Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-124/2023 23.03.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Məmmədov Şahmar Fəxrəddin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 2002-ci ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, orta təhsilli, subay, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Naxçıvan Şəhər Polis İdarəsində tərtib olunmuş protokol 23 mart 2023-cü il tarixdə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Naxçıvan Şəhər Polis İdarəsi baş polis sahə inspektoru vəzifəsini müvəqqəti icra edən X4 tərəfindən tərtib olunmuş 23 mart 2023-cü il tarixli 008797 nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 22 mart 2023-cü il tarixdə saat 22:10 radələrində tanışı X8 ilə birlikdə Əcəmi seyrangahında uca səslə nalayiq ifadələr işlətmiş, mübahisə yaratmış və onları nizamintizama dəvət edən polis əməkdaşlarına qəsdən tabe olmayaraq müqavimət göstərmişlər. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, onun barəsində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsində 08 fevral 2023-cü il tarixdə cinayət işinə baxılaraq Cinayət Məcəlləsinin 234.1-cü maddəsi ilə ittiham hökmü çıxarılmış, ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir, lakin hökm hələ icraya yönəlməmişdir. 22 mart 2023-cü il tarixdə Naxçıvan şəhərində Əcəmi seyrangahında təşkil edilən Novruz şəhərciyində yoldaşı X8 ilə birlikdə gəzintidə olmuşdur. Həm özü və həm də yoldaşı spirtli içki qəbul etdikləri üçün içkinin təsirindən bir-biri ilə ucadan zarafa etmişlər. Kənarda olan polis əməkdaşları onları mübahisə etdiyini zənn edib yaxınlaşmış və ictimai yerdə ucadan səs-küy salmağın yolverilməz olduğunu bildirmişdir. Onlar da içkili olduqları üçün polisə müqavimət göstərmiş, əlavə polis əməkdaşları çağırmışlar. Daha sonra onları maşına mindirib polis şöbəsinə aparmışlar. Əməlindən peşmandır, ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində X6 izahatında bildirmişdir ki, 22 mart 2023-cü il tarixdə Naxçıvan şəhəri Əcəmi seyrangahında şəkil edilən Novruz şəhərciyində olarkən iki nəfər içkili şəxsin səs-küy saldıqlarını eşitmişdir. Onların səsin bir neçə nəfər yaxınlaşmışdır. Polis əməkdaşları onlara yaxınlaşıb ictimai yer olduğunu bildirsə də onlar polisə qarşı da nalayiq ifadə işlətmiş və polis şöbəsinə getməyəcəklərini bildirmişlər. Bundan sonra polis əməkdaşları əlavə polis çağırmış və onları zorla mindirib polis bölməsinə apardılar. Məhkəmə iclasında şahid qismində izahat verən Naxçıvan Şəhər Polis Şöbəsinin PPXB-nin manqa komandiri polis baş serjantı X7 bildirmişdir ki, 22 mart 2023-cü il tarixdə xidmətdə olan zaman saat 22:15 radələrində bölük komandiri Tural Məmmədov zəng edərək Əcəmi seyrangahında iki nəfr şəxsin ucadan səs-küy salaraq ictimai qaydanı pozması ilə bağlı məlumat verərək həmin yerə getməklərini bildirmişdir. O və xidmət yoldaşı manqa komandiri polis baş serjantı Orxan Hümbətovla hadisə yerinə getmişdir. Həmin yerdə Novruz bayramı ilə əlaqədar şənlik təşkil edilmişdir. Hər iki şəxs mübahisə yaradan zaman onlara yaxınlaşın ictimai yerdə səs-küy salmamalarını xatırlatsalar da onlar nalayiq ifadələrini davam etdirmişlər. Eyni zamanda onlara qarşı da əl-qol hərəkətləri edərək tabesizlik göstərmişlər. Onları sakitləşdirə bilmədikləri üçün idarəyə gətirmək məqsədilə əlavə qüvvə tələb etmiş və əlavə qüvvə gəldikdən sonra onlar məcburi şəkildə İdarəyə gətirilmişdir. Məhkəmə iclasında şahid qismində Naxçıvan Şəhər Polis Şöbəsinin PPXB-nin manqa komandiri polis baş serjantı X1 Elmar Vilayət oğlu ilə eyni məzmunlu izahat vermişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 23 mart 2023cü il tarixdə saat 10:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 22 mart 2023-cü il tarixli Naxçıvan Şəhər Polis İdarəsinin PPXB-nin manqa komandiri polis nəfəri polis baş serjantı Elmar Babayev və Orxan Hümbətov tərəfindən verilən raportdan görünür ki, 22 mart 2023-cü il tarixdə xidməti vəzifələrini yerinə yetirən zaman iki nəfər şəxsin “Əcəmi seyrangahında” mübahisə etdiklərini və uca səslə nalayiq hərəkətlər işlətdiklərini müşahidə etmiş, həmin vaxt ona yaxınlaşaraq etdiklərə hərəkətlər son vermələrini və əməllərinin inzibati xəta olduğunu izah etmişlər. Lakin həmin şəxlsər polisin qanuni tələbinə qəsdən tabe olmadılar. Onlara müqavimət göstərdikləri üçün əraziyə dəvət olunan polis naryadlarının köməyi ilə həmin şəxslər sərxoşluq müayinəsindən keçirilmiş və sərxoş olduqları məlum olmuşdur. Həmin şəxs Naxçıvan şəhər sakinləri Şəxs və X5r. İş üzrə Naxçıvan MR Xəstəxanası PHŞ tərəfindən 23 mart 2023-cü il tarixdə verilmiş 20 nömrəli arayışa əsasən Şəxs həmin tarixdə ambulator olaraq tibbi yoxlamadan keçirilmiş və o, praktiki sağlamdır. Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 22 mart 2023-cü il tarixli 531 nömrəli aktdan aydın olur ki, Şəxs müayinədən keçirilmiş və onda 1.43 promil alkoqol sərxoşluğu vəziyyəti vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati XətalarMəcəlləsinin 535.1cimaddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal əməlin sərxoş vəziyyətdə və bir qrup şəxs tərəfindən törədilməsidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və130.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cü və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 17 (on yeddi) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 23 mart 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X9 həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №3(078)-124/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-124/2023
23.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver