Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-124/2022 19.10.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Şərur rayon Qıvraq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, orta təhsilli, Kəngərli rayon Qıvraq qəsəbəsində avtomobil təmiri sexində usta işləyən, subay, deməsinə görə əvvəllər məhkum olunmayan, Kəngərli rayon Qıvraq qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inziati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Naxçıvan Şəhər Polis İdarəsində tərtib olunmuş material 19 oktyabr 2022-ci il tarixdə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Naxçıvan Şəhər Polis İdarəsinin polis sahə inspektoru polis kapitanı X3 tərəfindən tərtib olunmuş 19 oktyabr 2022-ci il tarixli 009986 nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 11:10 radələrində Naxçıvan şəhər Nizami küçəsində Böyük bağ adlanan ictimai yerdə ucadan səs-küy salaraq nalayiq ifadələr işlətmiş və bu zaman polis əməkdaşına qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cü və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, xx.xx.2022-ci il tarixdə Naxçıvan şəhərində Nizami küçəsində Böyük bağ adlanan yerdə tanışı X1 ilə görüşüb ortaq tanışları olan X2 birlikdə bağdakı çayçıya getməli idi. Saat təqribən 11:00 radələrində razılaşdıqları yerdə görüşmüşlər, lakin Elçin onları çox gözlədiyi üçün irad bildirmiş və buna görə də aralarında yaranmışdır. O da əsəbləşərək özünü ələ ala bilməyib, küçədə ucadan danışaraq nalayiq ifadələr işlətmiş, bu zaman ərazidə xidmət aparan polis əməkdaşının yaxınlaşaraq onları nizam-intizama dəvət etmiş, lakin özünün polisin sözünə məhəl qoymadığını bildirmişdir. Şəxs etdiyi əmələ görə peşman olduğunu, əsəbi vəziyyətdə olduğu üçün belə bir hərəkət etdiyini bildirmiş və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində ifadə verən X6 xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Naxçıvan şəhərində Nizami küçəsində Böyük bağ adlanan yerdə olarkən 3 nəfər tanımadığı şəxsin küçədə səs-küy salaraq nalayiq ifadələr işlətdiyini, bu zaman ərazidə xidmət aparan polis əməkdaşının yaxınlaşaraq onları nizam-intizama dəvət etdiyini, lakin onların, polisin qanuni tələbinə məhəl qoymadığını bildirdi. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 19 oktyabr 2021-ci il tarixdə saat 11:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Naxçıvan Şəhər Polis İdarəsinin polis sahə inspektoru polis kapitanı X3 tərəfindən verilən raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə xidməti vəzifələrini yerinə yetirən zaman Naxçıvan şəhərində Nizami küçəsində Böyük bağ adlanan yerdə üç nəfərin səs-küy salaraq ucadan danışdığını və nalayiq sözlər işlətdiyini gördüyü üçün həmin şəxslərə yaxınlaşıb onlara etdiyi hərəkətə görə iradını bildirərək onu nizam-intizama dəvət etmiş, lakin həmin şəxslər öz qanunsuz əməllərini davam etdirərək ucadan nalayiq ifadələr işlətmiş və polisin qanuni qanuni tələbinə tabe olmamışdır. İş üzrə Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu PHŞ Kəngərli rayon şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 85/772 nömrəli arayışa əsasən Şəxs Şöbədə qeydiyyatda durmur və heç bir növ pensiya almır. İş üzrə Naxçıvan MR Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi PHŞ Kəngərli Rayon Məşğulluq Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 05/48 nömrəli arayışa əsasən Şəxs Kəngərli rayon Məşğulluq Mərkəzində işsiz və işaxtaran kimi qeydiyyatda deyil və işsizlikdən sığorta ödənişi almayıb. İş üzrə Naxçıvan MR Xəstəxanası PHŞ tərəfindən 19 oktyabr 2022-ci il tarixdə verilmiş 269 nömrəli arayışa əsasən Şəxs həmin tarixdə ambulator olaraq tibbi yoxlamadan keçirilmiş və o, praktiki sağlamdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati XətalarMəcəlləsinin 535.1cimaddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal-inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən hal və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və130.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cü və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 19 oktyabr 2022-ci il tarixdən saat 11:30-dan hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X7 həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №3(078)-124/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-124/2022
19.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver