəhər Prokurorunun köməkçisi İİ dərəcəli hüquqşünas X2 iştirakı ilə xx.xx.1983-cü ildə Şərur şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, evli, 3 uşaq anası, orta təhsilli, işsiz, deməsinə görə əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olub və Babək rayon Şəkərabad kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Azərbaycan Respublikası Prokurorluğu Naxçıvan MR Naxçıvan Şəhər Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və inzibati icraatla bağlı toplanmış materiala baxaraq, müəyyənetdi: 06 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası Prokurorluğu Naxçıvan MR Naxçıvan Şəhər Prokurorluğundan Naxçıvan Şəhər Məhkəməsinə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və inzibati icraatla bağlı toplanmış material daxil olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və inzibati icraatla bağlı toplanmış materialda qeyd olunmuşdur ki, yetkinlik yaşma çatmayan, azyaşlı X5 qarşı qardaşı X6 tərəfindən zor tətbiq olunmaqla onunla cinsi əlaqədə olunması barədə xalası X3 şikayət ərizəsi əsasında Naxçıvan Şəhər Polis İdarəsində araşdırılan material araşdırmanın davam etdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 215.3.1 -ci maddəsinə əsasən aidiyyəti üzrə Naxçıvan Şəhər Prokurorluğuna göndərilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, X7 2021-ci ildə hələ 9 yaşı olarkən həmin vaxt kirayə yaşadıqları Abşeron rayonu Mehdiabad qəsəbəsindəki evdə anasının sevgilisi X9 tərəfindən zorlanaraq qızlıq bəkarəti pozulmuş, həmin evdə yaşadıqları müddətdə əlavə olaraq Zaur Babayev tərəfindən dəfələrlə zorlanaraq onunla təbii yolla cinsi əlaqədə olmuşdur. X1 X9 tərəfindən zorlanması faktı ilə əlaqədar xüsusatlara hüquqi qiymət verilməsi üçün toplanmış 09C-24 nömrəli materialdan müvafiq material ayrılmaqla araşdırmanın aparılması üçün Abşeron Rayon Prokurorluğuna göndərilmişdir. Həmçinin aparılmış araşdırma zamanı X6 tərəfindən istər zor tətbiq olunmaqla, istərsə də könüllü şəkildə bacısı Aysu Əliyeva ilə cinsi əlaqədə olması faktı həm A.Əliyevanın özü tərəfindən təkzib edildiyindən, həm də material üzrə toplanmış digər bütün sənədlərlə öz təsdiqini tapmadığından toplanmış material üzrə 01 mart 2024-cü il tarixdə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Bundan başqa araşdırma zamanı X7, X13 qızı, X6, Şəxs, X11 qızı və X8 barəsində məhkəmə tibbi ekspertizası təyin edilmiş və müvafiq rəylər alınmışdır. Alınmış rəylərdə X7, X13 qızı, X6, Şəxs, X16 oğlundan götürülmüş qan nümunələrində məhkəmə kimya tədqiqatı zamanı narkotik vasitə hesab olunan tiryək və psixotrop maddə hesab olunan metamfetamin, Mədətova Gülşad İlqar qızından götürülmüş qan nümunəsində isə metamfetamin aşkar edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 163 nömrəli ekspert arayışına əsasən Şəxs qanında metafitamin və tiryək aşkar edilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialına əlavə olunmuş sənədlər ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirmişdir ki, 2006-cı ildə Əliyev Sərxanla ailə qurub, nikahlarından 3 övladı var. Həyat yoldaşı ilə ailə münasibətləri pozulduğu üçün xx.xx.2013-cü ildə Bakı şəhərinə getmiş, 6 ay Bakıda yaşadıqdan sonra pul düzəltmiş və uşaqlarını da Bakı şəhərinə yanına aparmışdır. Bakıda müxtəlif yerlərdə, günəmüzd işlərdə işləyərək pul qazanıb. Kafelərdə ofisiant, xadimə işləyib, evlərə təmizliyə gedib. Bakıda Şuşa-Ramana, Sovxoz-Ramana, Zabrat, Binəqədi, Mehdiabad, Maştağada kirayədə yaşayıb. Sonuncu dəfə Məhəmmədidə kirayə yaşayıb. İşə gedən vaxtı uşaqlar evdə tək qalırdı. Onların yeməklərini hazırladıqdan sonra işə gedirdi. Bakıda yaşadığı müddət ərzində əziyyətlə uşaqlarını böyüdüb. 2020-ci ildə Sovxoz-Ramanada adını bilmədiyi kafedə xadimə işləyib. Həmin kafenin yanında maşın təmiri sexi vardı. Həmin sexin həyətində qaynaqçı sexində Zaur adında oğlanla tanış olub. Zaur evli idi və 2 uşağı vardı. Arvadında qadın xəstəliyi vardı. Zaurun həyat yoldaşı Zaurun onunla olan münasibətini bildiyi üçün ondan zəhləsi gedirdi. Zaur kişi idi qərarı özü vermişdi. Zaurun ondan xoşu gəldiyi üçün onunla birlikdə yaşamağı təklif etmiş, ilk əvvəl təklifi qəbul etməsə də, sonra Kürdəxanıda kafedə işləyən vaxtı Mehdibadda kirayə yaşamağa başlayanda maddi sıxıntıları olmuş və mənəvi qayğıya ehtiyacı olduğundan Zaurun təklif etdiyi münasibətə razılıq vermişdir. Zaur heç vaxt ona pislik etməyib. Zaur həftədə bir dəfə ona bazarlıq edirdi. Onu hər şeylə təmin edirdi. Hətta onu işləməyə qoymurdu. Zaur onun uşaqlarını da öz övladlarından ayırmırdı. Zaur ailəli olduğu üçün həftədə bir dəfə gəlib onlarla birlikdə yaşayırdı. Zaurla ilk əvvəl Mehdiabadda, daha sonra Maştağada onun öz evinə yaxın yerdə kirayə yaşayıb. Arvadı Zaurun onunla yaşamağını istəmədiyi üçün Mehdiabaddakı evə kirayə köçmüşlər. Həmin ev "Rahat market”in yanında yerləşirdi. Mehdiabadda yaşayan vaxtı 2021-ci ildə Zaurdan 1 ay xəbər ala bilməyib. Ondan sonra Zaurun xalası oğlu Samir ona zəng edərək Zaurun tutulduğunu bildirib. Zaur Samirlə ona söz göndərmişdi ki, o narahat olmasın. xx.xx.2022-ci ildə Samirin avtoqəzada öldüyünü Samirin sevgilisi Ulduz ona deyib. Anası Bakıda onun tək yaşamağını istəmədiyi, maddi sıxıntıları olduğu üçün 2022-ci ilin sonlarında uşaqları Naxçıvana gətirdi. Uşaqları gələndən sonra o da Naxçıvana qayıdıb. İlk əvvəl bacısı Zeynəbin evində kirayədə yaşayıb. Zeynəb xozeykalı evdə qaldığı üçün evdə çox adamın qalmağın istəmədiyindən 2023-cü ilin mart ayında digər bacısı Gülşadın evinə köçüb. Gülşadın 2 uşağı vardı. Gülşadın əri onu xəyanət etdiyi üçün boşamışdı. Hazırda Qasım adında oğlanla qeyri-rəsmi birlikdə yaşayır. Qasım maşın bazarında plyonka çəkir. Keçən ilin aprel ayında uşaqlar Gülşadın yanında qalanda o, pul qazanmaq üçün Bakıya gedib. Gülşad ona zəng edərək qızı Zöhrənin qızılca çıxartdığını dediyi üçün xx.xx.2023-cü ildə Naxçıvan şəhərinə qayıdıb. Naxçıvana gələndən sonra Gülşadgildə yaşayıb. Gülşad həmin vaxtı xanım qızlar liseyinin yanında yaşayırdı. xx.xx.2024-cü ildə Gülşad Xəyalın evdə yaşamağını istəmədiyi üçün onların evdən çıxmağını istədi. Ona görə də o bacısı Zeynəb razılıq verdiyi üçün onun Şəkərabaddakı evinə getdi. Həmin vaxtı qızı Zöhrə və oğlu Xəyal onunla bilrikdə getsə də, Aysunun hazırlığı olduğu üçün o xalasıgildə qaldı. Təxminən xx.xx.2024-cü ildə anası zəng edərək “bacın Gülşad ona Xəyalın bacısı Aysu ilə onun evində zorla cinsi əlaqədə olduğunu” dediyini bildirib və ona məsələni aydınlaşdırmaq üçün gəlməyi təklif edib. Anasına “Aysunun yalan dediyini, Xəyalın bacısına heç vaxt elə hərəkət etmədiyini" deyib. Gülşadın məqsədi qızını əlindən alıb öz himayəsinə almaq olub. Qızı evində işlədərək əməyini istismar etmək və böyüyəndə özü kimi pula çıxardaraq cinsi istismar etmək istəyib. Ona görə də xx.xx.2024cü ildə qızı Aysunu evə gətirmək üçün Zeynəb və qızı Zöhrə ilə birlikdə Gülşadgilə gedib. Həmin vaxt Gülşad “Aysunu heç yerə apara bilmərsiz, Aysun mənim yanımda qalacaq" deyib. Zeynəb “Aysunu ver aparaq problem çıxartma’’ dediyi üçün Zeynəblə Gülşad arasında mübahisə yarandı. Bundan sonra Gülşad səsini başına ataraq qışqırdı və polisə zəng etdi. Aysun Gülşadın yanında qalandan həmişə göbəyi açıq geyinirdi. Gülşad onun qızını özü kimi əxalqsız eləmək istəyir. O isə qızı Aysunu götürüb evə aparıb. Evə yenicə çatdıqları vaxt polis şöbəsindən zəng gəldi və onları şöbəyə dəvət etdilər. Narkotik istifadə etmədiyini bildirmiş və bütün nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi, məhkəmə araşdırması zamanı özünün etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. Şəxs törətdiyi inzibati xəta əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən maddi sübutlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi, inzibati xəta haqqında protokol, həmin Məcəllə ilə müəyyən edilmiş digər protokollar sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin maddənin tələbinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməlidir. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Məhkəmə Şəxs izahatında hər hansı narkotik vasitə və psixotrop maddə qəbul etməməsi ilə bağlı bildirdiyi halları özünümüdafiə xarakteri daşıyan izahat kimi qiymətləndirir. Bu halda məhkəmə ekspert rəyinin sübut növü kimi qiymətləndirilməsi nəticəsinə gəlir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal yoxdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, inzibati qaydada cərimə edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyətini nəzərə almaqla, bu tədbirin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətdə inzibati həbs tətbiq edilir. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən o da aydın olur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsində qeyd edilən barəsində həbs inzibati tənbeh tədbiri tətbiq edilə bilməyən şəxslər dairəsinə daxildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinin tələbinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 350 (üç yüz əlli) manat miqdarında cərimə olunmalıdır. Şərh olunanlara əsaslanaraq Azərbaycan Respublikası Konstitusiyasının 129, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 43.1, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 350 (üç yüz əlli) manat miqdarında cərimə edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar