Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-124/2024 06.03.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Naxçıvan Şəhər Prokurorunun köməkçisi İİ dərəcəli hüquqşünas X3 iştirakı ilə xx.xx.2001-ci ildə Babək rayon Kültəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, subay, orta təhsilli, deməsinə görə əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Azərbaycan Respublikası Prokurorluğu Naxçıvan MR Naxçıvan Şəhər Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və inzibati icraatla bağlı toplanmış materiala baxaraq, müəyyənetdi: 06 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası Prokurorluğu Naxçıvan MR Naxçıvan Şəhər Prokurorluğundan Naxçıvan Şəhər Məhkəməsinə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və inzibati icraatla bağlı toplanmış material daxil olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və inzibati icraatla bağlı toplanmış materialda qeyd olunmuşdur ki, yetkinlik yaşma çatmayan, azyaşlı X8 qarşı qardaşı X9 tərəfindən zor tətbiq olunmaqla onunla cinsi əlaqədə olunması barədə xalası X4 şikayət ərizəsi əsasında Naxçıvan Şəhər Polis İdarəsində araşdırılan material araşdırmanın davam etdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 215.3.1 -ci maddəsinə əsasən aidiyyəti üzrə Naxçıvan Şəhər Prokurorluğuna göndərilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, X10 2021-ci ildə hələ 9 yaşı olarkən həmin vaxt kirayə yaşadıqları Abşeron rayonu Mehdiabad qəsəbəsindəki evdə anasının sevgilisi X11 tərəfindən zorlanaraq qızlıq bəkarəti pozulmuş, həmin evdə yaşadıqları müddətdə əlavə olaraq Zaur Babayev tərəfindən dəfələrlə zorlanaraq onunla təbii yolla cinsi əlaqədə olmuşdur. X1 X11 tərəfindən zorlanması faktı ilə əlaqədar xüsusatlara hüquqi qiymət verilməsi üçün toplanmış 09C-24 nömrəli materialdan müvafiq material ayrılmaqla araşdırmanın aparılması üçün Abşeron Rayon Prokurorluğuna göndərilmişdir. Həmçinin aparılmış araşdırma zamanı X9 tərəfindən istər zor tətbiq olunmaqla, istərsə də könüllü şəkildə bacısı Aysu Əliyeva ilə cinsi əlaqədə olması faktı həm A.Əliyevanın özü tərəfindən təkzib edildiyindən, həm də material üzrə toplanmış digər bütün sənədlərlə öz təsdiqini tapmadığından toplanmış material üzrə 01 mart 2024-cü il tarixdə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Bundan başqa araşdırma zamanı X10, X15 qızı, X9, X2, X13 qızı və Şəxs barəsində məhkəmə tibbi ekspertizası təyin edilmiş və müvafiq rəylər alınmışdır. Alınmış rəylərdə X10, X15 qızı, X9, X2, Şəxs oğlundan götürülmüş qan nümunələrində məhkəmə kimya tədqiqatı zamanı narkotik vasitə hesab olunan tiryək və psixotrop maddə hesab olunan metamfetamin, Mədətova Gülşad İlqar qızından götürülmüş qan nümunəsində isə metamfetamin aşkar edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 17/K nömrəli ekspert arayışına əsasən Şəxs qanında metafitamin və tiryək aşkar edilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialına əlavə olunmuş sənədlər ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirmişdir ki, onun valideynləri, bacısı və balaca qardaşı Babək rayonu Kültəpə kəndində yaşayır. O, maşın bazarında avtomobillərə vınil, plyonka üzləyirə. X5 2022-cı ilin sonlarından tanıyır. Gülşadla “Gəlinqaya” restoranında ofisiant işləyən vaxtı tanış olub. Ondan sonra o, Gülşadla birlikdə yaşamağa başlayıb. Gülşadın 8 və 10 yaşında iki övladı var. Ərindən boşanıb. Gülşadın uşaqlarını öz övladı kimi qəbul edib. Onlar ilk əvvəl Yeni Naxçıvandakı binada kirayə yaşayıb. Həmin vaxt Gülşadın bacısı Gülüstanın qızı Aysu da onlarla yaşamağa başladı. Daha sonra Aysunun qardaşı Xəyal bacısı Zöhrə və anaları Gülüstan da onlarla yaşamağa başladı. Ondan sonra Gülüstan Bakıya getdi, uşaqlar isə onlarla yaşamağa davam etdi. Aysu gələn vaxtı başına bit-birə düşmüşdü. Xeyli dərman alıb müalicə ediblər. Aysunun danışığında problem var. Hazırda müalicə alır, hazırlıqlara gedir ki düzəlsin. Təxminən 2023-cü ilin sentyabr ayında iş tapmaq üçün o, Gülşad və Zöhrə Bakıya getmişlər. Həmin vaxt Gülüstanın evində yaşamışlar. Gülüstan Bakı şəhərində Məhəmmədi kəndində həyət evində yaşayırdı. Onun evi “Oba Market”in qarşısında yeləşən maşın sexinin arxasında yerləşirdi. Həyətdə ayrılıqda 3 ev yerləşirdi. Həmin həyətdə qonşuluqda yaşayan İlahə adında orta yaşlarında, kök qadını tanıyır. Onlar Gülustangıldə yaşayan vaxt İlahə və Gülüstan hər gun narkotik qəbul edirdilər. Onlar narkotik vasitə olan patını falqa kağızına büküb turubuçka ilə tüstüsünü iyləyirdilər. Hətta onlar orada olanda evə iki dəfə polis basqın etdi və evdə olan narkotik vasitələri götürdülər, lakin Gülüstanı aparmadılar, İlahəni isə apardılar. Onların qaldıqları yerdə bütün qonşuların narkotik vasitə qəbul etdiyini başa düşmüşdür. Gülüstan ona da narkotik təklif etmiş, lakin o, qəbul etməmişdir. Gülüstanın kirayə evində qalan zaman İlahədən başqa evə kiminsə gəldiyini görməyib. Onlar iş tapıb işləmək üçün Bakıya getmiş, lakin iş tapa bilmədikləri üçün Gülşad, o və Zöhrə Bakıda 9 gun qaldıqdan sonra Naxçıvana qayıtmışlar. Gülşadın uşaqları sentyabr ayında məktəbə getdilər. Gülşadın uşaqları 9:00-da 14 nömrəli məktəbə gedib, 15:00-da evə gəlirdilər. Evə gələndən sonra da dərslərini oxuyub, yemək yeyəndən sonra saat 10:00-da yatırlar. Bu qayda həmişə belə davam edir. Onlar Bakıdan qayıdandan sonra Gülşad müxtəlif ictimai iaşə obyektlərində ofisiant işlədi. Sonuncu dəfə 2023-cü ilin dekabr ayında Park AVM” də 1 aya yaxın işlədi. Gülşad orada işləyən vaxtı gecə saat 12-də işdən çıxdığı üçün onun qabağına Zöhrə ilə gedirdi. Həmin vaxt evdə Aysu, Xəyal və Gülşadın uşaqları olurdu. Gülşadın uşaqları onlar evdən çıxan vaxtı yatırdı. Onlar evə gələndə Aysunun yerinin içində uzanmış vəziyyətdə, Xəyalı isə divanda telefon oynayan vəziyyətdə görüb. Onları kirayədə yaşadığı ev 3 otaq 1 salondur. Uşaqlar salonda yatır. Xəyal divanda, Aysu, Zöhrə və Gülşadın uşaqları yerdə yatırlar. Onunla Gülşadın otağı isə ayrıdır. Gülşadın uşaqları tezdən 9-da yuxudan durub məktəbə gedirlər, Xəyal, Aysu və Zöhrə isə günortaya qədər yatırlar. O yanvar ayının sonlarında Aysunu yuxusunda ağlayaraq "istəmirəm eləmə” deyərək sayıqladığını gormüş və bu barədə Gulşada demişdir. Sonuncu dəfə Gülşadın özu Aysunun yuxuda yenə eyni qaydada sayıqladığını görüb özü onu yuxudan oyatdı. Bundan sonra Gülşad Aysunu otağa aparıb onunla söhbət etdi. O, həmin vaxtı nə danışdıqlarını bilməyib. Gulşad öz anasını evə çağırandan sonra Gülşadın özündən öyrənib ki, Aysunun anası Bakıda olanda öz sevgilsı ilə Aysunu görüşdürürmüş və Xəyal Aysu ilə zorla cinsi əlaqədə olubdur. Gülşad ona “biz işdə olanda Xəyal və Aysu evdə tək olan vaxtı bizim evdə ona əxlaqsız hərəkətlər edibdir” dedi. Bundan sonra o işdə olanda Gülşad ona zəng edərək polisin nömrəsini soruşmuşdur. Telefona məşğul verib taksi ilə evə gedəndə həyətdə polislərin olduğunu və Gülşadın ağladığını görüb. Həmin vaxt Gulşad ona “Gülüstangil gəlib məni döydü və Aysunu da zorla apardılar” dedi. Bundan sonra polisə getmişlər və polisdə Aysu onlarla birlikdə evə qayıtdı. Narkotik istifadə etmədiyini, lakin Gulşadla birlikdə Gülüstangildə Bakıda olan zaman Gülüstan və Xəyalın narkotikdən istifadə etdikləri üçün tüstüsünün qanına keçə biləcəyini bildirmiş və bütün nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi, məhkəmə araşdırması zamanı özünün etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. Şəxs törətdiyi inzibati xəta əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən maddi sübutlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi, inzibati xəta haqqında protokol, həmin Məcəllə ilə müəyyən edilmiş digər protokollar sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin maddənin tələbinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməlidir. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Məhkəmə Şəxs izahatında hər hansı narkotik vasitə və psixotrop maddə qəbul etməməsi ilə bağlı bildirdiyi halları özünümüdafiə xarakteri daşıyan izahat kimi qiymətləndirir. Bu halda məhkəmə ekspert rəyinin sübut növü kimi qiymətləndirilməsi nəticəsinə gəlir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal yoxdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, inzibati qaydada cərimə edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyətini nəzərə almaqla, bu tədbirin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətdə inzibati həbs tətbiq edilir. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 350 (üç yüz əlli) manat miqdarında cərimə olunmalıdır. Şərh olunanlara əsaslanaraq Azərbaycan Respublikası Konstitusiyasının 129, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 43.1, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 350 (üç yüz əlli) manat miqdarında cərimə edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №3(078)-124/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-124/2024
06.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver