Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-125/2024 06.03.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Naxçıvan Şəhər Prokurorunun köməkçisi İİ dərəcəli hüquqşünas X10 iştirakı ilə xx.xx.1996-cı ildə Şərur şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, subay, 2 uşaq anası, orta təhsilli, işsiz, deməsinə görə əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Azərbaycan Respublikası Prokurorluğu Naxçıvan MR Naxçıvan Şəhər Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və inzibati icraatla bağlı toplanmış materiala baxaraq, müəyyənetdi: 06 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası Prokurorluğu Naxçıvan MR Naxçıvan Şəhər Prokurorluğundan Naxçıvan Şəhər Məhkəməsinə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və inzibati icraatla bağlı toplanmış material daxil olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və inzibati icraatla bağlı toplanmış materialda qeyd olunmuşdur ki, yetkinlik yaşma çatmayan, azyaşlı X5 qarşı qardaşı X6 tərəfindən zor tətbiq olunmaqla onunla cinsi əlaqədə olunması barədə xalası Şəxs şikayət ərizəsi əsasında Naxçıvan Şəhər Polis İdarəsində araşdırılan material araşdırmanın davam etdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 215.3.1 -ci maddəsinə əsasən aidiyyəti üzrə Naxçıvan Şəhər Prokurorluğuna göndərilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, X7 2021-ci ildə hələ 9 yaşı olarkən həmin vaxt kirayə yaşadıqları Abşeron rayonu Mehdiabad qəsəbəsindəki evdə anasının sevgilisi X9 tərəfindən zorlanaraq qızlıq bəkarəti pozulmuş, həmin evdə yaşadıqları müddətdə əlavə olaraq Zaur Babayev tərəfindən dəfələrlə zorlanaraq onunla təbii yolla cinsi əlaqədə olmuşdur. X1 X9 tərəfindən zorlanması faktı ilə əlaqədar xüsusatlara hüquqi qiymət verilməsi üçün toplanmış 09C-24 nömrəli materialdan müvafiq material ayrılmaqla araşdırmanın aparılması üçün Abşeron Rayon Prokurorluğuna göndərilmişdir. Həmçinin aparılmış araşdırma zamanı X6 tərəfindən istər zor tətbiq olunmaqla, istərsə də könüllü şəkildə bacısı Aysu Əliyeva ilə cinsi əlaqədə olması faktı həm A.Əliyevanın özü tərəfindən təkzib edildiyindən, həm də material üzrə toplanmış digər bütün sənədlərlə öz təsdiqini tapmadığından toplanmış material üzrə 01 mart 2024-cü il tarixdə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Bundan başqa araşdırma zamanı X7, X12 qızı, X6, X2, Şəxs qızı və X8 barəsində məhkəmə tibbi ekspertizası təyin edilmiş və müvafiq rəylər alınmışdır. Alınmış rəylərdə X7, X12 qızı, X6, X2, X15 oğlundan götürülmüş qan nümunələrində məhkəmə kimya tədqiqatı zamanı narkotik vasitə hesab olunan tiryək və psixotrop maddə hesab olunan metamfetamin, Şəxs İlqar qızından götürülmüş qan nümunəsində isə metamfetamin aşkar edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 16/K nömrəli ekspert rəyinə əsasən Şəxs qanında metafitamin aşkar edilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialına əlavə olunmuş sənədlər ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirmişdir ki, o, 2014-cü ildə Vahid Cəfərovla rəsmi olaraq ailə qurub. Həmin evlilikdən 8 yaşında oğlu və 10 yaşında qız övladı var. 3 il əvvəl həyat yoldaşından boşanıb. Hazırda Qasımla qeyri-rəsmi şəkildə birlikdə yaşayır. Qasımla 1 ildir ki, tanışdır. Qasım maşın bazarında usta işləyir. Onun 2 doğma və 1 ögey bacısı var. X2 onun ögey bacısıdır. Gülüstan 2006-cı ildə Sərxan Əliyevlə evlənib. Həmin evlilikdən 2 qız, 1 oğlan olmaqla 3 uşağı var. Gülüstan 2011-ci ildə Qənbər adında birinə qoşulub qaçıb Bakıya getdi. Həmin vaxtı uşaqları anasının üstünə atdı. Daha sonra Gülüstan gəlib uşaqları Bakıya yanına apardı. Gülüstangil Bakıya gedəndən sonra ümumilikdə 2 dəfə onların evinə gerib. Gülüstan Bakının müxtəlif yerlərində kirayədə yaşayıb. O, Gülüstanın Novxanı, Binəqədi və Məhəmmədidə yaşadıqların bilir. Gülüstan uşaqlarına baxa bilmədiyi üçün 2022-ci ildə anası gedib Gülüstanın hər üç uşağını Naxçıvana gətirdi. İlk əvvəl uşaqlar böyük bacısı Zeynəbgildə qaldılar. 2022-ci ilin sonlarında ilk əvvəl o, bacısının balaca qızı Aysunu yanına gətirib və Aysu onun uşaqları ilə birlikdə yaşamağa başlamışdır. Aysuya uşaq vaxtından özü baxdığı üçün onu çox istəyir. Aysunun qayğiya ehtiyacı olduğu üçün onu yanında saxlamaq istəyib. Aysu gələndən 1 ay sonra Zeynəb bacısı Gülstanın digər uşaqlarını qovaladığı üçün onlar da onun yanına gəldilər. 1 il 3 ay uşaqlar onun yanında qaldı. 2023-cü ilin dekabr ayının 14-də Gülüstan Bakıdan gələndən sonra onunla yaşamağa başladı. xx.xx.2024-cü ildə Gülüstanın oğlu Xəyalın hərəkətlərində qeyri-normallıq gördüyü üçün o Xəyaldan etdiyi hərəkətlərin səbəbin soruşduqda heçnə demədi. Xəyal evdən gedəndən sonra Aysu ona “Xəyal dəfələrlə evdə olanda baralqin dərmanın 7-8 ədədin birdən atır” dedi. Bu barədə anasına deyəndə anası Xəyalın müdafiəsinə qalxdı və “baralqin ağrıkəsici dərmandır” dedi. O isə Xəyalın çoxlu sayda dərman ataraq hallandığını Gülüstana deyib. xx.xx.2024-cü ildə bacısı Gülüstanın qızı Zöhrə və oğlu Xəyal ilə Zeynəb bacısıgilə gedərək orada yaşamağa başladı. Bacısıgil evdən gedəndə Aysunu aparmaq istəsələr də Aysun onunla qalmaq istədiyini deyərək getmək istəmədi. xx.xx.2024-cü ildə Aysunun yuxudan qışqıraq “eləmə, istəmirəm” deyərək qışqırırdı. Aysunun yuxudan ayılmadığın görüb onu şillələyərək yuxudan oyatmış, Aysuna “yuxuda nə görmüsən, nədən qorxmusan?” soruşduğunda Aysun ona “desəm səndə mənə inanmayarsan atarsan məni” dedi. Aysuna hər şeyi açıb ona danışmasını istəmiş, Aysu da ona anasının saxlaması Zaurun onunla Bakıda zorla cinsi əlaqədə olduğunu, buna görə də Zauru yuxuda görəndə qorxduğunu demişdir. Aysuna ətraflı danışmasını istədiyi üçün Aysu "Zaur Zöhrəylə olmaq istəməyən vaxtları mənimlə olurdu, anama satdığı narkotikin pulunu anam verə bilmədiyi üçün mənimlə cinsi əlaqədə olurdu. Zaur əl-qolumu bağlayandan sonra zorla mənimlə cinsi əlaqədə olubdur. İlk dəfə Zaur mənimlə olanda çoxlu qan gəldi, həmin vaxtı anamda evdə idi. Ağrılarım olduğu üçün bir neçə gün narahat oldum. Bundan sonra dəfələrlə Zaur Zöhrəni istəməyən vaxtları mənimlə zorla cinsi əlaqədə olubdur'' dedi. Hətta anası Zaurun Aysunla zorla cinsi əlaqədə olduğunu bilirdi. Ondan Zaurla necə cinsi əlaqədə olduğunu Aysudan soruşmuş, Aysu da demişdir. Həmin vaxt Aysu ona qardaşı Xəyalın Zaurun onunla cinsi əlaqədə olduğunu bildiyi üçün ilk dəfə Bakıda, daha sonra isə Naxçıvan şəhərində onun evində o işdə olan vaxtı zor tətbiq etməklə Aysunu qorxduraq onunla zorla cinsi əlaqədə olmuşdur. O bu hadisəni anasına danışandan sonra anası onlara gəlmiş, Aysunun dediklərini anasına deyəndən sonra Aysunun anası Gülüstan, bacısı Zeynəb, qardaşı Xəyal və bacısı Zöhrəni evə çağırmışdır. Həmin vaxı anasına Aysunun dediklərini Xəyaldan soruşanda Xəyalın təkzib edib belə bir hadisə olmadığını, Aysunun yalan danışdığını demişdir. Həmin günün səhərisi Gülüstan evə gəlib Aysunun saçından və qolundan zorla tutub aparmaq istəyirdi. Lakin Aysu getmək istəmirdi. O Gülüstana qarşı çıxan vaxt Zeynəb bacısı onun saçından tutub evin içində sürüdü. Ona nalayiq söyüşlər söydü. Bundan sonra zorla Aysunu evdən apardılar. Daha sonra o 102 polis xidmətinə müraciət edib. Onu Naxçıvan ŞPİ-nə dəvət etdilər və Aysu onun yanında qalmaq istədiyi üçün Aysunu evə aparıb. Narkotik istifadə etmədiyini, bacısı Gülüstanın istifadə etdiyini, hətta birbaşa onun və Qasımın şahid olduqlarını, onların tüstüsünün qana keçmək ehtimalı olduğunu bildirmiş və bütün nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi, məhkəmə araşdırması zamanı özünün etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. Şəxs törətdiyi inzibati xəta əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən maddi sübutlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi, inzibati xəta haqqında protokol, həmin Məcəllə ilə müəyyən edilmiş digər protokollar sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin maddənin tələbinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməlidir. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Məhkəmə Şəxs izahatında hər hansı narkotik vasitə və psixotrop maddə qəbul etməməsi ilə bağlı bildirdiyi halları özünümüdafiə xarakteri daşıyan izahat kimi qiymətləndirir. Bu halda məhkəmə ekspert rəyinin sübut növü kimi qiymətləndirilməsi nəticəsinə gəlir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal yoxdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, inzibati qaydada cərimə edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyətini nəzərə almaqla, bu tədbirin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətdə inzibati həbs tətbiq edilir. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 350 (üç yüz əlli) manat miqdarında cərimə olunmalıdır. Şərh olunanlara əsaslanaraq Azərbaycan Respublikası Konstitusiyasının 129, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 43.1, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 350 (üç yüz əlli) manat miqdarında cərimə edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №3(078)-125/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-125/2024
06.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver